ABU-nun tələbələri çıxılmaz durumda

 
ABU-nun tələbələri çıxılmaz durumda

Universitetin əmlakının satılması bahasına olsa da, dəymiş ziyanın ödənilməsi tələb edilir

Axırıncı dəfə ötən ilin iyununda olmuşduq Azərbaycan Beynəlxalq Universitetində (ABU). Rektor Elşad Abdullayevlə universitetin gələcək taleyinə yaranmış təhlükələr barədə söhbətə – müsahibəyə yollanmışdıq. Onda Elşad müəllimin qəbul otağı qarşısında çox sıxlıq idi: məşhur “Forbes” jurnalının əməkdaşları ABU-nun rektorunun qonağıydı. Görünür, xarici jurnalistləri çox şey maraqlandırdığından söhbət də uzun çəkmişdi. “Forbes”çilərlə uzun söhbət öz növbəsində rektorun qəbuluna düşmək istəyənlərin sayının artması, uzun bir növbənin yaranması üçün əsas olmuşdu.

ABU-nun lisenziyasının ləğv etməsi ilə əlaqədar tələbə və valideynlərin universitetin qarşısındakı etiraz aksiyasını müşahidə edəndə nədənsə, həmin mənzərə gözümün önünə gəldi. Onda Elşad müəllimdən ABU-ya tələbə qəbulunun dayandırılmasının səbəbini, universitetdəki yoxlamaların gedişini soruşmuşduq. Rektor Təhsil Nazirliyinə işarə edərək, beləcə demişdi: “Zəhmətimizi gözdən salmasınlar, heç universitetlərin reytinq cədvəlində həmişə axırıncı yerdə olanlara söz deyən yoxdur”.

Bir ildən sonra...

Dünənki aksiyada şahidi olduqlarımız hüquq elmləri doktoru, professor adını daşıyan hörmətli rektorun insanların hüququnu necə kobudcasına pozduğunun sübuta ehtiyacı olmadığına əminlik yaradırdı. Biz isə Lent.az-ın əməkdaşları olaraq bir şeyə də əmin olduq ki, 2009-cu ilin iyununda ABU rektorun universitetin beynəlxalq imici barədə söylədikləri quruca söz imiş. Bunu etiraz aksiyası keçirib təhsil haqlarını geri istəyən tələbələr və onların valideynləri də açıq söyləyirdilər.

Universitetin həyətinə toplaşmış valideynlərdən biri, Zərdab rayonundan olan Saleh İsmayılovun narazılığı bu özəl ali məktəbin bağlanmasından yox, Təhsil Nazirliyinin indiyə qədər baş verənlərə ciddi nəzarət etməməsindəndir. Müsahibimiz etiraf edir ki, onun övladının adı 4 il əvvəl Dağıstan Dövlət Universitetinə yazdırılıb. Bir il sonra isə ABU-ya köçürülüb. Amma 4 il ərzində bütün təhsil haqları ABU-da ödənilib: “Qəbul vaxtı nə qədər verdiyim yadımdan çıxıb. Amma hər il 600 manat təhsil haqqı ödəmişəm. Üstəlik, bütün imtahanları da pulla yola vermişik. Bu il dövlət imtahanını da verib, heç bir kəsiri-filanı yoxdur. Amma diplomu hələ verməyiblər”.

Saleh İsmayılov deyir ki, dünən axşam televiziya kanallarında ABU-nun bağlanacağı xəbərini eşidəndə oğlunun diplom ala bilməyəcəyini yəqinləşdirib: “Bilirdim ki, universitetlə bağlı problem var. Amma biz hüquqi dövlətdə yaşayırıq, necə ola bilər ki, bir ali məktəb xarici universitetlərdən özünə tələbə köçürsün, lakin Təhsil Nazirliyinin bundan xəbəri olmasın. İndi ki, Təhsil Nazirliyi bundan xəbər tutub, buyurub hər kəsin haqqını təmin etsin: oxuyanlara diplom versin, yarımçıq təhsil alanların ödədiyi pulları geri qaytarsınlar”.

2008-ci ildə universitetin maliyyə-kredit fakültəsini bitirən Sənubər adlı məzun da indiyə qədər diplom ala bilmədiyindən gileylənib. Onun sözlərinə görə, 3000 manat ödəməklə bütün imtahanları, o cümlədən dövlət imtahanın verib. Ancaq iki ildir ki, diplomunu ala bilmir: “Hər dəfə gələndə deyirlər ki, get bir aydan sonra gəl. Bunlar heç vaxt ciddi problemin olduğunu deməyiblər. Bircə onu deyiblər ki, siyahını yazıb vermişik nazirliyə. Nazirlik bu gün-sabaha diplomları göndərəcək. Başımızı belə-belə aldadıblar, indi də qarar verildi ki, universitet bağlanır”.

Rektor Dubayda dincəlir, dekanlar telefonlarını söndürüb

Narazılıqların bu yerində aksiyaya toplaşanların bir qrupu birinci tədris korpusuna doğru gedərək universitet rəhbərliyi ilə görüşməyə cəhd göstərir. Ancaq tədris korpusunun qarşısında dayanmış mühafizəçilər bildirirlər ki, rektorluğun və fakültə dekanlarının kabinetləri bağlıdır. Onların dediyinə görə, bəzi fakültə dekanları arabir universitetə gəlsələr də, bu gün onların çoxu mobil telefonlarını da söndürüb. Rektor Elşad Abdullayev isə Dubayda ailəsi ilə birgə dincəlir.

Mühafizəçilər onu da deyiblər ki, prorektorlar və fakültə dekanları bütünlüklə məzuniyyətdədir və onlar sentyabrın 10-dan etibarən işə çıxacaqlar. Belə olan halda narazı tələbə və valideynlərin bir qrupu Təhsil Nazirliyinə yollanmaq qərarına gəlir. Tələbələrin və valideynlərin nazirlikdən əsas tələbi nəyin bahasına olursa-olsun, tələbələrə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır.

Cəlilabad rayonundan olan valideyn isə daha sərt tələblə çıxış edir: “Universitet öz əmlakını, tədris korpuslarını satmaq bahasına olsa da, indiyədək diplom almayan tələbələrin ödədiyi təhsil haqqı, onlara vurulan mənəvi zərər ödənməlidir. Biz bu barədə Təhsil Nazirliyinə də, məhkəməyə də, lazım gəlsə, Avropa Məhkəməsinə də müraciət edəcəyik”.

Dekan baş verənlərdən xəbərsizdir?

Xatırladaq ki, mühafizəçilər universitet rəhbərliyindən içəridə kimsənin olmadığını bildirsələr də, bir qədər sonra maliyyə-kredit fakültəsinin dekanı Rabil Amanov universitetin həyətində göründü. Onu tanıyan tələbələr dərhal dekana yaxınlaşaraq, vəziyyətə aydınlıq gətirilməsini istəyiblər. O isə baş verənlərdən o qədər də xəbərdar olmadığını, lakin təhsilini başa vuranların diplom ala biləcəyini deyib.

“Hazırda bizim universitetdə qanunsuz təhsil alan tələbə yoxdur. Kimlər ki, imtahan verib, lazımi sənədləri var, onlar diplomlarını alacaqlar. Məncə, təşvişə düşməyə, narahat olmağa dəyməz. Sadəcə, indi hamı istirahətdə olduğuna görə məsələyə aydınlıq gətirilməsi bir qədər yubanır. Amma əminəm ki, nə imtahan verib qiymət alanların diplomlarında, nə təhsillərini davam etdirənlərin gələcək təhsillərində narahatlıq yoxdur. Diplomlar veriləcək, tələbələr başqa universitetlərə köçürüləcək” – deyə, fakültə dekanı tələbə və valideynləri dağılışmağı məsləhət görüb.

Xatırladaq ki, Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Nazirliyin İcra Aparatından verilən məlumata görə, adıçəkilən məktəb lisenziyasının uzadılması üçün müraciət edib. Amma Təhsil Nazirliyinin Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma apardıqdan sonra lisenziyanın müddətinin uzadılmaması barədə qərar verib. Səbəb - tədrisin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlardır.


Geri dön

NELLY19

  • 28 iyul 2011 16:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkur edirem

nilayka

  • 7 may 2011 16:41
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Melumata gore twk

--------------------

Ulya

  • 16 sentyabr 2010 10:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol

OK

  • 14 sentyabr 2010 22:58
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}
maraqlidir.......

--------------------

Dj_Tural

  • 14 sentyabr 2010 21:39
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
bawqa ne gozleyirdiz ki? axi bura Azerbaycandi!!!!!!!!!!!

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

Kisa_Kiss

  • 14 sentyabr 2010 19:47
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
dangerous_angel,
аха согласно с тобой wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}