Ümidlərin Uçduğu An

 
Ümidlərin Uçduğu An

Ümidlərimi və xəyallarımı bir şara doldurdum və buraxdım, yüksəlsin. O yüksəldikcə arxasından baxdım. Tuta bilməzdim. Tuta bilməzdim artıq onu. Yüksəlməyə davam edirdi və bilirdim ki görə bilməsəm belə o partlayacaq.

Ümidlərimi və xəyallarımı bir quşun ayağına bağladım və buraxdım, ucsun. O uzaqlaşdıqca arxasından baxdım. Geri çağıra bilməzdim. Bağlaya bilməzdim bir qəfəsə. Uzaqlaşmağa davam edirdi və bilirdim ki görə bilməsəm belə bir gün öləcək.

Ümidlərimi və xəyallarımı kağıza yazdım, təyyarə etdim və buraxdım, ucsun. O ucduqca arxasından baxdım. Suya düşüb parçalanmasını izlədim. Kağız parçacıqları yavaş yavaş ayrılmağa başlamışdı və bilirdim ki görə bilməsəm belə o kağız yox olacaq.

Ümidlərimi və xəyallarımı
ulduzlara izah etdim və buraxdım, parlasınlar. Onlar parladıqca, mən onlara baxdım. Onlara çata bilməzdim. Bir cavab ala bilməzdim. Mənə gülümsəməyə davam edirdilər və bilirdim ki Günəş doğunca hamısı yox olacaq.

Ümidlərimi və xəyallarımı
rənglərə həsr etdim və buraxdım, gülümsəsinlər. Onlar gülümsədikcə mən rənglədim. Onlara pərəstişkardım. Xəyallarımı rəngləndirməyə davam etdim. Şəkilim divarımda dayanırdı amma bilirdim ki görməsəm belə bir gün matlaşacaqdı o rənglər.


Gün gəldi baxdım ki ümidlərimi və xəyallarımı yüklədiyim hər şey yox oldu. Yenidən tapma ümidim vardı. Onları geri gətirməyi xəyal edirdim. Bunu fərqinə vardığımda anladım;

Ümidlərimi və xəyallarımı ürəyimə yazmışım və buraxdım, unudulsunlar. Onlar var olduqca mən rahatdım. Onların varlığıyla dinclik tapdım. Ümidlərimə və xəyallarıma yenilərini əlavə etməkdən heç imtina etmədim. Onları itirdim sanırdım amma bilirdim ki onların reallaşacağı günləri görəcəkdim...


Geri dön

Ulya

  • 16 sentyabr 2010 10:52
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
ZoLuShKa,
dangerous_angel,
Милая_kisa,
love

Kisa_Kiss

  • 14 sentyabr 2010 17:26
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
спасибо

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 61
Cəmi: 91

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 40
Cəmi: 143
 
The Shield
Xəbərləri: 37
Cəmi: 299
 
Darling
Xəbərləri: 37
Cəmi: 922
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 73
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 14
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}