Onu sevmək ( 3 cu hissə )

 
Onu sevmək ( 3 cu hissə )

Məkkənin müşrikləri də onlardan əvvəl həlak olana qədər inkarda dirənən kafir qövmlər kimi “Bizə bir mələk göndərilməli deyilmiydi?” deyən sinifə daxil oldular.
Quranın xəbər verdiyinə gorə, Rəsulullahı qəsd edərək “Bu necə peygəmbərdir? Yeyib-içir, bazarlarda gəzir!” deyirdilər. İnsan olmaq qüsur sayılırdı onların məntiqinə görə. İnsan nəslindən tamamilə ümüd kəsmişdilər. Əslində onlar özlərindən ümüd kəsmişdilər. “Insandan adam olmaz” demək istəyirdilər, lakin eyni zamanda “bizdən adam olmaz” demiş olurdular.

Sonra “Qızıldan bir saray tiksin” dedilər. “Bu dağı qızıl etsin”, “Bu vadini qızılla doldursun” dedilər.
“Göyə nərdivan dayasın”, “Bizə bir mələklə görünsün”, “Bu qayanın içindən tam təchizatlı bir əsgər çıxarsın” dedilər.

Onu sevmək ( 3 cu hissə )

Onlar gerçək bir peyğəmbər deyil, Yer üzünün bütün sərvətinə hökm edə bilən bir imperator istəyirdilər. Çünki onların gözündə “böyük adam” olmaq pulla, güclə, səltənət, ehtişam və iqtidarla ölçülürdü. Onlar sadəcə bu sadalananların qarşısında əyilirdilər, bunlarla insane boyun əydirir, diz çökdürürdülər. Bunun xaricində Allaha, anlama, əxlaqa, ərdəmə təslim olmaq onlara görə deyildi.
Əgər istəkləri gerçək olsa – onlara peyğəmbər olaraq bir mələk göndərilsə və ya digər tələbləri yerinə yeitirilərsə, guya ki, inanacaqdılar…?
Quran bu suala qısa və konkret bir şəkildə “Xeyr!” deyir. Bazarlıqla başlayan bir işin sonu iman deyil, alış-veriş məsələsi olardı. Onun üçün də Allah onların bu cür tələblərini ciddi qəbul etmədi. “Bu vəhyi göndərməyimiz onlar üçün möcüzə olaraq bəs etmədimi?” deyə meydan oxudu və bu yanaşmanı rədd etdi. Vəyh Rəsulullahı da bu yöndə inşa etdi. O da onların bu tip tələblərini ciddi qəbul etmədi.
Və Rəsulullahın öz əlləri ilə tərbiyə etdiyi səhabələr də bu cür etdilər. Misal olaraq:

Onu sevmək ( 3 cu hissə )

İslam ordusu Bədrə gedərkən yolda bir bədəviyə rast gəlir. Bədəvi Həzrəti Peyğəmbərdən “Sən peyğəmbərsənmi?” deyə soruşur. “Bəli” cavabını eşidərkən Rəsulullahı bədəvicə bir testdən keçirmək istəyər “O zaman dəvəmin qarnındakının cinsiyyətinin nə olduğunu söylə görüm? ”
Sizcə orda olan səhabə nə etmişdir?
Məsələn, həmin bədəvini ciddi qəbul edib, “Qoy görək nə cavab verəcək?” deyə Əfəndimizin nə cavab verəcəyinimi gözləmişdilər? Yoxsa bədəviyə “Bir az gözlə vəyh ensin…” demişdilər.
Xeyr! Heç birini.
Çünki onlara görə Rəsulallaha belə bir sual vermək əbəsdir və oradakı səhabələrdən biri (Sələmə bin Səlamə) yaranmış vəziyyətə həmən müdaxilə edərək “O sualı Allah Rəsuluna vermə. Bu tərəfə gəl, mənə ver, mən sənə … ” deyərək adama bir az ağır ifadələrlə acıqlanıbmış. Verdiyi cavabın sonu o qədər ağır olmuş ki, Rəsulullah belə onu qınayıbmış.

Onu sevmək ( 3 cu hissə )

İbn Hişamın nəql etdiyi bu örnəyə nə deyərsiz:
Rəsulullah Təbuk səfərində dəvəsini itiribmiş. Səhabələr onun xahişi üzərinə bütün imkanlarını səfərbər edib dəvəni axtarırmışlar. Bir münafiq vəziyyəti belə görüb bu sözləri deyib: “Özünün peyğəmbər olduğunu və göydən xəbər aldığını söyləyən bir adam itən dəvəsinin belə yerini bilmir, vallahi heyrətlidir!”


Buyurun, bu da üçüncü örnək:
Allah Rəsulu vəfat edərkən Bəhreyndə tanınmış Abdülqeys qəbiləsi “Əgər o, peyğəmbər olsaydı, ölməzdi” deyərək dindən üz döndərmişdilər.
Doğru olaq: Bu günümüzün müsəlmanlarının əksəriyyəti verilən örnəklərdəki düşüncə tərzindən hansına daha yaxındırlar?
Bir müsəlmanın peyğəmbər təsəvvürünün bu örnəklərdən hansına yaxın olduğunu anlamağın ən asan yolu nədir bilirsinizmi?
Cavab: Allah Rəsulunu tərifləyərkən gətirdiyi dəlillər…

Onu sevmək ( 3 cu hissə )

“Kim nəyə namizəddirsə, Aləmlərə Rəhmət olanda onu axtarar” desək əgər, ümumiləşdirmə etmiş olarıqmı? Olarıq. O zaman dəyişək və heç kimə haqsızlıq etməməyə çalışaq:
Insan olmağa namizəd olan peyğəmbərimizin Allah tərəfindən öyülən insanlığını görər və göstərər. Mələkləşməyə namizəd olan ( hansı ki, bu tələbi sünnətullaha zidd olduğu üçün həm gerçəkləşməyəcək, həm də onu yanlışlara sürükləyəcəkdir), Allah Rəsulunda da mələklik axtarar. Səhih xəbərlər arasında buna örnək tapa bilməzsə zəif xəbərlərə, onlarda da tapa bilməzsə, yalanlara sarılar. Onlarda da tapa bilməzsə əksər hallarda müşahidə olunduğu kimi özündən uydurma yolunu tutar. Uydurduğunun müştərisi olar, müştəri olduğunu uydurar.
Və ortaya gerçəklə heç əlaqəsi olmayan, Allahın seçdiyinə və Qur`anın tanıtdığına bənzəməyən əfsanəvi və təsəvvürdə əmələ gətirilmiş, planlanmış bir “peyğəmbər” çıxar. Çıxmasına çıxar, ancaq nə özünün onu örnək alıb əxlaqını yaymaq kimi bir dərdi var, nə də davranışları örnək alına biləcək, addımları izlənə biləcək qədər yer üzünə və insana yaxındır.

Onu sevmək ( 3 cu hissə )

Möminlər!
Diqqətli olun! Heç kim sizə Aləmlərə Rəhmət olanın "çiynindən rüşvət verməyə" çalışmasın. Amma bu yola təvəssül edənlərə Allah xətrinə Rəsulullahın “hassü alə vücuhihhimut-turab: Üzünə torpaq saçın” tövsiyyəsini tətbiq edin. Bu ərəb dilində bir deyimdir: “Onu gözlədiyindən məhrum edin” mənasına gəlir. Sizə kim “Allah Rəsulunu örnək alın!”, “Onu çağımıza daşıyın!”, “Onun əxlaqını indi və buradaymış kimi yenidən yaşayın!”, “Onun mirası vəyhdir: ona xəyanət etməyin!”, “Onun missiyası risalətdir, onu
yerdə qoymayın!”
deyirsə, onu dinləyin, ona uyun!

Əmin olun ki, o insan Peyğəmbər balına qonmuş bir milçək deyil, Peyğəmbər bağçasının çiçəklərindən bal çəkən bir bal arısıdır.

(son)


Geri dön

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 20:38
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

Willow smith

  • 20 avqust 2011 09:08
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Seni sevmek asandir unutmaqsa dagi yerinden oynatmaq qeder cetin

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Narka E-ZaDe

  • 19 avqust 2011 23:37
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 19 avqust 2011 20:29
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore cox tesekkurler canim coox sagol

--------------------

Doutzen Kroes

  • 19 avqust 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Maraqlı və dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

BDU-telebesi

  • 19 avqust 2011 16:57
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
ellerine sagliq

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

aga482

  • 19 avqust 2011 16:36
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKURRRRRRRRRRRRRRRRRRRRRRRRRRR

smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

HaYaliM

  • 19 avqust 2011 15:38
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
maraqla ve sona kimi oxudum.cox souma geldi.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 19 avqust 2011 15:31
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanks very much

KaRola_16

  • 19 avqust 2011 15:22
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
Əmin olun ki, o insan Peyğəmbər balına qonmuş bir milçək deyil, Peyğəmbər bağçasının çiçəklərindən bal çəkən bir bal arısıdır. SUPER...ELLERINIZE SAGLIQ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 32
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}