Küsülülük üç otaqdan ibarət olsa

 
Küsülülük üç otaqdan ibarət olsa


Küsülülük üç otaqdan ibarət olsa...

İnciyənlər…

İncidənlər...

Barışmaq istəyənlər….

Hansına daxil olardınız?

Mən....Əvvəl düşündüm inciyənlərdə olaram.Çünki hamıdan incidim...küsdüm...Məni anlamadılar...Anlayan da oldu.Amma səhv anladılar...Bezdim,ürək azadlığı, seçim azadlığı istədim..Dedim mən bu otağa daxil olub,orada yaşayacağam.

Amma vicdanım qoymadı.Bir –birinin ardıyca səhvlərimi mənə xatırladan suallar verdi.Hər bir verilən sualdan sonra tutulub qalırdım.Mənmi etdim bunları?

Sən heç kəsi incitmədinmi?

Sən heç kəsi küsdürmədinmi?

Yoxsa hamı bir tək səni görür?Hamını bir tək problemi var səni küsdürüb incitsinmi?

Yadına sal,seçim azadlığı dediyində, heç başqasını düşündünmü?Heç bir dəfə də olsun özünü o insanın yerində qoydunmu? Sən əslində sanki ürəyini dinləyib hərəkət edən, əslində ürəksiz birisən.

Mən beləyəmmi...?Düşdüm və ayaq saxladım...Dedim yəqin ikinci otağa daxil olacağam.

Amma,ümidim məni saxladı...Barışmaq istəməzsənmi?Bax insanlardan qaçaraq həm onları incitdin, həm özünü...Sən ürəyinin sakitliyini istəməzsənmi.
Hər dəfəsində ürəyin ağrayacaq,düşünclərin səni rahat buraxayacaq,etdiyin hərəkətlər səni izləyəcək...Barışmaq istəməzsənmi?Gəl,sonuncu otağa daxil ol.Heç nəyi dəyişə bilməsəndə,ürəyin rahat olacaq.Barışdım deyə...

Amma mən üçüncü otağa daxil ola bilmərəm.Çünki o insanlar artıq birinci “İnciyənlər” otağına daxil olmuşlar...Heç bir otağa daxil olmadım...Sadəcə “Mən belə olsun istəməzdim” deyib çıxıb getdim həyatlarından...


Geri dön

_RONALDO_

  • 3 aprel 2011 13:41
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
kefsenee :))ona gore koridorun mahnisini qoyanda cetinlik cekdin?lool(dexli yoxdu aa )

--------------------

OK

  • 14 sentyabr 2010 11:13
  • Məqalə: 176
  • Şərh: 1859
  • Bal:
{awards}
twk

--------------------

Ulya

  • 14 sentyabr 2010 10:28
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
coox maraqli xeberdi.ellerine sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 43
Cəmi: 64

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 30
Cəmi: 134
 
The Shield
Xəbərləri: 27
Cəmi: 290
 
Darling
Xəbərləri: 25
Cəmi: 910
 
aytc.sza
Xəbərləri: 20
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 14
Cəmi: 574
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 9
Cəmi: 68
 
Jesicca
Xəbərləri: 9
Cəmi: 48
 
♔Hе важно∞
Xəbərləri: 8
Cəmi: 297
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}