Kəbə

 
Kəbə

Allah Beytül-Haram olan Kəbəni insanlar üçün bir qiyam [yeri] etdi." [5.97] İslam kainat təsəvvüründə Kəbə, göylə yeri birləşdirən əsas müstəvidə yerləşir. Ora səmanın rəhmindən ərzin göbəyinə uzanan mənəvi bir bəslənmə bağıdır. Yəni Kəbə yer üzünü səmaya, aşağını yuxarıya, alçağı ucaya, sonlunu sonsuza bağlayan bir göbək bağıdır.

Kəbənin "kiçik aləm" olan insandakı qarşılığı qəlbdir. Yəni sevginin və imanın qərargahı olan qəlb. "Rəhmanın ərşi" olan, ilahi mərhəmətin təcəlli yeri olan qəlb.

Kəbəni mələklərin təvaf etdiyi əl-Beytül-Mamurun yer üzündəki proyeksiyası sayan şifahi rəvayətdə, Kəbəni ilk dəfə kimin tikdiyi sualına iki fərqli cavab verilir. Birincisi, Adəm Allaha ibadət etsin deyə mələklər, ikincisi mələklərin yardımı ilə Adəmin şəxsən özü.

Səbəbi də, insanlığın atasının Quranda simvolik bir dillə izah edilən cənnətdən "eniş" qissəsində açıqlanır:
Adəm, Şeytanın fitnə və fəsadı ilə Allahın "yaxınlaşma" dediyi ağaca yaxınlaşmış və onun meyvəsindən dadmışdır. Bunun üzərinə tənzili rütbəylə (Tənzili rütbə - burada vəzifəsinin aşağı salınması.) məqamı endirilmişdir. O artıq məsuliyyət dünyasında tək başına qalmışdır [2.35-36].

Kəbə

Bu, bir "hubut"dur. Yəni "eniş". Artıq insan, ucalacaqsa, öz iradəsi ilə ucalacaq. Qarşısında iki yol var - qədəri seçmək. Ya doğrunu, ya əyrini; ya haqqı, ya batili; ya ədaləti, ya da zülmü seçəcək. Seçkisinə görə bir aqibət qazanacaq; ya mükafatlandırılacaq, ya da cəzalandırılacaq.

Şeytan da günah etdi, Adəm də. Lakin Şeytan günahını müdafiə etdi və İblis oldu. Adəm isə günahını etiraf etdi və "adam" oldu. Adəmi adam olmağa sövq edən arzu itirdiyi cənnəti idi. O, endirildiyi bu məqam üçün darıxır, dünyadakı təkliyinə heyfsilənirdi. Əzraqinin nəql etdiyi, şifahi yolla dildən-dilə dolaşan Adəmin Kəbəyə qovuşma hekayəsi qısaca belədir:
Adəm cənnətdə ikən mələklərin əl-Beytül-Mamurdaki təsbih və təkbir səslərini eşidirdi. O da mələklərin bu xoruna qoşulurdu. Enişdən sonra qürbət və təkliyin ikisini birdən yaşadı.

Peyğəmbərimiz də bir hədisində dediyi kimi: "Kun fi’d-dünya kə ‘abiri's-səbil" [Bu dünyada bir qərib yolçu kimi ol]. Adəm, insan soyunun bax, bu dünyadakı uzun səfərinin ilk zəncirini təmsil edirdi.

Adəm cənnətdən uzaqlaşdırıldıqdan sonra, əl-Beytü'l-Mamuru təvaf edən mələklərin təsbih və təkbir səslərini eşitmirdi. Həsrət qaldığı o səsləri yenidən eşitmək, o səslərə yoldaşlıq etmək ümidi ilə yanıb qovrulurdu. Məhz Kəbə Adəmin bu israrına cavab olaraq Allahın əmri, mələklərin də köməyilə inşa edildi.
(Əzraqi, 1/36 və s.)

Kəbə

Yenə şifahi rəvayətə görə, o təkliyini paylaşacağı ilk itkisi olan yoldaşını gündüzün imana şahid qılındığı Ərafatda tapmışdı. Hacının gecəsini imanına şahid etdiyi Müzdəlifədə isə bu iki sevgili birləşmişdi.

Yer üzünün ilk məbədi olan Kəbə məhz bu səbəblərə görə insanoğlunun itmiş cənnətinə yenidən qovuşmasını təmsil edir. Təvaf bu qovuşmanın tərifi mümkün olmayan sevincini ifadə edir.

İnsan Kəbəsiz, Kəbə insansız ola bilməzdi. Madam ki, insan toxumu yer üzünə düşdü, göydəki Kəbə də yer üzünə düşməli idi ki, bu toxum cins və təmiz meyvələrini versin. Və elə də oldu. Mələklərin ruhuna səcdəylə əmr olunduqları insan da, Kəbə sayəsində ruhuna hörmət göstərməyini öyrəndi. Təvafın dairəvi olmasının mənası bu idi: Yəni başladığı yerə qayıtmaq... İlk halına dönmək... Özünə dönmək... Bir eşqin döndüyü kimi öz mükəmməllik dövrəsini reallaşdırmaq...

Namaz qılarkən hər vaxt Kəbəyə yönələn Müsəlman, tarixi insanlıqla yaşıd bir zəncirin təvazökar bir halqası olduğu şüurunu diri tutar. Bu Kəbəylə mömin arasındakı statik əlaqədir. Dinamik əlaqə isə həcc ibadəti sayəsində təmin edilmişdir.

Kəbə, "kub, kubvari tikili" mənasına gəlir. İndiki ölçüsü təxminən 13x12x11 metrlə mükəmməl bir kub olma xüsusiyyətini pozsa da, Həzrəti İbrahimin orijinal tikilisinin kub formasında olduğu bir həqiqətdir. Bu həqiqəti Rəsulullah, Həzrəti Aişəyə qəlbini açdığı bir gün belə dilə gətirər:

"Əgər cəmiyyətinin cahiliyyə ilə olan xatirələri yeni olmasaydı, bu Kəbəni yıxar İbrahimin təməlləri üzərinə yenidən tikərdim."
(Buxari 574/2. № 1508; Müslim 2/969, № 1333)

Kəbə

Tarix boyunca Məkkə vadisinə bir çox sel daşqınları olmuşdur. Bunların bəziləri Kəbəni yıxacaq qədər güclü idi. Məhz bu güclü sellərdən biri də Yəməndən daşıb gələn məşhur Arim seli idi. Miladi 605-ci ildə Kəbəni yerlə bir edən bu selin ardından cahiliyyə müşrikləri Allahın Evi və Həzrəti İbrahimin xatirəsi olaraq hörmət etdikləri Kəbəni yenidən inşa etdilər.

Eyni il Ciddə yaxınlarında quruya oturmuş bir gəminin taxtasını satın alıb o gəmi yolçuları arasında olan Rum bir memara Kəbəni tikdirdilər. Vəsait çatmadığı üçün Həzrəti İbrahimin tikdiyindən kiçik tikdilər.

Qısaltdıqları yer Kəbə novunun olduğu tərəf idi. (Müslim 2/970)

Rəsulullahın, "Bura Kəbənin içidir" dediyi, ay şəklində bir divarla əhatəli olan [xətim] və Hicri-İsmayıl deyə bilinən yer, əslində İbrahimin arxitekturasında Kəbənin içərisində qalırdı. Rəsulullah bu qüsura görə Hacərül-əsvəd və Yəmən guşələrini salamladığı halda Hicr tərəfindəki iki guşəni heç salamlamazdı.
Həzrəti Peyğəmbərin reallaşdıra bilmədiyi bu xülyasını Həzrəti Əbubəkrin nəvəsi Abdullah b. Zubeyr reallaşdırdı. Əməvi komandiri Haccacın sağ qolu olan və çox qan tökdüyü üçün "Müsrif" ləqəbiylə tanınan Müslim b. Ukbə, Əməvi müxalifi olan Abdullah b. Zubeyrin [öl. 73 h.] müqavimətini qırmaq üçün Kəbəni mancınıklarla yandırıb yıxdı. Qısa sürən rəhbərliyi dövründə Abdullah b. Zubeyr, Həzrəti İbrahimin təməllərini tapıb Kəbəni o təməllər üzərinə inşa etdi. Müşriklər Kəbəni gəlir gətirən bir sektora çevirmək və rüşvət qaynağı kimi istifadə etmək məqsədi ilə və eləcə də, insanların Kəbənin içərisinə girmələrini mane olmaq üçün yüksəltdikləri qapının astanasını köhnə halına gətirdi. Yenə orijinal quruluşda olan, bağlanan arxa qapını yenidən inşa etdi.

Kəbə

Lakin bütün bu orijinallaşdırma səyləri Əməvi xəlifəsi Abdulməliyin əli ilə dağıldı və Kəbə arxitekturası köhnə halını aldı.
Milyonlarla insanın toxunmaq üçün can atdığı bu sadə və təvazökar tikili, tövhidi simvollaşdırırdı. Bu kiçik tikili, sadəliyi və təvazökarlığına görə dünyadakı heç bir sənət əsəriylə qarşılaşdırılması mümkün olmayan orijinal bir tikili idi. Onu yenidən inşa və bərpa edən Həzrəti İbrahim, ürəyindəki tövhid eşqini, ancaq bu şəkildə daşa əks etdirmişdi. Tövhidin arxitekturaya çevrildiyi bu tikilidə hər cür zinət və israfdan şüurlu bir şəkildə uzaq qaçılmışdır. Bu tikili, onu hər görənə, insanın Allah qarşısındakı acizliyini xatırladırdı.
Kəbə, insanın Allahın böyüklüyünü təqdir etdiyi acizliyini simvollaşdırırdı.

Kəbə, insanoğlunun Allah üçün etdiyi və edəcəyi hər şeyin, Allah həqiqəti qarşısında nə cür simvolik və dəyərsiz qalacağını təmsil edirdi.

İbrahim təslimiyyətin insana çevrilmiş halı olduğu kimi, Kəbə də təslimiyyətin arxitekturaya çevrilmiş halıdır.

Kəbə, məkanın üç ölçüsü və zamanla birlikdə "eşq"in arxitekturası idi. Bir memara eşqi tikiliyə çevir desələr, elə hesab edirəm ki, ancaq bu qədər canlandıra bilərdi. Kəbənin həndəsi quruluşu Sonsuza duyulan arzunun sonsuzluğunu insana pıçıldayırdı.

Milyonları onun ətrafında pərvanəyə çevirən məhz o arzudur. O, aşiqin təvazökarlığının bənzərsiz zövqünü ortaya qoyurdu.
Kəbə, tikildiyi gündən bəri min illərdi Həzrəti İbrahimdən bir xatirə olaraq hörmət gördü. Bəzən onun tövhidi simvollaşdırdığını da unutdular. Həzrəti İbrahiminin qudası və möminləri olan Cürhümlülər, Hərəmdən götürdükləri bəzi daşlara həddindən artıq təzim edib, getdikləri yerə onları da apardılar. İlk nəsillər onların simvolik mənasını bilirdilər. Lakin sonrakı nəsillər, atalarının ibadət əsnasında Kəbəni düşünərək qarşısında dayandıqları və təvaf etdikləri bu daşları bütləşdirdilər. Məhz Ərəblərdə daşlara tapınma ənənəsinin tarixi belədir. (Əzraqi, 1/116)

Kəbə

Ədətlələ ibadət arasında, təzim ilə xurafat arasında çox incə bir pərdə var. Əgər bu pərdə cırılsa, tövhidin şirkə, haqqın batilə qarışması çətin deyil. Bu hadisə bunun ən təsirli dəlilidir.
Həzrəti İsmayıldan sonra Kəbə, Cürhümlülərin əlində idi. Onlardan sonra Ərəblərin ilk atalarından olan Amalikalılara keçdi. Şəkilsiz və düz daşlara tapınan Ərəblərə ilk surəti olan heykəli gətirən adam, comərdliyilə məşhur olan kral Əmr b. Luhey oldu. Bu, Hubel adlı büt idi. Dövrün İbrahimi şairi kralı buna görə tənqid etdiyi üçün Mədinəyə sürgün edilir.

Ərəb qəbilələrindən əsli cənubdan olan Huzaa və əsli şimaldan olan Kusay arasındakı Kəbəni fəth etmək savaşını qəbilələr birliyinin adı olan Qureyşə mənsub Kusayy qazanar. Qureyş, Kəbəyə həddindən artıq hörmət edirdi. Hətta, bəzi tayfalar biz bu paltarlarla günah işləyirik deyərək, Kəbəni çılpaq təvaf edərdilər. Qadınlar çılpaq halda gecələr təvaf edər, təvaf əsnasında bir əllərini önlərinə digərini də arxalarına tutardılar.

Həzrəti Peyğəmbər, Məkkəni fəth etdiyində Kəbənin içərisində hər növ inancı təmsil edən heykəllər, ikonalar, simvollar və şəkillər var idi. Tarixçilər onların sayını 360 olduğunu söyləyirlər. İşin maraqlısı onlar arasında yalnız batil inancların simvolları deyil Həzrəti İbrahimin bir portretiylə qucağında Həzrəti İsa olan bir Məryəm ikonasının da olması idi. Kim bilir, bəlkə də Məryəm və İsa fiquru, Kəbəni tikən Xristian memarın xatirəsinə hörmət olaraq Kəbəyə gətirilmişdi. Həzrəti İbrahim isə bir şirk adəti olan fal oxu çəkərkən təsvir edilmişdi.

Kəbə

Müşriklər, öz inanclarına da hörmət göstərilmələri şərti ilə, bütün inanclara hörmət etməyi ənənə halına gətirmişdilər. Həzrəti Peyğəmbərdən də bunu istəyirdilər. Əgər Həzrəti Peyğəmbər gətirdiyi inancın simvolunun 361-ci simvol olaraq Kəbəyə qoyulmasına razı olsaydı, onlar bundan məmnun qalacaqdılar. Çünki, bu sayədə bölgənin ən böyük ticarət şəhəri olan Məkkənin ticari həcmi daha da böyüyəcəkdi.

Daha doğrusu, müşriklər bütün bu bütlərə təzim etsələr də, onların hamısının üstündə bir Allah olduğuna onsuz da inanırdılar. Lakin Allah, onların bu əməlini şirk olaraq, yəni haqq-batil şirkəti olaraq görür və təməlindən rədd edirdi.
Həzrəti Peyğəmbər, Məkkənin fəthində Həzrəti İbrahimin tövhidi ənənəsini yeniləyərək bütün bütləri yerlə bir etdi. O da iman atası İbrahim kimi bir büt qıran idi. Ondan sonra Kəbədə bir daha büt olmayacaqdır. Kəbə yenidən tövhidin mərkəzi olmuşdu.

Təhlükəsizliyin və azadlığın məbədi Kəbənin Qurandakı adlarından biri əl-Beytü'l-Haram'dır. Haram, həm onun "toxunulmazlıq" statusuna, həm də "müqəddəsliyinə" dəlalət edir. Əsasən "haram" anlayışı, bütün assosiasiyası (Şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) ilə birlikdə xarakterizə etdiyi obyektin "güvənli/ehtibarlı olmasına" bir işarədir. Zatən "iman"ın əxlaqi qarşılığı da "güvənmək" deyilmi? Bu halda, "iman" insana necə "güvən" verir və buna görə də mömindən "güvənirlik" xüsusiyyəti gözlənilirsə, Beytü'l-Haram da eləcə "güvən" verir və mömindən güvənirliyinin zədələməməsini istəyir.

Kəbə

Ona Quranın verdiyi digər bir ad da əl-Beytü'l - Atiqdir.
İlk qarşılığı "Azadlıq Evi"dir. Çünki, ‘Itk kəlməsi, "köləni azadlığına qovuşdurmaq" mənasını verir. Həzrəti Peyğəmbərin də bir hədisində əl-Beytü'l Atiqin mənasını "azadlıqla" açıqladığı rəvayət edilir: "Allah Kəbəyə ‘atiq dedi. Çünki, onu zalımların hücumlarından qoruyub azad etdi. Beləcə heç bir zalım onu zəbt edə bilmədi."

Lakin ‘atiq sözünün ikinci dərəcəli bir mənası da var: Biri "köhnə, qədim", ya da "qədimliyinə görə qiymətli"; digəri də "uca, şərəfli, üstün". Kəbənin "ilk olmaq", "ən köhnə məbəd" olmaq xüsusiyyətini zatən Quran başqa bir ayəsində vurğulamışdı. Kurtubi bu məzmunda Həzrəti Peyğəmbərin "Məbəd olaraq tikilən ilk ev Kəbədir" dediyini nəql edər.
Kəbənin Quranda "təhlükəsizliyin məbədi" və "azadlığın məbədi" olaraq xarakterizə edilməsi nəyin göstəricisi idi?
Bəli, Kəbə insanlığın ən qədim, ontoloji iki probleminin həll ünvanını göstərirdi: İnsanın və insanlığın təhlükəsizliyi və azadlığı. Bu problemlərin həlli, ancaq İbrahimi bir təslimiyyətlə mümkün idi.

Bütlərindən təmizlənilib təhlükəsizlik və azadlıq evi olmaq funksiyasını yenidən boynuna götürmüş Kəbə bundan belə insanın ürəyindəki və zehinindəki bütləri qıracağı bir mərkəz olaraq istifadə ediləcəkdi. İnsanlar ehtiraslarından, görünən və görünməyən zəncirlərindən, idefiks, (Başdan çıxmayan fikir, həmişə vird edilən şey) ideoloji və şeytanı fanatizmləridən, Allaha burada söz verərək təmizlənəcəkdilər.

Kəbə

Kəbə insanlığı qula, qulluqdan Allaha, qulluğa çağırmaqla, insanın azadlıq və təhlükəsizlik probleminə bir həll yolu göstərirdi. Bu yola girən əmin olar, gələcək üçün qayğı duymaz, keçmiş üçün də kədərlənməzdi. Çünki, Allaha təslim olan üzüləcək heç bir iş görmədiyi üçün, qayğı duymayacağı bir aqibətlə müjdələnirdi.

Azadlıq və güvənlik kimi iki təməl dəyər əlbəttə bir çox şeyə birdən üsyan edilərək əldə edilə bilər. Bu həqiqəti Quran, "Allah Beytü'l-Haram olan Kəbəni qiyam yeri etdi." şəklində vurğulayır.
Güvənlik evi olan Kəbə qiyam yeridir. Başda insanın neqativ mənliyinə qarşı olmaq üzrə, ehtiraslarına, təhrikçi zəifliklərinə və əsir edici şəhvətinə qarşı qiyam yeridir. Beytü'l-Haram, bütün şeytanı güclərə, onlara yaltaqlananlara, zalımlara və istismarçılara qarşı qiyam yeridir.

Beytü'l-Haram, insana "lə" deməyi öyrədir. Ən nəcib üsyanı öyrədir. Büt qırmağı, İbrahim kimi atəşə könüllü atlamağı öyrədir. İsmayıl kimi qurban olmağı öyrədir. Həcər kimi Allahdan razı olmağı öyrədir. Həzrəti Məhəmməd kimi, "Bir əlimə günəşi, digərinə ayı qoysalar vallah iddiamdan imtina etmərəm." deməyi öyrədər. (İbn Hişam, Sira, 1/278, Qahirə)


Geri dön

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 20:31
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

R.M_FaNaTka

  • 20 avqust 2011 20:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

KaRola_16

  • 20 avqust 2011 20:19
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN INWALLAH HER KESE GETMEY NESIB OLAR...

--------------------

BDU-telebesi

  • 20 avqust 2011 19:50
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
etdi." şəklində vurğulayır.
Güvənlik evi olan Kəbə qiyam yeridir. Başda insanın neqativ mənliyinə qarşı olmaq üzrə, ehtiraslarına, təhrikçi zəifliklərinə və əsir edici şəhvətinə qarşı qiyam yeridir. Beytü'l-Haram, bütün şeytanı güclərə, onlara yaltaqlananlara, zalımlara və istismarçılara qarşı qiyam yeridir.Allah razi olsun

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

HaYaliM

  • 20 avqust 2011 16:19
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 20 avqust 2011 16:18
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN! fellow

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

YazYamuru

  • 20 avqust 2011 16:16
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Sitat: Sergio Ramos
Gözəl yerdi...

NƏ YAXŞI DEDİN BLMİRDİK wink
TƏŞƏKKÜRLƏR MÜƏLLİİİFF

--------------------



Sergio Ramos

  • 20 avqust 2011 15:39
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Gözəl yerdi...

--------------------

Doutzen Kroes

  • 20 avqust 2011 15:29
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Oxudum maraqlı və dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

NİKİ

  • 20 avqust 2011 13:58
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}