İkinci Qədr gecəsi

 
İkinci Qədr gecəsi

Ramazanın 20-dən 21-nə keçən gecə ikinci Qədr gecəsidir.

Bildiyiniz kimi mübarək Ramazan ayının 19, 21 və 23-cü
gecələri qədr gecələridir. Artıq bir gecəni (19-cu gecəni) geridə qoymuşuq.


Qədr gecələrində ediləcək əməlləri, dua və zikrləri təqdim edirik.

Bu əməllər “Məfatih əl-cinan” kitabından götürülüb.

Qədr gecəsi elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir. Mələklər və mələklərin ən əzəmətlisi olan ruh bu gecə Allahın izni ilə yerə enərlər və İmam Mehdinin (əc) hüzuruna yetişərlər və hər şəxs üçün təyin edilmiş müqəddəratı ona təqdim edərlər.

Qədr gecələrinin əməlləri iki qismə bölünür:
1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.
2. Qədr gecələrinin birinə məxsus olan əməllər.

İkinci Qədr gecəsi

Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:

1-ci: Qüsl almaq.
Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Yaxşı olar ki, bu
gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.

2-ci: İki rəkət “Qədr gecəsi” namazı qılmaq.
Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi (birinci rəkətdə "Qədr" surəsini də oxuya bilərsiniz) oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə “اَسْتَغْفِرُ اللّهَ وَاَتُوبُ اِلَيْهِ” (Oxunuşu: “Əstəğfirullahə və ətubu iləyh”) deyilsin, yəni, “Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!” Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: “Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar ...”

3-cü: Qur'anı açıb qarşıya qoymaq və bu duanı oxumaq:
“اَللّهُمَّ اِنّى اَسْئَلُكَ بِكِتابِكَ الْمُنْزَلِ وَما فيهِ وَفيهِ اسْمُكَ الاَكْبَرُ وَاَسْمآؤُكَ الْحُسْنى وَما يُخافُ وَيُرْجى اَنْ تَجْعَلَنى مِنْ عُتَقآئِكَ مِنَ النّارِ ”

Duanın oxunuşu belədir:
“Əllahummə inni əs'əlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və
əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc'ələni min 'utəqaikə minən-nar.”

Duanın tərcüməsi:
“İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.”
Bu duadan sonra istədiyi duanı etsin.

4-cü: Qur'anı götürmək, başa tutmaq və bu duaları demək:
“اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ وَبِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ وَبِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ وَبِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ”

Duanın oxunuşu:
“Əlllahummə bihəqqi hazəl-qur'an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi
kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ə'rəfu bihəqqikə mink.”

Duanın tərcüməsi:
“İlahi (Səni and verirəm bu) Qur'anın haqqına, və and verirərm o şəxsin haqqına ki, bu Qur'anı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Qur'anda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.”
Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:

İkinci Qədr gecəsi

1. “بِكَ يا اَللّهُ”

2. “بِمُحَمَّدٍ”

3. “بِعَلي”

4. “بِفاطِمَةَ”

5. “بِالْحَسَنِ”

6. “بِالْحُسَيْنِ”

7. “بِعَلِىّ بْنِ الْحُسَيْنِ”

8. “بُمَحَمَّدِ بْنِ عَلِي”

9. “بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ”

10. “بِمُوسَى بْنِ جَعْفَرٍ”

11. “بِعَلِىِّ بْنِ مُوسى”

12. “بِمُحَمَّدِبْنِ عَلِي”

13. “بِعَلِىِّ بْنِ مُحَمَّدٍ”

14. “بِالْحَسَنِ بْنِ عَلِي”

15. “بِالْحُجَّةِ”


Zikrlərin oxunuşu:
1. “Bikə ya əllahu”.
2. “Bi-muhəmmədin”.
3. “Bi-əliyyin”.
4. “Bi-fatimətə”.
5. “Bil-həsəni”.
6. “Bil-husəyni”.
7. “Bi-əliyy-ibnil-husəyni”.
8. “Bi-muhəmməd-ibni-əliyyin”.
9. “Bi-cə'fər-ibni-muhəmmədin”.
10. “Bi-musəbni-cə'fərin”.
11. “Bi-əliyy-ibni-musa”.
12. “Bi-muhəmməd-ibni-əliyyin”.
13. “Bi-əliyy-ibni-muhəmmədin”.
14. “Bil-həsən-ibni-əliyyin”.
15. “Bil-huccəti”.

Zikrlərin tərcüməsi:
1. “İlahi Səni Öz zatına and verirəm!”
2. “İlahi Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!”
3. “İlahi Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!”
4. “İlahi Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!”
5. “İlahi Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!”
6. “İlahi Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!”
7. “İlahi Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!”
8. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”
9. “İlahi Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!”
10. “İlahi Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!”
11. “İlahi Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!”
12. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”
13. “İlahi Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!”
14. “İlahi Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!”
15. “İlahi Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!”

İkinci Qədr gecəsi

Sonra Allahdan hacətlərini istəyin.

5-ci: İmam Hüseyni (ə) ziyarət etmək.
Belə bir rəvayət var: “Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər:
“Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.

6-cı: Bu gecələri əhya saxlamaq
(şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).

Hədisdə var ki, kim qədr gecəsini əhya saxlasa onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.

7-ci: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq.
Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.

8-ci: Bu duanı oxumaq:
“اَللّهُمَّ اِنّى اَمْسَيْتُ لَكَ عَبْداً داخِراً لا اَمْلِكُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً وَلا اَصْرِفُ عَنْها سُوءاً اَشْهَدُ بِذلِكَ عَلى نَفْسى وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتى وَقِلَّةِ حيلَتى فَصَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَميعَ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ مِنَ الْمَغْفِرَةِ فى هذِهِ اللَّيْلَةِ وَاَتْمِمْ عَلَىَّ ما اتَيْتَنى فَاِنّى عَبْدُكَ الْمِسْكينُ الْمُسْتَكينُ الضَّعيفُ الْفَقيرُ الْمَهينُ اَللّهُمَّ لا تَجْعَلْنى ناسِياً لِذِكْرِكَ فيما اَوْلَيْتَنى وَلاغافِلاً لاِِحْسانِكَ فيما اَعْطَيْتَنى وَلا ايِساً مِنْ اِجابَتِكَ وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ اَوْ شِدَّةٍ اَوْ رَخآءٍ اَوْ عافِيَةٍ اَوْ بَلاءٍ اَوْ بُؤْسٍ اَوْ نَعْمآءَ اِنَّكَ سَميعُ الدُّعآءِ”

Duanın oxunuşu:
“Əllahummə inni əmsəytu ləkə 'əbdən daxira, la əmliku linəfsi nəf'ən və la zərra, və la əsrifu 'ənha su'a, əşhədu bizalikə 'əla nəfsi, və ə'tərifu ləkə biz'əfi quvvəti, və qilləti hiləti, fəsəlli 'əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və'ədtəni, və cəmi'l-mu'mininə vəl-mu'minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni 'əbdukəl-miskinul-mustəkinuz-zə'iful-fəqirul-məhin, əllahummə la təc'əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə'təytəni, və la ayisən min icabətikə, və-in əbtə'ət 'ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa'in əv 'afiyətin əv bəla'in əv bu'sin əv nə'ma'ə, innəkə səmi'ud-du'ai”.

Duanın tərcüməsi:
“İlahi bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum istərsə də narahat, istər çətinlikdə olum istərsə də asanlıqda, istər sağlamlıqda olum istərsə də bəlada, istər ehtiyacda olum istərsə də nemətdə. Həqiqətən sən duaları eşidənsən!”

İkinci Qədr gecəsi

Kəf'əmi rəvayət edib ki, İmam Zeynəl-abidin (ə) bu duanı bu
gecələrdə ayaq üstə (qiyam halında), oturduqda, rüku və səcdə halında oxuyurdu.

Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Bu gecələrin ən yaxşı əməlləri bağışlanma istəmə və dua etməkdir. Dualarda özünün, ata-ananın, mömin qardaş və bacıların istər diri, istərsə də dünyadan köçmüş olsalar dünya və axirət hacətlərini istəməkdir. Zikrləri demək və bacardığı qədər Məhəmməd və ali Məhəmmədə salavat göndərmək. Bəzi rəvayətlərdə gəlib ki, bu üç gecədə
Cəvşən kəbir” duası oxunsun.

İkinci Qədr gecəsi


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Narka E-ZaDe

  • 22 avqust 2011 12:20
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!!!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Sirli Melek

  • 22 avqust 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TANRI ÜRƏKLƏRƏ GÖRƏ VERSİN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 22 avqust 2011 09:01
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun Ellerine sagliq

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

PELIN_ATABAY

  • 22 avqust 2011 04:23
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
бу мубарек гунде Дини китабларин хер бирини охумая савабдир Феряи ёхду терцуме ве яхуд если ,, Еслини охумая дахада вацибди ,,анцая ки еле адам вар ки ереб дилини билмирсе терцемесин охуыур ,,Феря ёхдур ,,ен есаси оду ки охуыур сидя урекле ,,Арзусу темиз ниыыети пак ,, Аллах хер бир инсанин дуасини яебил етсин ,,Илахи амин .

--------------------

Elnen

  • 22 avqust 2011 02:17
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
ALLAH her birimizin DUALARINI,NIYETLERNI BUGUNDE QEBUL ETSIN. Amin !!!

my angel__

  • 22 avqust 2011 01:48
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
tewekkurler maraqli idi winked

allah oruc tutanlarinda orucunu qebul etsin

--------------------
Помни, что ты - мое все ❤

beyaz melek

  • 22 avqust 2011 01:20
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
COX TESEKKUR EDIREM SEYMUR ALLAH RAZI OLSUN.INSAN OXUDUQCA UREYI ACILIR.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Iriska

  • 22 avqust 2011 01:08
  • Məqalə: 253
  • Şərh: 1261
  • Bal:
{awards}
Cox sagolun ALLAH cumlemizden razi olsun bu meqeddes gunde bizlerin kecmis ve gelecek gunahlarimizi bagislasin Butun muselmanlarimizin dualarini ALLAH qebul etsin AMIN

--------------------
Demədimmi bu həsrət öldürər səni, ay dolanıb keçər, yalnız qalarsan, hər gün ah deyib açı çəkərsən. Ürəyim sənə bu cür sevmə demədimmi!

MuslimGirl

  • 22 avqust 2011 01:05
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
SEYMUR551,
cavablandirdiginiz ucun minnetdaram. ALLAH razi olsun!

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦

  • 22 avqust 2011 00:49
  • Məqalə: 1135
  • Şərh: 331
  • Bal:
{awards}
MuslimGirl,
bu mubarek gunde Dini kitablarin her birini oxumaq savabdir Ferqi yoxdu tercume ve yaxud esli ,, Eslini oxumaq dahada vacibdi ,,ancaq ki ele adam var ki ereb dilini bilmirse tercemesin oxuyur ,,Ferq yoxdur ,,en esasi odu ki oxuyur sidq urekle ,,Arzusu temiz niyyeti pak ,, Allah her bir insanin duasini qebil etsin ,,Ilahi amin ..!

--------------------


İNSTRAGRAM ADRES : seymur_sonmez

NAZI

  • 22 avqust 2011 00:40
  • Məqalə: 0
  • Şərh: 19
  • Bal:
{awards}
men 5defe 2riketli subh namazi kimi qildime bu sehvdir?

MuslimGirl

  • 22 avqust 2011 00:25
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bütün müsəlmanları bu gözəl gecə münasibəti ilə təbrik edirəm. Bir sualım olacaqdı: Quranın tərcüməsini oxumaq savabdırmı bu gecədə? Yoxsa əslini oxumalıyıq. ALLAH razı olsun!

Nergiz_Mamedova

  • 22 avqust 2011 00:13
  • Məqalə: 0
  • Şərh: 193
  • Bal:
{awards}
Allah razi olsun bu gozel xebere gore. twk
BAYRAMIMIZ MUBAREK... smile

Su Perisi

  • 22 avqust 2011 00:03
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
hamısını oxudum. Allah menimde, her kesin dualarin qebul etsin,AMIN!!!
Allah razı olsun.

--------------------

jalicka

  • 22 avqust 2011 00:01
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
breaking dawn,
AMIN!

breaking dawn

  • 21 avqust 2011 23:33
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
cox sagol oxudum superdi, ALLAH BU GECE HAMININ DUASIN ESITSIN !!!!!AMIN!!!!!! winked

daha_meni_axdarma

  • 21 avqust 2011 23:20
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

_Gunel_

  • 21 avqust 2011 22:44
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
Allah razi olsun.bele gozel xebrleri gorende hemiwe sevinirem..Twkelr

Delya_91

  • 21 avqust 2011 22:30
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox sagol Seymur,Allah her kesin dualarin qebul etsin

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

_C.Ronaldo_

  • 21 avqust 2011 22:23
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
{awards}
Allah taala razi olsun

--------------------
....All right....I love you.....LeGeNd.Az....

ulka17

  • 21 avqust 2011 22:18
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler emeye gore cox sag olun

N-88

  • 21 avqust 2011 22:05
  • Məqalə: 0
  • Şərh: 23
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

HaYaliM

  • 21 avqust 2011 21:42
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 21 avqust 2011 21:30
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
super xeberdiye suppppper thansk

R.M_FaNaTka

  • 21 avqust 2011 21:29
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

Willow smith

  • 21 avqust 2011 21:16
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}