Bir gəncin duası

 
Bir gəncin duası

Bir gənc Kəbədə həmişə belə dua edirdi: «Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!». Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: «Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?». «7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: «Bu qızıllara sənin çox ehtiyacın var» deyirdi. Sonra düşündüm ki: «Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır». Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi. Bir gün gənc dedi: «Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız». Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: «Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi». Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: «Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi». O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm».

Bir gəncin duası


Geri dön

sevgi meleyim

  • 7 sentyabr 2011 10:49
  • Məqalə: 25
  • Şərh: 1595
  • Bal:
xebere gore tesekkur

--------------------
Gedene Uzulme.Sevseydi Getmezdi...Gelene Sevinme,O da Bawqasindan Gelib..

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 20:32
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

_BAD_LIFE_

  • 25 avqust 2011 14:36
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
TEWEKUR XEBERE GORE wink

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

_BAD_LIFE_

  • 23 avqust 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 216
  • Bal:
{awards}
cooooooooooooooooooooooooooooooooooooooooooooooooo
ox maraqli idi twk

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

R.M_FaNaTka

  • 20 avqust 2011 20:59
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

KaRola_16

  • 20 avqust 2011 20:07
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
COX MARAQLI HEKAYEDIR...

--------------------

BDU-telebesi

  • 20 avqust 2011 19:24
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

... Deryam ...

  • 20 avqust 2011 18:24
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
HER KESIN IBRET ALA BILECEYI HEKAYELERDENDI...ALLAH RAZI OLSUN........

--------------------

S_E_N_S_I_Z

  • 20 avqust 2011 17:47
  • Məqalə: 0
  • Şərh: 87
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

Ay Üzlü

  • 20 avqust 2011 16:39
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

Doutzen Kroes

  • 20 avqust 2011 15:58
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Axıra qədər oxudum çox ibrətamiz və dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

NİKİ

  • 20 avqust 2011 13:14
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

MiLeyla

  • 20 avqust 2011 12:57
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
tuk urpedici hekaye idi.allah razi olsun

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

HaYaliM

  • 20 avqust 2011 12:47
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
cox maraqli hekaye idi.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Мой Мир

  • 20 avqust 2011 12:41
  • Məqalə: 722
  • Şərh: 5845
  • Bal:
{awards}
allah razi olsun

--------------------
∞♥

✰GlaMurKa✰

  • 20 avqust 2011 12:11
  • Məqalə: 847
  • Şərh: 9529
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ALLAH BUTUN DUALARI QEBUL ELESIN AMIN

Narka E-ZaDe

  • 20 avqust 2011 11:50
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

MuslimGirl

  • 20 avqust 2011 11:42
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Hekayə mənə çox təsir etdi. Haramdan nə qədər uzaq olsaq, ALLAH, bir o qədər də bizi mükafatlandırar. ALLAH razı olsun, bacım!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 34
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}