Qoxusu Ramazanda qalan gözəlliklər

 
Qoxusu Ramazanda qalan gözəlliklər


Rəhmət və bərəkət ayı olan Ramazanın yarısından çoxunu arxada qoymuşuq.
"Zaman Azərbaycan" yazır ki, həmrəyliyin və ehtiyac sahibləri ilə daha da yaxından maraqlanmağın ayı olan Ramazan həm də yaxşılıq edərək, verərək qazanmağın ayıdır. Zamanından verərək qazanmaq, yeməyindən iftar verərək qazanmaq, mal-mülkündən zəkatını, fitrəsini verərək qazanmaq, ən çox da kasıbları sevindirərək onların ehtiyaclarını ödəməklə qazanmaq. Həm də bir verib, min qazanmaq. Gərək bunu edərkən də qarşındakını utandırmadan, onun qürurunu qırmadan edəsən. Yəni "sağ əlin verdiyini sol əl bilməsin" düsturunu unutmadan, riyakarlıqdan, göstərişdən uzaq olaraq vermək, verə bilmək.

Əcdadımızın Ramazan ayında etdiyi, amma təəssüf ki, indi tarix kitablarının tozlu səhifələrindən oxuduğumuz çox gözəl adət-ənənəsi vardı. Ümid edək ki, inşallah, o ənənələri indi də yaşadanlar var. Şəxsən mən eşitməmişəm, əgər eşidən, bilən varsa, bizlərlə paylaşsın. Hər kəsə nümunə olması üçün o gözəl ənənələri çap edərək yaysaq, çox gözəl iş görmüş olarıq.

Var-dövlətli, zəngin insanlar tanınmadıqları kasıb məhəllələrə gedərlərmiş. Həmin məhəllələrdə müştərilərin olmadığı zamanda dükana girərək ziməmi, yəni nisyə dəftərini soruşarmışlar. Əgər məhəlləyə gələn adam çox zəngin isə dəftərdə adı olan hər kəsin borcunu ödəyər və dəftəri də götürüb gedərmiş.

Əgər dəftərdəki bütün borcları ödəməyə imkanı çatmırdısa, onda dəftərin əvvəlindən beş səhifə, ortasından beş səhifə və sonundan beş səhifə və ya hər nə qədərə imkanı çatarsa, hesabladar, ödəyər və "Allah qəbul etsin!" deyib gedərmiş. Borcu ödənən borcunu kimin ödədiyini, borcları ödəyən də kimlərin borclarını ödədiyini bilməzmiş. Necə də zərif və ağıllı bir işdi. Heç bir maddi mənfəət güdülmədən, sırf Allahın rızasını qazanmaq və din qardaşının çətinliyini aradan qaldırmaq məqsədi ilə qarşılıqsız, riyasız, göstərişsiz və kimə verdiyini belə bilmədən verə bilməyin çox gözəl örnəyidir.

Bir insanın zəruri ehtiyaclarını ödəmək üçün dükandan nisyə mal alması normaldır. Əgər bir insan dükandan ərzaq mallarını nisyə alırsa, demək ki, o, ehtiyac sahibi insandır. Digər tərəfdən, ehtiyac sahibi olan insana lazım olan ərzağı nisyə verib səbir edən dükançı da bütün nisyələrinin bir yerdən ödəndiyi üçün səbrinin və etdiyi yaxşılığın bu dünyaya baxan mükafatını almış olur.

Yaşlı insanlardan o keçmiş Ramazanları soruşsanız, dərin bir həsrətlə ah çəkib: "Hey gidi dünya! Bizim dövrümüzdə Ramazanlar bambaşqaydı", - deyib sözə başlarlar. Halbuki hər anın öz hökmü olduğu kimi, hər Ramazanın da öz dəyəri var. Əvvəllər ziməm dəftəri vardı, sədəqə verənin bilinmədiyi və ya sədəqəni alanın tanınmadığı. İndi isə Afrika, Somali gerçəyi durur qarşımızda. Eyni ilə köhnə zamanlarda olduğu kimi, biz də zəkatımızı, sədəqələrimizi göndərək Somaliyə. Biz kimə göndərdiyimizi bilmədiyimiz kimi, onu alanlar da göndərəni bilməsinlər. Sadəcə, göndərilən əmanəti alsın Somalidəki insanlar. Biz də göndərdiklərimizdən istifadə edəni bilməyək. Vəssalam.


Geri dön

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 20:30
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN...

--------------------

Narka E-ZaDe

  • 20 avqust 2011 23:31
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

ALLAH RAZI OLSUN...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 20 avqust 2011 20:54
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

BDU-telebesi

  • 20 avqust 2011 20:11
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

KaRola_16

  • 20 avqust 2011 17:10
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Rapunser

  • 20 avqust 2011 16:42
  • Məqalə: 3
  • Şərh: 273
  • Bal:
{awards}
Allah hamiya komek olsun

--------------------
UREK QAPI DEYIL ACIB ORTESEN
HER SENI SEVENI SENDE SEVESEN
UREK BIR MENZILDIR QAPISI BAQLI
YALNIZ BIR INSANDIR ONUN ACARI

HaYaliM

  • 20 avqust 2011 16:39
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsunşnehayetki Azerbaycan da bir xeyirli ise imza atacag.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Ay Üzlü

  • 20 avqust 2011 16:22
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

Sergio Ramos

  • 20 avqust 2011 15:50
  • Məqalə: 851
  • Şərh: 3695
  • Bal:
{awards}
Müəllifə təşəkkür son vaxtlar sizin xəbərləriniz çox xoşuma gəlir...

--------------------

Peaceful

  • 20 avqust 2011 15:16
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
Bu da maraqlı və dəyərli bir xəbərdir...
Amma heç kim məndən inciməsin, mənə elə gəlir ki, Somaliyə yardım etməkdənsə, Elə buradaca, öz Sərhədlərimiz çərçivəsində, öz kimsəsizlərimizə, kasıb, imkanı olmayan ailələrə yardım etmək daha yerinə düşər...Ən azı Azərbaycanda da Yardıma ehtiyacı olan kifayət qədər insanlar var...Amma yenə də heç kimin fikrinə qarışmadan və o fikirlərə hörmət edərəkdən öz fikrimi bildirdim...Əsas odur ki, Paylaşmağı, Yardımlaşmağı unutmayaq...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

Doutzen Kroes

  • 20 avqust 2011 14:59
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Məndə Somaliyə bacardığım qədər kömək etməyə hazıram
İyi Ramazanlar

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

★Azerbaijan girl★

  • 20 avqust 2011 14:24
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssssssssss

MuslimGirl

  • 20 avqust 2011 14:14
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Gözəl xəbər üçün ALLAH razı olsun! İndi belə adət qalarmı?

NİKİ

  • 20 avqust 2011 14:08
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 56
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}