"Top 10"

 
"Top 10"

"Top 10" Sevgi
Həyatımızda başlayan ilklərə yavaş yavaş addım atarkən, qəlbimiz də ilk hisslər üçün döyünməyə başlayır. İlk həyatımıza girən kəsə elə bağlanırıq ki, heç zaman hiss etmədiyimiz duyğular toplusu yaradırıq. Və.. və adını qoyuruq ilk Sevgi. Sonra zaman keçir və hər şey bitir. Münasibət sona doğru gedir və biz qəbul etmirik. Hissim ki qalıb deyirik.Razılaşmırıq və geri dönəcək deyə gözləməyə başlayırıq. Adını qoyuruq Ümid.
Sonra bir az daha zaman keçir və unudulur. Həyatımıza yeni insanlar gəlir. İkinci daha yaxşıdır deyirik.Keçmişi unuduruq, sonra “keçmiş unudulmur” deyə özümüzə haqq qazandırırıq. İkinci əsil sevgidir bəlkə amma keçmişin izləri.. qəlbimizdə və həyatımızda.. Amma alınmır. Bu da bitir. Harda səhv etdik deyə düşünməyə vaxt qalmır və adını qoyuruq Təcrübə. Bəli.Bu dəfə elədiklərimi bir daha etməyəcəm iddiası.Sonra üçüncü cəhd. Yeni maraq və yeni insan. Hər şey qaydasında gedir və birdən...qara pişik imkan vermir və hər şey donur.Hiss,sevgi,bağlılıq... Bitdi..biz də adını qoyduq Qismət.
Maraqlıdır insanın nəfsinin apardığı yola necə sevgi adını qoya bilirlər? Necə hər şey yaxşı olacaq adı ilə yeni şanslar verirlər? Dördüncü münasibətə başlayan “sevgi”nin adı həqiqətənmi sevgidir? Başlayan münasibət artıq son üç münasibətin davamıdır. Artıq bu da olur Vərdiş.Sevməyə vərdiş gözəl hissdir də sevgiyə vərdiş necə qəbuldur. Artıq bu dəfə nə ayrılığın əhəmiyyəti var nə münasibət davası. Sonra siyahını uzadırsan. Normal düşünmək artıq mənasızdır.Nəfsinin quluna çevrilsən də adını qoyursan İntiqam. Kimdən və nədən?
İnsanlar hiss eləmir bəzən onlara dəyən zərərləri. Mənəviyyat gözə görünməzdir ki o kirlənəndə görəsən.Zaman.Zamanla bitdiyini hiss edirsən. Sənin də,hisslərinin də.Kimə lazımdır axı bu “Top 10”. Zamanında özünə dur deməyi bacarmayan acizlərin çıxış yolumudur ki uzandıqca uzanır? İtirirsən. Dəyər verməyi və dəyər qazanmağı. Saflığın ən gözəl dadını bitirisən və sən olmaqdan çıxırsan. Başladığın sevgi dolu yoldan nifrətlə,kinlə,qəzəblə və küskün qayıdırsan. Bütün sevgilər gözəl bitməlidir deyə bir qayda yoxdur amma bütün sevgilər də belə ucuzlaşmamalıdır.Kor gözlə başladığın sevgiyə “sevgidə qürur olmur” Təsəllisini necə yaraşdırırsan?
İndi kimdir günahkar? Sevgin, Ümidin, Təcrübən, Qismətin, İntiqamın, Təsəllin yoxsa Sən?

"Top 10"


Geri dön

sevgi yalandir

  • 19 sentyabr 2011 20:40
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
xeber ucun tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

_Zara_

  • 27 avqust 2011 01:51
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Hec kim heyatina qarantiya vere bilmez Deye bilmez ki bu gun bunu yawadim Sabah bawqa bir wey olacaq Sadece Hisslerini adlandir Ya da senin ucun xowdusa hec adini qoyma Bu cur yawa

Ay Üzlü

  • 21 avqust 2011 14:10
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

BDU-telebesi

  • 21 avqust 2011 13:02
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
{awards}
esas gunahkar menem

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

Cilent_M.Q

  • 21 avqust 2011 11:52
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
tesekkur xebere gore

--------------------

Nergiz_Mamedova

  • 21 avqust 2011 11:45
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
maraqli idi twk winked no

SERH

  • 20 avqust 2011 21:23
  • Məqalə: 1
  • Şərh: 138
  • Bal:
{awards}
xebere gore tesekkurler love

--------------------
green eyes

R.M_FaNaTka

  • 20 avqust 2011 20:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xebere gore thank you

--------------------

KaRola_16

  • 20 avqust 2011 19:56
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
İndi kimdir günahkar? Sevgin, Ümidin, Təcrübən, Qismətin, İntiqamın, Təsəllin yoxsa Sən?

--------------------

Prank girl

  • 20 avqust 2011 19:54
  • Məqalə: 106
  • Şərh: 10213
  • Bal:
{awards}
super thankssssssssssss

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

Peaceful

  • 20 avqust 2011 19:33
  • Məqalə: 0
  • Şərh: 173
  • Bal:
{awards}
bax məhz burada yazılanlara görə də ən yaxşısı, ya sevmə, ya da sevəcəksənsə 1 dəfə sev...Amma ona görə yox ki, ilk sevgidən sonra digər duyğular yaranır və nəticədə sevgini, sevməyi bir vərdişə çevirirsən, sadəcə ona görə ki, Əgər sevəcəksənsə 1 dəfə sev ki, həm sevgin daha dəyərli olsun, həm də sənin sevgin yalnız 1 nəfərə həsr olunsun...

--------------------
Basit kişilerle polemiğe girmem..
Bazi yanlışları asla affetmem..
Tutkularım vardır vazgeçmem..
Bazen cok severim ama söylemem..

MiLeyla

  • 20 avqust 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
THANKS

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

★Azerbaijan girl★

  • 20 avqust 2011 19:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
super thankssssssssssss

Iriska

  • 20 avqust 2011 19:18
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Menim fikrimce burda gunahkarlig bir sey yoxdu Sevirsen deye sevgini gunahkar gore bilersen uMud,qismet,tecrube ve.s. bunlara qaldigda ise hamisi sevgiden ireli gelir Tesekkur edirem yaziniz ucun

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

HaYaliM

  • 20 avqust 2011 19:15
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
İndi kimdir günahkar? Sevgin, Ümidin, Təcrübən, Qismətin, İntiqamın, Təsəllin yoxsa Sən?

yazinin evvellerinde bir sey anlamasam da sonra yavas yavas aydin oldu mene.xosum geldi.tesekkurler maraqli yazi ucun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Мой Мир

  • 20 avqust 2011 18:48
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
hmmmmm ilk serh menden twk

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 42
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}