Tipik telefon yalanları

 
Tipik telefon yalanları

20 ilə yaxındır həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonla bağlı başımıza yüzlərlə hadisə gəlir. Telefonda uydurduğumuz bəhanələr, telefonda yüksək səslə danışmaq, qısa “vızıv”lar... bunların hamısı telefonla bağlı şablonlardır...

Biz də seçib sizə telefonla bağlı 20 şablon halı təqdim edirik...

1. Çox vacib bir şey danışmalıyıq
Yüksək səslə telefonda danışıb həyatını camaata dinlədən bir tip insanlar var. Guya telefondakı ilə çox vacib və həyati məsələni danışır. Bunun üçün bir az alçaq səslə danışmaq lazım deyil, sizcə?

2. Vızıvkoliklər
Telefonla bağlı şablonlardan biri də “vızıv” atmaqdır. Heç telefonun melodiyasının ilk notların belə eşidə bilmirsən. Ani bir qığılcım kimi “vızıv” atmağı yəqin ki hər adam bacarmaz.

3. Hansı melodiya yaxşıdı?
Telefonu yeni alan adamlarda və ya uşaqlarda belə bir adət var: telefona melodiya tapmaq. Ərinməz-ərinməz bütün melodiyaları dinləyən və seçməyə çalışan tiplər ətrafındakıları az qala dəli edirlər.

4. Öz-özünə danışanlar
Bəzən avtobus və ya maşınla keçəndə bəzilərinin öz-özünə danışa-danışa getdiyini görürük. Əslində, bilirik ki, telefonun qulaqlığı ilə danışır, amma yenə də çox gülməli görünür bu səhnə.

5. Telefonumu dəyişmişəm, nömrələr itib
Bəzən sevmədiyiniz bir adamın nömrəsini telefona qeyd etmirik. Vay o gündən ki, həmin adam zəng vura və telefona adını yazmadığını başa düşə. İlk şablon belə olur: telefonumu dəyişmişəm, bütün nömrələr silinib. Nə yaxşı zəng vurdun, indi yazaram adını. Bu cümlə o qədər şablon olub ki, doğru olduğu halda da adamın inanmağı gəlmir.

6. Kimdə “yükləmə” cihazı var?
“Nazik Nokia “zaryatka”sı kimdə var?”, “Samsung “zaryatka”sı kimdə var?” sualını verən adam niyəsə özünün gəzdirmədiyi bir şeyi, başqalarının gəzdirdiyini sanır və “əşiii işdə olmamış olmaz” deyə kolleqalarına güvənir.

7. Bitmək bilməyən sevgili söhbətləri
Xüsusən, ictimai nəqliyyatda rastımıza çıxan bu cür söhbətlər insanın bütün əsəblərinə toxunur. Sakit və naz-qəmzəli gedən söhbətlərdən “səni çox sevirəm, yox yox mən daha çox sevirəm, inciyərəm vallah mən çox sevirəm, aaaa yooox dedim də mən sevirəm” kimi bir dialoqdan hər iki sevgilinin həyat tərzi məlum olur.

8. Beş dəqiqəyə ordayam
Görüşəcəyiniz adam “beş dəqiqəyə çatıram, filan yerdəyəm, tfuuu işıqfora düşdüm, bu qədər də tıxac olar? Yarım saatdı tıxacdayam” deyirsə, gələn dəfə görüş vaxtını ona ən az yarım saat tez deyin.

9. Telefon deyil, iPhone
Yeni sayılan şablonlardan biridir. iPhone sahibləri telefonları zəng çalanda “təvazökarlıq” edib, “aaa iPhone-uma zəng gəlir” deyə bilərlər.

10. İşıq sürətli mesajlar
Xüsusən gənclərin mesaj yazarkən barmaqlarını görmək olmur. Gənclər 10 dəqiqə 20 mesaj atdığı halda, yaşlı nəslin nümayəndələri bir mesaja 10 dəqiqə sərf edir.

11. Telefonla öz şəklini çəkənlər
Çox vaxt sosial şəbəkələrdə telefonu ilə öz şəkillərini çəkən insanları çox görmüşük. Bu fotolar bir neçə formada olur: dodağını qabağa verib şəkil çəkdirən qızlar, güzgüdə özünü çəkən qızlar, guya xəbəri yoxmuş kimi özü-özünü telefonla çəkən insanlar, maşın sürən yerdə özünü çəkən oğlanlar…

12. “Mənə bir dənə zəng vur da”
Hər kəsin başına mütləq gəlib. Telefonunuzu tapmaq üçün başqalarından: “Bir dənə mənə zəng vur” deyə xahiş edirik. Telefonunun melodiyasını eşidən kimi ürəyimizə bir rahatlıq çökür.

13. “Sən bağla, mən zəng vurum”
Çox vaxt oğlanlar qızlara “özlərini göstərmək” üçün ya zəng vuranda telefonu üzümüzə bağlayıb,özləri zəng vurur, ya da danışdığın yerdə “sən bağla, mən yığım” deyə adamın sözünü ağzında qoyurlar.

14. Telefon “səssiz”dəydi
Çox vaxt bir insana zəng vurmaqdan dəli oluruq, cavab vermir ki vermir! Üzərindən yarım saat, bir saat keçəndən sonra rahat bir səs tonunda o adamın geri zəng vurub: “Zəng vurmuşdun. Telefon “səssiz”də olub, eşitməmişəm” deyəndə elə bil adamın başına qaynar su tökülür.

15. İsmarış dili
Gənclərin bir-birinə yazdığı ismarışları Azərbaycan dili mütəxəssisləri görsə, yəqin işdən istefa verərlər. “Ncsn?, Gəlcm, uşaqlr neynr?” kimi qısaldılmış ismarışlara artıq hamımız öyrəşməkdəyik.

16. “İndiki uşaqlar elə bil telefonla doğulub”
Bəzən qonaq getdiyimiz evlərdə uşaqların telefonla oynadığını görürük. Ev yiyəsi də uşağının bu xüsusiyyətini fəxrlə: “İndiki uşaqlar elə bil əllərində telefon doğulub” deyərək gülür.

17. “Twitter” məşğuliyyəti
İnternet ki bütün gün əlimizin altındadı, niyə də “tvit”ləməyək? Bir dostunla oturub yemək yeyirsən, bir neçə saat sonra qısa bir tvit-başlıqla yeməkdən bir foto görürsən “Twitter”də. Heç adam bilmir, bu foto nə vaxt çəkildi, nə vaxt qoyuldu?!

18. Telefondan konsertə qulaq asmaq
Sevdiyin bir müğənninin konsertinə getmisən, bunu da paylaşmaq istəyirsən kiminləsə. Zıng vurub hansısa dostuna konserti dinlədirsən. Of! Ən pisi də odur ki, telefonun o biri başındakı adam səsi düz-əmməli eşitmir və sırf sənin xətrinə dəyməmək üçün dözüb qulaq asır. Bax, nə məcburdu? Konsertə gəlmisən, otur rahat qulaq as, dincəl də.

19. Videodan nəyin var?
Keçid dövrünə girmiş oğlanlar bir-birilərini görəndə mütləq telefonda porno videoya işarə vuraraq: “Videodan zaddan nəyin var?” sualını verirlər. Sonra da yarım saat çəkən “blutuzlaşma” başlayır...

20. Telefondan başı çıxmayanlar
Avtobusda oturduğunuz yerdə yanınızdakı yaşlı bir insanın sizə: “Bala, gözüm görmür, gör burda nə yazılıb? Bala, gör mənə kim zəng vurmuşdu?” tipli suallara cavab vermək hərdən çox sıxıcı olur.


Geri dön

KRiPToS

  • 19 avqust 2011 17:31
  • Məqalə: 555
  • Şərh: 2013
  • Bal:
2. Vızıvkoliklər-Bu mende yaxsi alinar mence... winked

--------------------

Prank girl

  • 18 avqust 2011 19:44
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
15. İsmarış dili
Gənclərin bir-birinə yazdığı ismarışları Azərbaycan dili mütəxəssisləri görsə, yəqin işdən istefa verərlər. “Ncsn?, Gəlcm, uşaqlr neynr?” kimi qısaldılmış ismarışlara artıq hamımız öyrəşməkdəy

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

NİKİ

  • 18 avqust 2011 12:03
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
solitary_girl,
BACIW DUZ DEYIRSEN wink

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Deniz

  • 18 avqust 2011 11:17
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Dogurdan da bezilerinden cox istifade edirem. menim butun gunu telim sessizdedi ona gore zeng eleyen en azi 10 defe zeng elemelidir...

TUNU_INEM

  • 18 avqust 2011 11:06
  • Məqalə: 0
  • Şərh: 129
  • Bal:
{awards}
TELEFONLA COX DANISMAGI XOSLAMIRAM

Spartacus

  • 18 avqust 2011 09:43
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
{awards}
maraqli melumatdir tewekkurler

Sirli Melek

  • 18 avqust 2011 09:37
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
4. Telefon “səssiz”dəydi
Çox vaxt bir insana zəng vurmaqdan dəli oluruq, cavab vermir ki vermir! Üzərindən yarım saat, bir saat keçəndən sonra rahat bir səs tonunda o adamın geri zəng vurub: “Zəng vurmuşdun. Telefon “səssiz”də olub, eşitməmişəm” deyəndə elə bil adamın başına qaynar su tökülür.

wink MƏNDƏ EVDƏ HƏMİŞƏ SƏSSİZ OLUR. İNDİ TƏSƏVVÜR EDİRƏM ZƏNG EDƏNLƏR NƏ ÇƏKİR. lol

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Willow smith

  • 18 avqust 2011 09:18
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Offffffffffff yaa inanin ki bezmiwem bu yalanlardan 3 gunnuk dunyadi daaaaa yalan daniwmasaniz olersizzzzz beyem??????????????? fellow

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

PELIN_ATABAY

  • 18 avqust 2011 07:56
  • Məqalə: 86
  • Şərh: 1606
  • Bal:
{awards}
twk

--------------------

HaMuSHaN

  • 18 avqust 2011 02:41
  • Məqalə: 72
  • Şərh: 1173
  • Bal:
{awards}
twk xebere gore

--------------------
Axı sevdiyimsən, axı qadınlar onları sevənləri öldürürlər. Ya da, ''sevmirəm!''ni elə ucadan deki, bir könüldən min könüləkar ölum.

★Azerbaijan girl★

  • 18 avqust 2011 00:38
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
thankssssssssssssssssssssssssss

HaYaT_GuZeL

  • 17 avqust 2011 22:15
  • Məqalə: 234
  • Şərh: 1854
  • Bal:
{awards}
super xeber idi cox beyendim ellerinize sagliq ela idi wink

LoVeE

  • 17 avqust 2011 22:10
  • Məqalə: 0
  • Şərh: 184
  • Bal:
{awards}
14 en cox bawima gelendi

--------------------
Sevgi bir oyundu qadinlar yazar kiwiler oynar

neeeeenaaaaa

  • 17 avqust 2011 21:58
  • Məqalə: 0
  • Şərh: 117
  • Bal:
{awards}
14 en cox istifade etdiyim sablon cox gulmelidi insanlari deli eliyirem xixi wink

--------------------
Contra spem spero...Без надежды надеюсь...

Delya_91

  • 17 avqust 2011 21:24
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
arada istifade edirem)

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

ZAC EFRON

  • 17 avqust 2011 21:15
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
tewekurler.............

Dj_Tural

  • 17 avqust 2011 21:06
  • Məqalə: 852
  • Şərh: 1584
  • Bal:
{awards}
xebere gore tesekkurler...


19. Videodan nəyin var?
Keçid dövrünə girmiş oğlanlar bir-birilərini görəndə mütləq telefonda porno videoya işarə vuraraq: “Videodan zaddan nəyin var?” sualını verirlər. Sonra da yarım saat çəkən “blutuzlaşma” başlayır...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

MiLeyla

  • 17 avqust 2011 20:38
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
coooooox maraqli xeberdi.hedsiz twklol coxumuz bunlari edirik,necede gulmelidi lol

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 17 avqust 2011 20:38
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore cooox tesekkurler minetdaram sene

--------------------

KaRola_16

  • 17 avqust 2011 20:38
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
9. Telefon deyil, iPhone
Yeni sayılan şablonlardan biridir. iPhone sahibləri telefonları zəng çalanda “təvazökarlıq” edib, “aaa iPhone-uma zəng gəlir” deyə bilərlər. wink

--------------------

HaYaliM

  • 17 avqust 2011 20:31
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Telefonumu dəyişmişəm, nömrələr itib
Bəzən sevmədiyiniz bir adamın nömrəsini telefona qeyd etmirik. Vay o gündən ki, həmin adam zəng vura və telefona adını yazmadığını başa düşə. İlk şablon belə olur: telefonumu dəyişmişəm, bütün nömrələr silinib. Nə yaxşı zəng vurdun, indi yazaram adını. Bu cümlə o qədər şablon olub ki, doğru olduğu halda da adamın inanmağı gəlmir.


etiraf edirem bu yalandan men de istifade etmisem smile

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 17 avqust 2011 20:30
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

Narka E-ZaDe

  • 17 avqust 2011 20:19
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
4. Öz-özünə danışanlar
Bəzən avtobus və ya maşınla keçəndə bəzilərinin öz-özünə danışa-danışa getdiyini görürük. Əslində, bilirik ki, telefonun qulaqlığı ilə danışır, amma yenə də çox gülməli görünür bu səhnə.



bizde bir taksi var her yol gedende oz-ozue daniwir wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 53
Cəmi: 152
 
ραყιȥ
Xəbərləri: 51
Cəmi: 131
 
NIGAR
Xəbərləri: 43
Cəmi: 787
 
lamiye_2001
Xəbərləri: 29
Cəmi: 31
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 241
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 505
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}