Aforizmlər

 
Aforizmlər


* Hər sözün xüsusi bir ölçüsü var,
Ölçüsüz söylənən söz qulaq yirtar.
Bir söz ki qaşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax ! (Nizami Gəncəvi)

* Hər zaman özünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını! (Sədi Şirazi)

* Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop)

* Yerində söylənilən söz üçün üzr istəmək lazım gəlməz. (Sultan Məhmət Fatih)

* Aristotel “Gözəl söz nədir ?” sualına cavab olaraq “Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir” demişdir. (Şarl Aleksandr Kalonn)

Aforizmlər

* Bəzən bircə söz də fırtına qopara bilər. (Fridrix Nitsşe)

* Sanıram ki yer üzünə işıq salan ulduzlar
Köçüb getmiş dühaların qocalmayan sözüdür. (Süleyman Rüstəm)

* Gözəl söz! Qəhrəmanlıqla keçən bir şöhrətin varmış,
Adın dahilər ağzında hücumsuz cəbhələr yarmış.
Sənin ulduzlu alnında müzəffər, şanlı bir ordu,
Bütün aləm qoşun çəksə, alınmazdır sözün yurdu!
Qılıncdan, nizədən kəskin, zamandan, oxdan ötkünsən,
Bu gün hər nəşəyə bir dost, sabah hər dərdə yetkinsən. (Səməd Vurğun)

* Təsirli söz əbədi, dəyərsiz söz isə fanidir. (Sokrat)

* Söz dərman kimidr – qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. (Viktor Kambon)

* Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmi.dir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cavahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir. (Cəfər Xəndan)

Aforizmlər

* Söz əsər etməyənə çubuq da kömək etməz. (Sokrat)

* Söz yarpaqlara bənzəyir; çoxlu yarpağı olan ağac az bəhrə verir. (Aleksandr Pop)

* Bədəndə hər üzvün olur öz yeri ,
Qolun qol yeri var, gözün göz yeri.
Ölkəyə bilək də, göz də gərəkdir,
Qılıncla bərabər söz də gərəkdir! (Məhəmmədhüseyn Şəhriyar)

* Söz ilə öldürmək də olar, xilas etmək də. Söz ilə bir ordunu ardınca aparmaq da olar, tək-tənha qalmaq da olar. (İohann Şefler)

* Sözün qanadları var, kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. (Nizami Gəncəvi)

* Zavalsız söz parlaq günəşdir; məğribi qulaqdır, məşriqi ağız. (Saib Təbrizi)

* Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapır. (Jan Labrüer)

Aforizmlər

* Söz böyük nemətdir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də. (Lev Nikolayeviç Tolstoy)

* Üç şey - atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayıtmır. (Geprq Fridrix Daumer)

* Ürəkdən gələn söz həmişə ürəklərə yol tapar. (Nizami Gəncəvi)

* Söz ola kəsə savaşı,
Söz ola bitirə başı.
Söz ola ağılı aşı
Bal ilə yağ edə - bir söz. (Yunus Əmrə)

* Gər Çox istərsən, Fizuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır, çox əzizi xar söz. (Məhəmməd Füzuli)

* Söz mənadan aslıdır, məna sözdən hər zaman,
Bir - birindən aslıdır, necə ki cism ilə can. (Məhəmməd Füzuli)

Aforizmlər

* Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı. (Şah İsmayıl Xətai)

* Mən gözəl bir süfrə açdım sözdən əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nümət düzmüşəm.
Kim gəlir-gəlsin – aparsın hər nə sitər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm ! (Məhəmməd Füzuli)

* Gözəl sözlər pətəkdən damla-damla süzülən bala bənzər və insan ruhuna dad verər. (Həzrəti Süleyman əleyhissalam)

* Səsini deyil, sözünü yüksəlt.
Yağışdır zanbaqları böyüdən, göy gurultuları deyil. (Naməlum)

* Kəlmələr düşüncələrimizin geydiyi qiyafələrdir, elə isə onları gözəl geyindirin. (Naməlum)


Geri dön

music_angel

  • 25 avqust 2011 18:44
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
xebere gore tesekkur edirem

--------------------

Cilent_M.Q

  • 20 avqust 2011 23:08
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Kəlmələr düşüncələrimizin geydiyi qiyafələrdir, elə isə onları gözəl geyindirin.

--------------------

R.M_FaNaTka

  • 20 avqust 2011 20:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

KaRola_16

  • 20 avqust 2011 20:21
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

* Söz dərman kimidr – qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. (Viktor Kambon)

--------------------

BDU-telebesi

  • 20 avqust 2011 19:42
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
gozeldirler

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

GUL YAGMURU

  • 20 avqust 2011 18:26
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Her birinin cox gozel menasi var,ellerinize sagliq...
En cox Sultan Mehmet Fatihin sozleri xosuma geldi,tesekkur..

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

HaYaliM

  • 20 avqust 2011 17:20
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Kəlmələr düşüncələrimizin geydiyi qiyafələrdir, elə isə onları gözəl geyindirin. (Naməlum)

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 20 avqust 2011 16:33
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Doutzen Kroes

  • 20 avqust 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop)
Biri-birindən anlamlı cümlələrdi

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Feride_Eliyeva

  • 20 avqust 2011 14:37
  • Məqalə: 0
  • Şərh: 163
  • Bal:
{awards}
Hamisi cox gozel deyimler idi. Ama en cox Nizami Gencevinin seirini beyendim.

★Azerbaijan girl★

  • 20 avqust 2011 13:53
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
superdi thankssssssssssssssss

minure

  • 20 avqust 2011 13:00
  • Məqalə: 0
  • Şərh: 46
  • Bal:
{awards}
supppppppaaaaaaaaaaaaaaaaa twk her kese

NİKİ

  • 20 avqust 2011 13:00
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
* Bəzən bircə söz də fırtına qopara bilər. belay

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

MiLeyla

  • 20 avqust 2011 12:59
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
winked urekden gelen soz hemiwe ureklere yol tapar.cox menalidi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Deniz

  • 20 avqust 2011 12:55
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Tesekkurler....maraqlidi

Peaceful

  • 20 avqust 2011 12:11
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
əla deyilmiş "söz"lərdir...Hər birinin özünəməxsus anlamı, mahiyyəti var...Həqiqətən də, bəzən danışıb lazımsız sözlər işlətməkdənsə, elə susmaq ən yaxşısıdır...Əsas odur ki, danışarkən işlətdiyin sözlərin mahiyyətini, mənasını dərk edə biləsən...
Əllərinə sağlıq, maraqlı xəbər üçün...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

Narka E-ZaDe

  • 20 avqust 2011 12:08
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. (Ezop) fellow

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

.::BaBy_FaCe_WiSe::.

  • 20 avqust 2011 12:06
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
* Səsini deyil, sözünü yüksəlt.
Yağışdır zanbaqları böyüdən, göy gurultuları deyil. (Naməlum)

maraqlidir cox qeweng cumledir......

--------------------

MuslimGirl

  • 20 avqust 2011 11:55
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Nizami Gəncəvinin şerini çox bəyəndim..Maraqlı deyimlər var idi. Ümumiyyətlə, az danışmaq gözəldir, az danışıb gözəl cümlələr qurmaq daha da gözəldir. Əllərinizə sağlıq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 56
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 384
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}