Hər payız gəldiyində

 
Hər payız gəldiyində

Hər payız gəldiyində mən ayrılıqları yaşayaram.
Əlvidaları, təklikləri, həsrətləri, solğun qırıq gözləmələri...


Nə vaxt payız gəlsə, sarı sarı yarpaqlar düşsə budağından və sürüklənsə küləyin qarşısında bir yarpaq.Nə qədər istilətsə istilətsin dağları, düzənlikləri günəş,nə qədər İsti və parlaq olursa olsun səma, üşüyərəm, ürpərərəm içimdən!...Üstümə gələr hüznlü payız günləri...

Bilərəm ki, ağrılardır ürəyimdə əks-sədalanan və içimdəki sevdadır ağrı verən hər xatırladığımda yurdumu.İndi hər zamankindən daha yorğun və çarəsizim. Hər zamankindən daha çox möhtacım sənə anlayırsanmı?Həsrətin içimdə atəş olub yandırsa da, bədənim buzlar içindəymiş kimi titrəyirəm!..
Çöldə qırx dərəcə isti var, insanlar sərinləmək üçün sulara qaçır amma mən qar altındaymışım kimi titrəyirəm,üşüyürəm.Anlayıram ki, məni heç bir şey istilədə bilməyəcək sənin qollarından və isti sevgindən başqa...

Nə vaxt payız gəlsə,dağ başında insanın içini ürpərdən küləklərin uğultusunda həyatın mənə küs olduğunu eşidərəm!... İçimə dalğa dalğa yayılar yoxluğun,küləkdə budaqları qırılmış bir Ağacın hüznü kimi susqun dayanaram.Bədənim sızlayar,ürəyim titrəyər... İzah edə bilmərəm kimsəyə ürəyimdən keçənləri...
Özünü izah edə bilməmək nə qədər də ağrıdır bilərsənmi? Ən çox da ona yanar nsan... Kim bilə bilirki, mən bütün acı çəkənlərin yazısıyam, bütün kimsəsizlərin dostu, bütün təklərin yoldaşıyam... Ürəklərdəki sarı payız; Gözlərdəki yaşılın ardına gizlənmiş hüznlü payız günüyəm...

Nə vaxt payız Günləri gəlsə saralar yaşıllaşan ümidlərim!... Küləklərlə sovrular budaqlarım, bir yarpağımı daha itirərəm ömürümün sevgi çinarından...
Ömürüm gizli bir yara da olsa ürəyimdə və sovrulan bir payız yarpağına da yazılı olsa adım addım; Mən yenə də ağacların qollarında yeniyetmə sevdalar tumurcuqlanarkən bahara, qucaqlamalıydım səni.
Dinc dərin çaylar axarkən həsrətə, bütün təklikləri yıxmalıydım gözlərinin içinə baxdığımda.Tutduğumda yumşaq ağ əllərini,unutmalıydım bütün ağrılarımı!.. Qədəhlərdə eşq iksiri qurtumlanarkən doya doya içməliydim dodaqlarını...Bütün qərənfillər güllər solmalı idi bağçalarda, ürəyimizdə sevda açarkən!...

İndi gecənin gec bir vaxtı.Yağış yağır səkilərə, yağışdan qaçıb hər kəsin evinə sığındığı bir saatda, mən evdən çıxıb, sahibsiz bir küçə pişiyi kimi islaq boş qalan küçələrdə gəzirəm.Gecənin zülmət qaranlığı üstümə gəlir, şimşəklər çaxır,ağlayır səma amma yağan yağışlar ürəyimin yanğınını söndürə bilmir.. Dənizlər çaylar da ağlayır, mən ağlayıram, inadına küçələrdə gözləyirəm...Gözyaşlarım qarışıb gedir sulara.. Əllərim üşüyür, üşüyən əllərimi götürüb yanan ürəyimin üstünə basdırıram. Dayanmır kiçilmir ağrım...

Fırtınalı bir gecənin kor qaranlığında tək küçələrdə gəzmək nə qədər çətindir.Hələ tutacaq bir budağı qalmamışsa insanın bu dünyada və gediləcək bir yeri də yoxsa,həyatın mənasız girdabında vurnuxmaq, mənasızlığın boşluğunda qalmaq,bir başqa ölümdür əslində insan üçün.

Hər payız gəldiyində mən ayrılıqları yaşayaram.Əlvidaları, təklikləri, həsrətləri, solğun qırıq gözləmələri.Bir də adı qoyulmayan iç çəkişləri, qorxuları, uzaq və dalğın baxışları axan sulara, hıçqırıqları...

Və ürəyi buğulu sevdalı aşiqləri düşünərəm hər payız gəldiyində. Peşmanlıqları, ürəkdə gizli qalan sirləri və ürəkdə gizli qalıb bir ömür qanayan yaraları, susqunluqları, ayrılıqları, sərhədləri, qürbət də ölüb gedənləri ...

Həyatımın incidən, ağrıdan yanını sığdıra bilmirəm heç bir dünyaya.Şüurumu itirmək istəyirəm, xatırlamamaq keçmişimi və unutmaq bütün xəyanətləri.Üşümək və düşmək istəyirəm dərin bir uçurumun kənarından.Ölüm ətrafımda dayanmadan rəqs edir bilirəm. Bir gün heç gözlənilməz bir yerdə vuracaq məni.Qorxmuram,ölüm paltarımı geyirəm hər gün üstümə. Xəyallarımın düşdüyü yerdə düşəcəyəm.


Geri dön

_RONALDO_

  • 3 aprel 2011 13:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox maraqli , xosum geldi, tesekkurler.

--------------------

_Unal_

  • 14 sentyabr 2010 16:54
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
hər payız gələndə sevgi yadıma düşür payız sevənlərin ayrılıqların fəslidi

--------------------

Kisa_Kiss

  • 14 sentyabr 2010 13:38
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked осенью очень красиво)

--------------------

OK

  • 14 sentyabr 2010 11:07
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
Cox maraqli , xosum geldi, tesekkurler.

--------------------

Ulya

  • 14 sentyabr 2010 10:24
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozle yazi idi.ellerine sagliq

miss she

  • 14 sentyabr 2010 08:36
  • Məqalə: 0
  • Şərh: 17
  • Bal:
{awards}
cox menalidi tewekkurler

Dj_Tural

  • 14 sentyabr 2010 01:26
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler maraqli ve menalidi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}