Türkiyəli prodüser Kamal Cenk İçten şayiələri təkzib edib
Xalq artisti Aygün Kazımova yeni sevgilisi ilə bağlı açıqlama verdikdən bəri bu şəxsin kimliyi barədə müxtəlif versiyalar irəli sürülür.Xalq artistinin yeni sevgilisinin Azərbaycanda fəaliyyət göstərən türkiyəli prodüser Kamal Cenk İçten olduğu barədə şayiələr yayılıb.
Tanınmış prodüser ANS PRESS-ə açıqlamasında bildirib ki, bu barədə şayiələrin yayılmasından xəbərsizdir: "Nə? Nə danışırsız? Mənim bundan qətiyyən xəbərim yoxdur. Yalandır! Axı kim yayıb bu xəbəri? Aygün Kazımovanın yeni sevgilisi mən deyiləm".
Yeri gəlmişkən, Aygün Kazımova adını açıqlamaq istəmədiyi yeni sevgilisinin başqa ölkədə yaşadığını, hər gün telefon vasitəsilə əlaqə saxladığını bildirib.
Qeyd edək ki, Kemal Cenk İçten ailəlidir, iki övladı var.