Mən bu yazının hansı hissəsindəyəm?

 
Mən bu yazının hansı hissəsindəyəm?

Həyatlarımız da həmişə
ya gözlənilənlər var ya da gözləyənlər var
Ömürümüz nədənsə həmişə ümid etməklə unutmaq arasında tükənir
Ya gözlənilən heç cür bizə çatmır ya da yol ayrıclarında erkən davranırıq
Ümid edilənlə unudulanlar nədənsə həmişə bir-birlərini aparırlar
Səhvlə doğru da olduğu kimi

Var oluşlarımızda yox oluşlarımızda həmişə eyni səbəbdən-HƏSRƏTDƏN
Amma nəticə nə olursa olsun yox olarkən də var olarkən də gözləyişlər içindəyik
Gözlədik...
Gözləyirik...
Gözləməyə davam edəcəyik...

Mən bu yazının hansı hissəsindəyəm?

Və niyə hər gözləyən həyatını gözlənilənə bağlar?
Ya da niyə gözlənilən bir gün dönəcəyini söyləyərək çıxar gözləyənin həyatından?
Həyatımızda ki gedib gəlmələrdə niyə həmişə gözləniləni günahlandırırq?
O olsa həyat dahamı yaxşı olar?
Yoxsa həyatı yaxşı edən oun həsrətidirmi?
Niyə gözləyən hər günə gözlənilənin gələcəyi ümidiylə başlar?
Və ya niyə gözlənilən heç cür dönüş yolunu tapa bilməz?
Bütün yollar çıxılmazmıdır?
Ya da geri dönüşdə gözləyəni tapa bilməmə qorxusudurmu onu hər yola çıxdığında geri qoyan səbəb?
Gözləyən də gözlənilən də unutdusa unutmağa məcbursa niyə hər doğan gün özüylə birlikdə yeni gözləyişlər də doğurar?
Və ya niyə həmişə sonunu bilə-bilə başlarıq yeni gözləyişlərə?
Yoxsa heç bir şey deyildə gözlənilənin bir gün geriyə dönə bilmə ümididirmi bizi dəstək olan?

Mən bu yazının hansı hissəsindəyəm?

Və ya bir gözləyənimiz olduğu üçün tək olmadığımızı dünyaya sübut etmiş olduğumuzu sanmaqdırmı bizi gözləyənə bağlayan?
Gözləyən bütün həyatını o qədər bağlamışdır ki gözlədiyinə, onun gəlməsi üçün edə bilməyəcəyi heç bir şey yoxdur yer üzündə
O olmadan təkdir və onun təkliyi də gözəldir sonunda ona qovuşmaq varsa
Gözlənilən o qədər xoşbəxtdir ki bir gözləyəni olduğuna onsuz olmanın,onu görə
bilməmənin hüznü belə gözəl gəlir əgər bütün yollardan geriyə dönüş varsa…
Əslində gözləyən də gözlənilən də özünümü aldadar?
Bütün gözləyişlərin əsl səbəbi yolun sonunda özümüzü tapma, özümüzə qalma qorxusudurmu görəsən?
Bütün gözləyişlər də əsl gözlədiyimiz özümüzük və hər döndüyümüz yolda özümüzə çıxırsa,başlanğıcdan bəri tək deyilikmi?
Və təkmi bitirməliyik?
Təkliyimizə və ya başqalarının təkliyinə çarə axtarmaqdansa yalnız gözləməliyikmi?
Bu gözləyişin vardırmı sonu?

Mən bu yazının hansı hissəsindəyəm?

Yoxsa sonsuz gözləyişlərə o qədər vaxt itirdikdə mənliyimizi geriyə döndüyümüzdə tapacaq bir mən buraxmadıqmı?
Boş ümidlərin arxasından o qədər qaçdıqda özümüzə gedəcək dərmanı tapa bilmədikmi?
Hər şeydə o qədər başqalarını axtardıqda özümüzü tapmağa zaman ayıra bilmədikmi?
Və ya hər şeyi unutduğumuz kimi başlanğıcda əsl axtardığımızın özümüz olduğunudamı unutduq?
Yoxsa hər şeyi hazırladıqmı? Bizi bu qədər xoşbəxt edən, gözlədən,
yoran, ağrıdan, yorarkən belə təkrarını gözlədən həmişə özümüz idikmi?
Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil?
Niyə digər hər şey kimi yalnız bizim deyil? Niyə u oyunda tək başımıza
oynaya bilmirik? Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak
və hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

Mən bu yazının hansı hissəsindəyəm?

Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil?
Niyə digər hər şey kimi yalnız bizim deyil?
Niyə bu oyunda tək oynaya bilmirik?
Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və
hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

Və mən bu yazının hansı hissəsindəyəm?
Gözlənilənəmmi? Gözləməliyəmmi?
Yoxsa bir zamanlar özümə etdiyim kimi hər şeyi tərkmi etməliyəm?


Geri dön

music_angel

  • 25 avqust 2011 18:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
xebere gore tesekkur edirem

xebere gore tesekkur edirem

--------------------

R.M_FaNaTka

  • 20 avqust 2011 21:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

KaRola_16

  • 20 avqust 2011 20:13
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLIDIR... TEWEKKURLER...

--------------------

Ay Üzlü

  • 20 avqust 2011 16:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

BDU-telebesi

  • 20 avqust 2011 15:04
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
ellerine sagliq

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

TUNU_INEM

  • 20 avqust 2011 14:01
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
{awards}
ELLERIN DERD GORMESIN

ELLERIN DERD GORMESIN

NİKİ

  • 20 avqust 2011 13:21
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
cooox deyerli ve gozel yazidir... fellow

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

Deniz

  • 20 avqust 2011 13:19
  • Məqalə: 338
  • Şərh: 3907
  • Bal:
{awards}
Gozleyen deyilem hele ki....bilmirem belke kiminse terefinden gozlenilenem?bunu bilmek maraqli olardi

MuslimGirl

  • 20 avqust 2011 13:15
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bu yazıda , həqiqətən də, öz hisslərimi tapdım..Çox bəyəndim. Təşəkkür

Мой Мир

  • 20 avqust 2011 12:40
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
deyerli sozlerdil superrrrrrr

--------------------
∞♥

MiLeyla

  • 20 avqust 2011 12:39
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqlidi belay

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

HaYaliM

  • 20 avqust 2011 12:37
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Niyə bu oyunda tək oynaya bilmirik?
Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və
hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?


o qeder dusundurucu yazidirki suallarin icinde itib qaldim.indi fikrimi toplayib hec ne yaza bilmirem.muellife sonsuz tesekkurler bele bir yazi ucun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

.::BaBy_FaCe_WiSe::.

  • 20 avqust 2011 12:15
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
maraqlidir tewekkurler

--------------------

Deliler

  • 20 avqust 2011 12:01
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
twk.maraqlidir

Narka E-ZaDe

  • 20 avqust 2011 11:43
  • Məqalə: 404
  • Şərh: 4383
  • Bal:
{awards}
cooox deyerli ve gozel yazidir...muellifin ellerine saglik!!!! smile

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 30
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 537
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 406
 
Sol Meleyim
Xəbərləri: 8
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 2
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}