İlk vəhy “Oxu! Mən Oxudum, sən oxudunmu?

 
İlk vəhy “Oxu! Mən Oxudum, sən oxudunmu?

Ramazan Quranın, insanın və zamanın görüşdüyü andır. Bir Ramazan gecəsində Allah insanla danışdı. Daha doğrusu dəyəri min aydan üstün olan bir gecədə insan Allahı eşitməyə başladı. İlk vəhy “Oxu!” deyə sözə başladı. Oxu! dedi və sənə, mənə, bizə xitab etdi. Əmrə tabe olduqmu? Oxuduqmu?! Allahı dinlədikmi?!

İlk əmr iman edin, ibadət edin deyə başlamır. “Oxu!” deyir. Yəqin ki, buna görə də axirətdə bizə veriləcək ilk suallardan biri də “sən heç oxudunmu?!” sualı olacaq. Allah bizi İNSAN yaratmış və "Oxu!" deyə bizə xitab etmişdir.


İlk vəhy “Oxu! Mən Oxudum, sən oxudunmu?

Oxumasaq necə iman edər, necə ibadət edərik? Doğru imanı, doğru itaəti, doğru ibadəti oxuyaraq öyrənirik. Quran – oxunan deməkdir. Oxunmasa sadəcə Musafdır. Oxunduğu zaman Quran, anlaşıldığı zaman bəyan, yaşandığı zaman insan olur.
Qurani Kərim bizə oxumağın bir çox növlərini əmr edir: tilavət, qiraət, təcvid və tərtil. Tilavət – sadəcə oxumaq, qiraət ondan bir az üstün oxumaq, təcvid gözəl oxumaq, tərtil isə anlayaraq, təfəkkür edərək, üzərində düşünərək oxumaqdır. Bütün bu oxunuş növləri Quranda ayrı – ayrılıqda zikr olunur. Gecə oxunuşunda Quran xüsusi olaraq tərtili əmr edir: təfəkkür edərək oxumağı. Oxuduqlarımızın üzərində düşünməyi, təfəkkür etməyi əmr edir.

Quranın ilk muxatabları olan səhabə gecə namazına fərz ibadət olaraq oyanmış və Allahın mesajını tərtillə oxumuşdur. Səhabələr Quranı boş vaxtlarında deyil, hər gün, hər gecə tərtillə oxuduqları üçün Əsri Səadət dövrünün insanları ola bildilər.
Bir müsəlman üçün oxumaq, yaşamaqdır. Ona görə səhabələr yaşadıqları ayələr üçün “filan ayəni oxuduq” deyirdilər. Bu onların yaşamadıqları ayəni oxumadıqları anlamına gəlir. Qurandan 10 ayə öyrənir, onu həyatlarına tətbiq edir, daha sonra yeni ayələri oxuyurdular.
Abdullah İbn Ömər Əl-Bəqərəni 8 ilə oxudum, deyirdi... Biz necə? Neçə ilə oxumuşuq səhabənin oxuduğu bu ayələri: bir ilə, bir günə, ya bir saata?


Bir şeyi öyrənmək istəyirsənsə onu oxumalısan. Gözünlə, ağlınla, qulağınla... Bütün əzalarınla Allahın mesajlarını anlamağa çalışmalısan. Çünki öyrənmək istəyirsən.
Kainatda yaradılan hər şeyi oxumaq mümkündür, lakin yaradılan hər şey oxuya bilmir. Oxumaq üçün insan doğulmaq lazımdır. İnsanı başqa yaradılanlardan ayıran ən əsas özəlliyi də oxumaqdır. Yalnız insan oxuya bilir. Ona görə Rəbbi ona “oxu!” deyir. O da kainatı, hadisələri, insanı kitab kimi oxuyur. Oxumasa yaşaya bilməz, oxumasa öyrənə bilməz, oxumasa var ola bilməz. Oxumaq, oxumağı bacarmaq həm də şahid olub, şəhadət gətirməkdir. “Mən şahidəm” deyərkən, “mən oxudum” deyirik. Oxumaq bir bağ, bir əlaqə qurmaqdır. Oxunulanla oxuyan arasında bir ünsiyyətdir.

İlk vəhy “Oxu! Mən Oxudum, sən oxudunmu?

İlk vəhy “oxu!” dedi və oxumaq üçün gecə yuxusundan oyanmağı əmr etdi: təəccüd. Gecə oyanışı ilə başqa bir əmr də aldıq: başqalarını da “xəbərdar et”mək.
Oxumadan anlamaq, anlamadan yaşamaq, yaşamadan təbliğ etmək mümkün deyil. Ona görə ilk ayə bizə nəyi və necə oxumaq lazım olduğunu öyrədir: Allahın adı ilə kainatı, yaradılışı, insanı oxu...


Oxumaq bəşərilikdən insanlığa keçiddir. Adəm atamıza verilən ilk nemət də isim qoya bilmək qabiliyyəti idi. Gördüyü hər şeyin mahiyyətinə vara bildi, onun dəyərini və yerini bildi və ona ad qoydu. İnsandan başqa heç bir məxluq bu keyfiyyətə sahib deyil. Yalnız insan oxuya bildiyi üçün ona "oxu!" əmri verildi. Və insan yalnız kitabı deyil, eləcə də kainatı, yaradılışı, varlığı və təbiəti də oxumağı bacardı.

Quran bizə bunu bir çox nümunələrini verir.
Həzrəti İbrahim əhliləşdirdiyi quşları oxudu. Onlarla Rəbbinin ölünü necə diriltdiyinə şahid oldu.


Həzrəti Süleyman qarışqaları, rüzgarı, hut - hut quşunu oxudu. Qarışqalar Həzrəti Süleymanın dilini deyil, Süleyman qarışqaların dilini anladı.
Qardaş qatili Qabil bir qarğadan öyrəndi. Çiynində daşıdığı cəsədi basdırmağın yolunu ona qarğa öyrətdi. Qabil belə, bir qarğaya baxıb öyrənə bildi. Biz niyə ətrafımızda baş verənlərdən dərs almayaq ki?

P.S. Rəbbim bizə "oxu!" deyirsə bir gün niyə oxumadığımızın hesabını da
soruşacaq. O haqq - hesab günündən öncə əmrə tabe olaq və oxuyaq.


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:05
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

R.M_FaNaTka

  • 18 avqust 2011 19:05
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooookk tesekkurler

--------------------

Rapunser

  • 18 avqust 2011 15:33
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
tesekkur maraqli xeberdi

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

Doutzen Kroes

  • 18 avqust 2011 14:48
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Oxu, yaz deyə insanlığa ilk əmrlərini verməklə onları DÜŞÜNMƏYƏ vadar edir

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

MuslimGirl

  • 18 avqust 2011 13:45
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bəli, ilk söz, ilk əmr; "Oxu" olub. Amma biz nə edirik? ALLAH bizi saleh bəndələrdən etsin! AMİN! ALLAH razı olsun!

Narka E-ZaDe

  • 18 avqust 2011 13:13
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Azerbaijan girl★

  • 18 avqust 2011 12:15
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thank you very much

HaYaliM

  • 18 avqust 2011 11:52
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.deyerli yazi ucun tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

KaRola_16

  • 18 avqust 2011 11:34
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

P.S. Rəbbim bizə "oxu!" deyirsə bir gün niyə oxumadığımızın hesabını da
soruşacaq. O haqq - hesab günündən öncə əmrə tabe olaq və oxuyaq.

--------------------

BELLA_SWAN

  • 18 avqust 2011 11:28
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
tşk........

--------------------
VAMPİRE GİRL

Sirli Melek

  • 18 avqust 2011 11:27
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLI YAZIDIR.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

NİKİ

  • 18 avqust 2011 11:23
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

PELIN_ATABAY

  • 18 avqust 2011 11:18
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
twk

--------------------

TUNU_INEM

  • 18 avqust 2011 11:16
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
{awards}
COX SAGOL MARAGLI XEBERDI

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 24
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}