Orucun insanlar üçün çox sayda faydası var. Çünki Allahu Təala heç bir şeyi boş yerə əmr etməz. Fərz etdiyi oruc üçün də mütləq faydaları var.
İndi bu faydalardan bir neçəsini yazaq:
Oruc iradəni qüvvətləndirər. İnsana cəhd etmək səyini və səbri öyrədər.
Oruc insana nizam və intizam öyrədərək müəyyən bir vaxta qədər yeməmək və çəkməmək vərdişini qazandırar.
Oruc nəfslə edilən bir cihaddır. Nəfsi, əlaqədar olduğu dünya ilə günahlarından qurtarar, nəfsi arzuları qırar, yemək və içkilərdə nəfsi bir idarə mexanizmi altına alar.

Oruc, insandakı mərhəmət və qardaşlıq əlaqələrini inkişaf etdirir. Müsəlmanları bir-birinə yaxınlaşdıran bir ictimai və həmrəylik təşkilatı kimi olar.
Oruclu haldaykən aclıq və susuzluq hissi başqalarına yaxşılıq etməyə sövq edər.
Oruc, böyük bir əxlaq təhsili verir.
Oruc, eqoist arzulara və şeytanın vəsvəsələrinə qarşı böyük bir qüvvətdir.
Orucla insan məhrum olduğu şeylərə və qarşılaşacağı çətinliklərə qarşı bir təhsil vərdişini qazanar.
Oruc, böyük bir hərb təhsili də verər. Çünki döyüşdə istənilən zaman yemək-içmək mümkün deyil. Bəzən uzun müddət ac və susuz qalmaq olar. Bu səbəblə oruclu insan "ac və susuz qalmağa öyrəşərəm" deyərək bədəninə güc və müqavimət qazandırır.

Oruc, bədənlərin səhhət qaynağıdır. Kainatda işləyən hər şeyin bəzən istirahət etməyə ehtiyac var. Onun üçün on bir ay dayanmadan işləyən bədənin, mədə, bağırsaqlar və digər orqanların əlbəttə istirahət etməyə ehtiyacı vardır. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:
"Oruc tutun ki, sağlam olasınız"
Orucun daha bir çox hikmət və faydaları var.
Qısaca yekunlaşdırsaq;
-Oruc, Allahın verdiyi nemətlərə şükr etmək, Allahın əzabından qorunmaq, qiyamət gününü və cəhənnəm əzabının şiddət, əziyyət və qorxusunu xatırlatmaq vəzifəsidir.
-Oruc, şəfqət və mərhəmət duyğularını inkişaf etdirir.
-Oruc, möminlər arasında varlı-kasıb mübarizəsini azaldır.
-Oruc, Allaha və islam dininə bağlılığın səmimi olub olmadığını, ölçməyi təmin edir.
-Oruc, möminlərə Allahın rəhmət və mərifətini qazandırır, dünya və axirət xoşbəxtliyini təmin edir və oruclulara bərəkət verir.