
Nə vaxtsa baxsa məndən başqasına
Tutulsun gözlərin kor olsun dedin
Eşqi gözümə qıfıltək vurmusan
Baxa bilmərəm səndən başqasına

Sən mənim ölümsüz dünyamsan yarım
Mən səndə sənin üçün yaşayıram
Elə xoşbəxtəm talesiz deyiləm
Çünki sevən adını daşıyıram

Sən mənim pənahım xilaskarımsan
Bil vəfasız olub səni atmaram
Sənə əbədillik sevgi borcum var
Qaytarmağı heç zaman unutmaram
