Tarixin qeyri-ciddi yaşanmışları

 
Tarixin qeyri-ciddi yaşanmışları

Ölümü özü səslədi
Napaleon ən istedadlı marşallarından olan Lannın igidliyini onun üzünə təifləyərkən 34 yaşlı marşal pərt halda ucadan demişdi: “Qusar 30 yaşına qədər döyüş meydanında həlak olmayıbsa,o,qusar qusar deyil,zibildir!” Lann bundan iki il sonra mərmi yarasından həlak oldu.

Tarixin qeyri-ciddi yaşanmışları

Çarə
Hansısa bir şair yazdığı qəzəli Camiyə oxuyur və deyir ki,o, şöhrətlənsin deyə bu qəəzəli şəhər darvazasından asmaq istəyir.Cami deyir:
-Qorxuram ki,şeiri heç kəs oxumasın,buna görə diqqəti cəlb etməyin bir çarəsi var:gərək səni də qəzəlin yanından assınlar

Tarixin qeyri-ciddi yaşanmışları

Kinayə
Bir dəfə Taleyrana xəbər verirlər ki,Napoleonun 1 yaşlı oğlu artıq yeriyir,hətta hərdən qaşır da.Bu hadisə Napoleon ordusunun Rusiyadan geri çəkildiyi zaman baş vermişdi.Taleyran bu xəbəri eşidib demişdir:
-Çox qəribə hadisədir,ata ilə oğul bir vaxta qaçmaq öyrənirlər.

Tarixin qeyri-ciddi yaşanmışları

Satqın mətbuat
Napoleon hər səhər üzünü qırxarkən,ona ingilis və alman qəzetlərini oxuyurdular.İmperatoru fransız mətbuatı maraqlandırmırdı:
-Bizim mətbuatda,-o deyirdi,-ancaq mənim əmr etdiyimi yazırlar.

Tarixin qeyri-ciddi yaşanmışları

İxtira
Məşhur ixtiraçı Edisonun həyət qapısının çox çətin aşıldığına tanışları təəccüb edirdilər.Axırda dostlarından biri ondan soruşur:
-Sənin kimi dahi ixtiraçı bundan fərlisini düzəldə bilmirdi?
-Məncə qapı dahiyanə düzəldilib,-deyə Edison etiraz edir.-belə ki,qapı evin su kəmərinin nasosu ilə birləşdirilib.Hər gəlib gedən qapını açmaq cəhdi ilə şənə 20 litr su nasoslamış olur.

Tarixin qeyri-ciddi yaşanmışları

Günah özümdədir
Əmir Teymur iranı fəth etdikdən sonra tərki-dünya yaşayan hafizi öz hüzuruna şağırıb deyir:
-Ey Hafiz!Mən çox səltənətlər fəth etdim ki,Buxara,Səmərqəndi tikib şöhrətləndirəm,sənsə öz şeirlərində yazırsan ki, onları gözəlin bir xalına verərsən!
-Elə ona görə də,bu günə qalmışam,qibleyi-aləm!

Tarixin qeyri-ciddi yaşanmışları

Knyaz
Bir dəfə I Pavel qraf Rostopçindən soruşur:
-Əgər səhv etmirəmsə,rastopçinlər mənşəcə tatardılar?
-Elədir, zati-həzrətləri.
-Bəs onda siz nə üçün knyaz deyilsiniz?
-Ona görə ki,mənim əcdadım Rusiyaya qışda köçmüşdür.Rus şarları yayda gələn adlı-sanlı tatarlara knyaz titulu bəxş edirlər,qışda gələnlərə isə şuba!


Geri dön

Ulya

  • 16 sentyabr 2010 10:56
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
love coox sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}