İmanın beş mərhələsi

 
İmanın beş mərhələsi

Əbu Əmru Zübeyr deyir: “Həzrət Sadiqə (ə) ərz etdim: “Ey alim! Əməllərin içində hansı əməl daha üstündür?”. Həzrət (ə) buyurdu: “Bu elə əməldir ki, Allah başqa əməlləri onun sayəsində qəbul edir”. Soruşdum: “Nədir?”. “Pərəstişə layiq Allaha iman bəsləmək. Bu əməl başqa əməllərdən daha üstün dərəcədədir”. Dedim: “İman - yəni, dediyinə əməl etməmək, yoxsa əməl etmək?” Buyurdu: “İman – başdan-ayağa əməldir. Demək və Haqqın vahidliyinə şəhadət vermək - onun bir hissəsidir. Allah bu cür müəyyən etmişdir. Quranda sabit dəlillərlə bu məsələni açıqca sübut edir və ona şəhadət verir (“Ənfal” 22)”. Dedim: “Qurban olum, bunu mənim üçün şərh et”. Buyurdu: “İmanın mərhələləri vardır: tam iman, naqis iman, üstün olmaq həddindəki iman”. Soruşdum: “İmanın kamil forması vardır və o azala və çoxala bilirmi?” Buyurdu: “Bəli”. Dedim: “Necə?” Buyurdu: “Çünki Allah Təala imanı insan vücudunun hər yerinə vacib etmişdir. Onlara yayılmışdır. Elə bir üzv yoxdur ki, ona iman vəzifəsi verilməsin. İnsan qəlbin vasitəsilə alim olur. Başa düşür, bilir və başqa üzvləri də başa salır. Heç bir üzv onun əmri olmadan işləmir. İki göz də, o cür ki, onlarla görür. İki qulaqla eşidir, iki əli ilə çalışır və iki ayağı ilə yol gedir. Dili ilə danışır, insanın üzərində başı vardır və onun da iman vəzifəsi vardır. Başqa üzvlərin vəzifəsindən başqa bir vəzifədir. Bu proqramı Allah Təala təyin etmişdir və Quran da bunu söyləyir və şəhadət verir.

İmanın beş mərhələsi

Ürəyə əmr edilən vəzifə qulaqdan fərqlidir, qulağa deyilən gözdən fərqlidir, gözə deyilən dildən fərqlidir, dilə deyilən iki əldən fərqlidir, iki ələ deyilən iki ayaqdan fərqlidir”.
Qəlbin imanı

Davamında İmamdan (ə) belə nəql edirlər: “Qəlbin vəzifəsi - yeganə Allahdan başqasına sitayiş etməməyi qərara alıb, ona təslim olmaqdır. Allahın şəriki yoxdur və O, təkdir. Arvadı və uşağı yoxdur və Muhəmməd (s) Onun göndərdiyi Peyğəmbərdir. Allah tərəfindən göndərilmiş hər şeyə təslim olmağı qərara almalıdır. Budur Allahın qəlbə vacib buyurduğu iman.

Belə ki, Allah Quranda buyurur: “Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə - (hər kafirə deyil,) öz sinələrini küfrlərlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır” (“Nəhl” 106). “Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır” (“Rəd” 28). “İstər dilləri “iman gətirdik” deyib, qəlbləri iman gətirməmiş kəslər” (“Maidə” 41).

İmanın beş mərhələsi

Bəli, ey Əbu Əmru! Bu, Allahın qəlbə vacib etdiyi imandır”.
Dilin imanı

Davamında İmamdan (ə) belə nəql edirlər: “Qəlbin vəzifəsi - dil vasitəsilə izhar edilir və yayılır. Quran buyurur: “İnsanlara yaxşı kəlam deyin”. (“Bəqərə” 83). “Deyin: “Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq” (“Ənkəbut” 46). Budur Allahın dilə vacib etdikləri.
Qulağın imanı

Davamında İmamdan (ə) belə nəql edirlər: “Allah qulağa əmr edib ki, haram olan şeyləri eşitməkdən çəkinsin. Haqqın halal buyurmadıqlarına baş əyməsin. Allahı qəzəbləndirəcək şeylərdən özünü saxlasın.

İmanın beş mərhələsi

Quran buyurur: “Həqiqətən Allah sizə bu kitabda (6-cı surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz” (“Nisa” 140). “Əgər şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma” (“Ənam” 68). “Sözlərə qulaq asın onların ən yaxşısına tabe olan kəslərə! Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri!” (“Zumər” 18). “Həqiqətən, iman gətirənlər nicat tapdılar” (“Muminun” 1). Budur Allahın qulağa vacib buyurduqları.
Gözün imanı

Davamında İmamdan (ə) belə nəql edirlər: “Gözə əmr edilmişdir ki, Allahın haram buyurduqlarına baxmasın. Quran buyurur: “Mömin kişilərə de ki, (başqalarıınn ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”. “Möminə qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişilərin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar” (“Nur” 30-31). “Siz qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən gizlənmirdiniz” (“Fussilət” 22). “Çünki qulaq, göz və ürəyin hər biri sorgu-suala tutulacaqdır” (“İsra” 36).
Əl və ayaqların imanı

İmanın beş mərhələsi

Davamında İmamdan (ə) belə nəql edirlər: “Allah iki ələ əmr etmişdir ki, haram olan şeylərə uzanmasın. Allahın buyurduqlarını etsin. İki ələ sədəqə verməyi, sileyi-rəhmi, Allah yolunda cihad etməyi və namaz üçün dəstəmaz almağı vacib etmişdir.

Quran buyurur: “Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızı üstündəki qabarıq yerə kimi məsh edin” (“Maidə” 6). “Buna görə də kafirlələ (müharibədə) qarşılaşan zaman onların boyunlarını vurun (ilk iş öldürməkdir). Nəhayət elə ki, onları möhkəm qırıb əldən saldınız, (onları əsir götürün və) bağlarını möhkəm bağlayın. Sonra onlara ya azad etməklə minnət qoyun və yaxud fidyə alın ki, müharibə, silahını yerə qoysun və yatsın” (“Muhəmməd (s)” 4). Budur Allahın əllərə əmr etdikləri.

Allah iki ayağa əmr etmişdir ki, heç bir günaha tərəf getməsinlər. Ancaq Haqqın razılığını qazanacaq işlərə tərəf addımlasınlar. Quran buyurur: “Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovqalanıb fəxr edəni sevməz” (“Loğman” 18). “Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs - ulaqların səsidir” (“Loğman” 19). “Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər” (Yasin” 65). “Ey iman gətirənlər, rüku və səcdə edin, Rəbbinizə ibadət edin” (Həcc” 77). Bu da Allahın ayaqlara buyurduğu vacibatlardır”.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

Sirli Melek

  • 18 avqust 2011 10:18
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Quran buyurur: “Mömin kişilərə de ki, (başqalarıınn ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar”.

buna riayət etsələr yaxşı olar.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaMuSHaN

  • 18 avqust 2011 03:29
  • Məqalə: 72
  • Şərh: 1187
  • Bal:
{awards}
xebere gore twk

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

Delya_91

  • 17 avqust 2011 22:15
  • Məqalə: 319
  • Şərh: 5294
  • Bal:
{awards}
cox sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

urek_yarasi

  • 17 avqust 2011 20:05
  • Məqalə: 12
  • Şərh: 632
  • Bal:
{awards}
xebere gore twk love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Narka E-ZaDe

  • 17 avqust 2011 19:53
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 17 avqust 2011 18:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KaRola_16

  • 17 avqust 2011 18:50
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLI VE DEYERLI XEBERE GORE TEWEKKURLER...

--------------------

★Azerbaijan girl★

  • 17 avqust 2011 18:48
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
thanksssssssssssssss

NİKİ

  • 17 avqust 2011 18:33
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

HaYaliM

  • 17 avqust 2011 18:24
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.cox maraqli bir yazi idi

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}