Ata və qız həyat dərsi

 
Ata və qız həyat dərsi

Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilə üzləşirdi. Atası qızının bu vəziyyətini görüb, ona həyat dərsi verməyi qərara aldı. Qızın atası aşpaz idi. Bir gün onu mətbəxə apardı. Üç qab götürüb ocağın üzərinə qoydu.

Ata və qız həyat dərsi

Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə kartof, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Və qızına bir kəlmə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə nəticələnəcəyini bilmək istəyirdi. Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmiş sual dalınca sual verməyə başladı. Ancaq atasından səs çıxmadı. İyirmi dəqiqə sonra qabların altını söndürdü. Əvvəlcə birinci qabdakı kartofu çıxarıb bir qaba qoydu. Sonra ikinci qabdakı yumurtanı çıxardı. Nəhayət, üçüncü qabdakı qəhvəni götürüb, bir fincana boşaltdı. Və üzünü qızına tutaraq soruşdu:
"Nə görürsən?" - "Kartof, yumurta, qəhvə", - deyə qızı saymazyana cavab verdi. "Daha yaxından bax", - dedi atası: "Kartofa toxun".

Ata və qız həyat dərsi

Qız deyiləni etdi. Kartof yumşalmışdı. "İndi də yumurtaya bax". Yumurtanın qabığı əvvəlkindən bərk idi. "İndi də qəhvənin dadına bax". Qızı qəhvədən bir qurtum aldı. Qəhvənin çox gözəl dadı var idi. İstər-istəməz qızın üzünə xoş bir təbəssüm yayıldı. Ancaq yenə də bütün bunlardan bir şey başa düşməmişdi.
"Bütün bunlar nə deməkdir, ata?" - deyə soruşdu. Atası kartofun da, yumurtanın da, qəhvənin də eyni aqibətlə qarşılaşdığını bildirdi. Ancaq hər birinin reaksiyası başqa-başqa idi. Kartof əvvəlcə bərk, "güclü" və "amansız" görünsə də, qaynar suyun içərisində yumşalmış, "gücdən" düşmüşdü. Yumurta isə zərif idi. Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qaldıqdan sonra bərkidi, qatılaşdı. Ancaq qəhvə tamam başqa idi. Qaynar suda qaldıqca həm özü dəyişmiş, həm də suyu dəyişdirmişdi...

Ata və qız həyat dərsi

"Sən bunlardan hansısan?" - deyə soruşdu qızından. "Həyatda bir problemlə qarşılaşdıqda necə reaksiya verəcəksən? Kartof kimi yumşalıb əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı? Yoxsa qəhvə kimi başına gələn hər hadisənin həyatına yeni bir dad verməsinə imkan verəcəksən?"
Qız atasının nə demək istədiyini anlamışdı...


Geri dön

Musique Sage

  • 1 oktyabr 2011 13:33
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
tesekkurler

sevgi meleyim

  • 7 sentyabr 2011 10:50
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
{awards}
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

devyjones

  • 22 avqust 2011 05:20
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Tesekkurler Cox menali Xeberdi!!!

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

S_E_N_S_I_Z

  • 20 avqust 2011 18:10
  • Məqalə: 0
  • Şərh: 87
  • Bal:
{awards}
tewekurler

tewekurler

MuslimGirl

  • 20 avqust 2011 13:43
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Mən şərhsiz qalıram...

MiLeyla

  • 20 avqust 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
ne xowbext o insanaki hemiwe bu cur heyat dersi veren kimse var yaninda

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

vasinka

  • 20 avqust 2011 05:07
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
ne deyeceyimi bilmedim...

Narka E-ZaDe

  • 19 avqust 2011 23:21
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
hekayenin movzusu eladir...Yoxsa qəhvə kimi başına gələn hər hadisənin həyatına yeni bir dad verməsinə imkan verəcəksən?men qehve olmaqa isteyerdim...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 19 avqust 2011 20:23
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm maraqli xebere gore cox tesekkurler canim coox sagol

--------------------

KaRola_16

  • 19 avqust 2011 20:14
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLIDIR...

--------------------

Doutzen Kroes

  • 19 avqust 2011 20:05
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Axıra qədər həvəslə oxudum çox anlamlı hekayədi
qəhvə kimi başıma gələn hər hadisənin həyatıma yeni bir dad verməsinə istəyərdim

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Cilent_M.Q

  • 19 avqust 2011 19:36
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
ibretamiz hekayeye gore tesekkur...

--------------------

★Azerbaijan girl★

  • 19 avqust 2011 19:24
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
super cox tskler edirem thanks

Мой Мир

  • 19 avqust 2011 18:48
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
hmmmmmmmm maraqli did twk

--------------------
∞♥

_DreaM_

  • 19 avqust 2011 18:33
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
oxumadim ama yenede eziyyete gore tesekkurler)))

--------------------

BDU-telebesi

  • 19 avqust 2011 18:25
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
hekaye superdi twkler

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

HaYaliM

  • 19 avqust 2011 18:23
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
cox ibretamiz bir hekaye idi.maraqla oxudum.heyatin her bir cetinliyine qarsi inamla addimlamaliyiq.heyat elinden gelen qeder bize ders vermeye calisir her aninda.biz hec vaxt mubarizeden cekinmemeliyik mehz Heyata inad.bu baximdan hekayeden cixan neticeye gore men de qehve olmagi secerdim.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Peaceful

  • 19 avqust 2011 18:20
  • Məqalə: 0
  • Şərh: 155
  • Bal:
{awards}
hmmm oxumağa dəyər hekayə imiş, bəyəndim...mənim həyatda olanlara qarşı yeganə reaksiyam: "nə olursa olsun, xeyirliyə doğru olur..." bu mənim həyat fəlsəfəmdir....Amma bəzən mən də hər şeydən bezirəm...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

liderka

  • 19 avqust 2011 18:13
  • Məqalə: 1
  • Şərh: 593
  • Bal:
{awards}
oncelikle hekayenin movzusu ela idi..
men ise qehve olmagi isterdim..
bezen kartof bele ola bilirem
yumurta olmaq ise gerceklewe bilmeyeceyini duwunduyun xeyallari reallawdirmaq kimi bir weydir..
tebii ki bunlar mecazi mena veren amma cox anlamli benzetmeler idi...cox gozel

--------------------
HaYaLiM....
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 79

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 25
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 24
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 501
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
..::Kitty::..
Xəbərləri: 3
Cəmi: 3
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}