«O, onları sevir, onlar da Onu...»

 
«O, onları sevir, onlar da Onu...»

Sevgi cəsarətdir!
Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

Sevgi fədakarlıqdır!
Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.

Sevgi paylaşmaqdır!
Sevəndən sevgi sədəqəsi umar.

Ən sonunda sevgi həyatdır!
Sevənin sevdiyini yaratmasıdır...

Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir...
Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbəsi Onun Rəsulları, ən böyük
təlim kitabı isə Qurandır. Məhz bu təlim kitabında uca Yaradan
quluna sevgi dərsi öyrədir: ona cəsarəti, fədakarlığı, paylaşmağı... öyrədir.
Yaradan sevir və sevdiyini yaradır. O, hələ yox ikən onu sevir,
onu sevgi ilə yaradır, ona Öz ruhundan üfürür və ona həyat verir.

«O, onları sevir, onlar da Onu...»

Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini
Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir:


Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdı.

Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdi.
Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdi.

Sevgi - Atəşə atılmağı bacarmaqdı. Yanmamaq üçün deyil,
yanmaq üçün atəşə könüllü girməkdir.

Sevgi - Atəş qarşısına İMAN çıxartmaqdı.

Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir.

Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdı.
Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdi.

Sevgi - Ali İbrahim və Ali İmran kimi olub
aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdı.

Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi
olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir.

Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdı.

Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdi.

Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdi.

Sevgi - Həzrəti Yunus kimi balıq qarnında
olsa da belə, səcdə etməyi bacarmaqdı.

Sevgi - Hannə kimi ana olmaqdı. Bətnində hələ heç doğulmamış
körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir.

Sevgi - Həzrəti Məryəm kimi ruku və səcdə edənlərlə birlikdə əyilməkdi.
Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir.

Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdi.

Sevgi - Həzrəti Məhəmməd (sas) kimi həbibullah zirvəsinə ucalmaqdı.

Sevgi - Həzrəti Xədicə kimi malını və
canını sevdiklərinin yolunda fəda edə bilməkdir.

Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdı,
ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdi.

Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun.
Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər...

Sevgi - şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir.

Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...

«O, onları sevir, onlar da Onu...»

Sevgi elə bir məktəbdir ki, yalnız onun məzunları Cənnət əhli ola bilərlər.
Çünki, onlar təhsilin ən uca zirvəsinə yüksələ bilənlərdir.
Quran adlı elmin sirlərinə vaqif olanlar Sevdiklərinin nəyi sevib,
nəyi sevmədiyini çox yaxşı bilirlər. Sevgililəri nədən xoşlanmadığını
onlara elə bir vəhylə söyləyir ki, o vəhyi duya bilmək üçün sevməyi bacarmaq lazımdı.

«Allah, xainləri sevməz» [8/58]
«Allah, tövbə edənləri sevər» [2/222]
«Allah fəsadçıları sevməz» [5/54]
«Allah müttəqiləri sevər» [3/76]
«Allah, həddi aşanları sevməz» [3/57]
«Allah, ədalətli olanları sevər» [5/42]
«Şübhəsiz Allah, xəyanətdə irəli getmiş günahkarı sevməz» [4/107]
«Allah, yolunda qurşunla qaynadılmış sağlam divar kimi saf halında savaşanları sevər» [61/4]
«Allah, təkəbbürlük göstərib özündən razı olanları sevməz» [4/107]
«Allah [hər cür pislikdən] təmizlənərək pak olanları sevər» [9/108]

«O, onları sevir, onlar da Onu...»

Sevgi sevməyi bacarmaqdır.
Sevgi fəda etməyə hazır olmaqdır.
Sevgi sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir.
Sevgi yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir.
Sevmək, qovuşmağa can atmaqdır...

Hər sevginin ən xoşbəxt sonluğu vüsaldır. Hər vüsal bir sevgi bayramıdır.
Sevənlərin bayramı bir anlıq, bir günlük, bir fəsillik ola bilməz.
Sevgi əbədi sürən Cənnət ləzzətidir. Sevginin görüş yeri Nəim
Cənnəti, görüş vaxtı Qiyamət günü, qovuşmağın müjdəsi isə Salamdır.

Qiyamət iki sevənin görüş vaxtıdır. Namazında Allahla görüşə bilmək üçün
Qiyam edə bilənlər qiyamətə bir bəla kimi deyil, bir müjdə kimi,
həsrətin sonu, vüsalın gəlişi kimi baxa bilərlər. İçindəki sevgi
düşmənlərinə qarşı qiyama qalxanlara qiyamətdə Salam veriləcək.
Yaradan onlar üzərində olan nemətini tamamlayacaq və onlardan razı qalacaqdır.
Çünki, «O, onları sevir, onlar da Onu...»


Geri dön

sevgi yalandir

  • 19 sentyabr 2011 20:44
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Jasmin45

  • 3 sentyabr 2011 12:36
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Sevgi cəsarətdir!
Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

Sevgi fədakarlıqdır!
Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər.

Sevgi paylaşmaqdır!
Sevəndən sevgi sədəqəsi umar.

Ən sonunda sevgi həyatdır!
Sevənin sevdiyini yaratmasıdır...


Çox gözəl yazıdır,ALLAH razı olsun..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

breaking dawn

  • 19 avqust 2011 14:16
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
ELA XEBERE GORE TWKLER winked

KaRola_16

  • 19 avqust 2011 01:35
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

Ən sonunda sevgi həyatdır!
Sevənin sevdiyini yaratmasıdır...

--------------------

SABiNA

  • 18 avqust 2011 22:06
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
super mövzudu.Əllərinizə sağlıq

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR

R.M_FaNaTka

  • 18 avqust 2011 18:59
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore cooookk tesekkurler

--------------------

Narka E-ZaDe

  • 18 avqust 2011 18:55
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Ən sonunda sevgi həyatdır!
Sevənin sevdiyini yaratmasıdır.


Sevgi - Həzrəti Yunus kimi balıq qarnında
olsa da belə, səcdə etməyi bacarmaqdı.


fellow smile

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

NİKİ

  • 18 avqust 2011 16:59
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
Sevgi - ölümsüzlük məktəbinin məzunu olmaqdır...ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Ay Üzlü

  • 18 avqust 2011 16:43
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Sevginin görüş yeri Nəim
Cənnəti, görüş vaxtı Qiyamət günü, qovuşmağın müjdəsi isə Salamdır.
Müəllifə təşəkkürler

★Azerbaijan girl★

  • 18 avqust 2011 16:04
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

thanks

Deniz

  • 18 avqust 2011 15:46
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Thank you .....

#*#*#*#*#*#*#*#*#*#*#*#*#*#*#*

HaYaliM

  • 18 avqust 2011 15:28
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Sevgi sevməyi bacarmaqdır.
Sevgi fəda etməyə hazır olmaqdır.
Sevgi sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir.
Sevgi yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir.
Sevmək, qovuşmağa can atmaqdır...


gozel yazi idi.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Doutzen Kroes

  • 18 avqust 2011 15:27
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Axıra qədər maraqla oxudum çox dəyərli yazıya görə təşəkkürlər

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Sirli Melek

  • 18 avqust 2011 15:22
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Sevgi fədakarlıqdır!
Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər. love

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

PELIN_ATABAY

  • 18 avqust 2011 15:19
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
twk

--------------------

Bu Menem

  • 18 avqust 2011 15:09
  • Məqalə: 61
  • Şərh: 1106
  • Bal:
{awards}
tws maraqlidi winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}