Bəzən

 
Bəzən

Bəzən

Bəzən bir sincab kimi olacaqsan həyatda.

Yəni yaşamanın xaricində heç bir şey gözləməyəcəksən.

Heç bir şey düşünmədən yalnız həyatanın kefini çıxaracaqsan…

Həyatdan dad almağı öyrənəcəksən beləcə…

Bəzən bir pişik kimi olacaqsan həyatda.

Yəni sadiq olacaqsan dostlarına, ailənə, sevdiklərinə ən əhəmiyyətlisi həyata.

Bir ip yumağıyla əylənə bildiklərini görüb qısqanacaqsan onları…

Kiçik şeylərlə xoşbəxt olmağı öyrənəcəksən beləcə…

Bəzən bir quş kimi olacaqsan həyatda.

Yəni uçub gedəcəksən çox uzaqlara.

Heç bir şey düşünmədən təslim edəcəksən özünü buludlara.

Yuxardayken, görəcəksən hər kəsi, görəcəksən bütün problemləri.

Sonra gülüb keçəcəksən hamısına.

Qanad çırpmağa davam edəcəksən heç birini vecinı almayacaqsan...Azad olmanın nə demək olduğunu öyrənəcəksən beləcə…

Bəzən bir kirpi kimi olacaqsan həyatda.

Yəni qoruyacaqsan özünü pislərdən, ağrılardan, qısacası həyatdan…

Başqasına möhtac olmayacaqsan beləcə…

Bəzən bir pinqvin kimi olacaqsan həyatda.


Yəni sevgiylə dolacaq ürəyin. Sənin üçün nə 6 nə 12 nə də 24 ay əhəmiyyətli olacaq.

Əgər sonunda məqsədinə çatırsansa, gözləməyə dayanacaqsan....Səbirli olmağı öyrənəcəksən beləcə…

Bəzən bir durna kimi olacaqsan həyatda.

Yəni vəfalı olacaqsan sevdiyinə.

Bəzən bir balıq kimi olacaqsan həyatda.

Yəni unudacaqsan pis şeyləri, unudacaqsan ağrıları, unudacaqsan keçmişindəki yaraları. Bəzən unudub bağışlayacaqsan insanları, bəzən unudub siləcəksən həyatından hər şeyi...Bağışlamanın böyüklüyünü öyrənəcəksən beləcə…

Bəzən də bir fil kimi olacaqsan həyatda. Yəni unutmamağın lazım olan şeyləri xatırlayacaqsan. Xatırlamaq istədiyin şeyi dərhal gözünün önünə gətirə biləcəksən…

Keçmişinlə yaşamağı öyrənəcəksən beləcə…

Və yavaş yavaş öyrənəcəksən həyatı,

Öyrənəcəksən həyatla oyun oynamağı…

[center]Bəzən

Yetkinləşib pay çıxaracaqsan hər hadisədən özünə.
[/center]


Geri dön

Ulya

  • 16 sentyabr 2010 11:26
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
♥Princess♥,
ZoLuShKa,
love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 47

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}