Yalnız Səni Sevdim

 
  • 15.09.2010, 12:06
  • Bölmə: Sevgi
  • Müəllif: OK
Yalnız Səni Sevdim


Belə Sevdim mən səni. Böyük bir ürəklə sevdim. Gözlərim deyil, ürəyim idi səni görən.
Sən damarlarımdakı qana qarışıb, gəldin oturdun ürəyimə. Bir başqa yerdə
ola bilməzdin onsuz da. Sən, mənim ən qiymətli yerimdə, ürəyimdə olmalı idin,
orada qalmalı idin. Çox eşqə ev sahibliyi edən bu ürək, ilk dəfə bu qədər
asan qəbul etdi səni. Hər hansı bir qonaq deyil idin artıq. Buna görə nə
qarşılama təlaşı vardı, nə də yola salma. O ürəyin gerçək sahibi idin.

Yalnız Səni Sevdim

İndi payız, qışa giririk ... Mən dörd mövsüm baharı yaşadım
səninlə. Çiçək çiçək açdın ürəyimdə. Göy qurşağı zəif qaldı, sənin
rənglərin qarşısında. Təzə bir yarpaq kimi yaşıl idin. Təravətli idin
çəhrayılığınla. Üzərinə qar dənələri düşmüş sarı gül idin. Qırmızı idin bir
atəş kimi. Və mavi idin... Ən çox bu rənglə xatırlamağı sevdim səni. Dənizə
tutqundum, dənizi sənsiz, səni də dənizsiz düşünə bilmədim.

Yalnız Səni Sevdim

Səni sevərkən dünyanı da sevdim mən, insanları da... Özümə belə dar
gəlirkən, içində hər kəsə yer olan bir həyatın sahibiydim artıq. Ən qızğın,
ən dözümsüz olduğum anlarda belə, səni düşünmək çatdı mənə. İçimdəki
sevinc üzümə əks olundu, güldüm. Məni elə güldürən sənin sevgin idi və
mən qayğısız, içdən gülüşün nə demək olduğunu, necə gözəl bir şey
olduğunu anladım səninlə...

Yalnız Səni Sevdim

Hər şeyə baxmayaraq sevdim səni. Güclüydüm və aşa bilməyəcəyim heç bir çətinlik
yox idi. Böyük bir şəhərə, böyük bir ölkəyə baş tuta bilərdim. Sən əlimdən
tutduğunda, partlamağa hazır bir vulkan kimi hiss edərdim özümü. Mənzil
sən idin və mən o mənzilə çatmaq üçün önümə çıxan hər şeyi yox edə bilərdim.
Sənə çatmamı maneə törədəcək hər şeyi əridərdim, kül edərdim. Sənə
çatdığımdasa sakit bir gölə çevrilərdim. Və o gölə bir tək sən
girə bilərdin.

Yalnız Səni Sevdim

Sevdim və pərəstişkardım da... Hər halın çəkdi məni. Duruşunu, yatmanı,
gülməni, hirslənməyini, mat qalmağını, saflığını, hiyləgərliyini, uşaqlığını,
yetkinliyini sevdim. Səsini də sevdim susqunluğunu da.
Kiçik oyunlarını, kaprizlərini, qorxularını sevdim. Səni və o
doyumsuz sevdanı, uçqun sevdanı izah edəcək söz tapa bilmədim çox vaxt.
Sığmadın cümlələrə və heç bir cümlə səni
kifayət qədər təsvir edəcək qədər dərin olmadı.

Yalnız Səni Sevdim

Səni sevərkən yorulmadım. Çünki sən həyat qaynağı idin. Hər gün yeniləndim.
Səninlə çoxaldım, böyüdüm. Əskik qalan neyim varsa tamamladın.
Ölməyəcəkdim çünki sən ölməzliyin də özü idin.

Bəs siz kimisə belə sevdiniz?


Geri dön

Marina

  • 4 oktyabr 2011 12:44
  • Məqalə: 0
  • Şərh: 367
  • Bal:
ele anlar olubki ùreyimi qurtarmisam göz yaslarimi tökmùsem.ele gún olubki xosbext olmusam.men yalniz sevirem.

--------------------
Men seninleyem sözùmù tuturam,tutacagam.Ebediyyete qovusan yolda."Ebedi seninem"! "Seninleyem menimsen menimlesen"!

sevgi_meleyim.

  • 23 fevral 2011 13:46
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
Yalniz Seni Sevdim. Bir zamanlar menim olan indi ise mene yox bir basqasina aid olan Sevgilim... Bir vaxtlar " Olum bizi ayirana kimi bir yerdeyik " deyen, lakin olumumuz gelmeden ayrilib geden ve meni diri-diri olduren Sevgilim... Bax indi men olmasamda kimler ucunse,kimlerin ureyindese yasayiram. Ama sen... Sense var ola-ola yoxsan, artiq unudulmusan kimler ucunse, artiq yoxsan yasamirsan hec kimin ureyinde, qelbinde... Bax bu sensen var ola-ola yox sayilan sevgilim, mense yox ola-ola her zaman qelblerde yasiyan sevgim. Ama hecneye baxmayaraq Men YALNIZ SENI SEVIREM VE YALNIZ SENI SEVDIM...


Cox gozel yazi oldugu ucun mende ureyimden gelen sozlerimi sizlerle bolsdum. Tsk.. Yenede cox tesirlendim recourse

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

xile

  • 18 fevral 2011 21:43
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
salam
bully

only-girl

  • 16 fevral 2011 16:37
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Gözəl sözlərdi .twk

--------------------

sevgi yalandir

  • 16 oktyabr 2010 18:47
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
yalniz seni sevdim sen ise yox recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 16 sentyabr 2010 11:24
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
no

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 59
Cəmi: 88

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 31
Cəmi: 137
 
Darling
Xəbərləri: 28
Cəmi: 913
 
The Shield
Xəbərləri: 27
Cəmi: 293
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 575
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 11
Cəmi: 70
 
♔Hе важно∞
Xəbərləri: 10
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 10
Cəmi: 48
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}