Bu gün qədr gecəsidir

 
Bu gün qədr gecəsidir

Bu gün qədr gecəsidir.
Qədr - Quranın nazil olduğu gecələrə deyilir. Qurani-Kərimdə dəqiq günü qeyd olunmasa da, Peyğəmbər (s.ə.s) və Məsum İmamlardan (ə) nəql olunan hədislərdə Ramazan ayının 19, 21 və 23-cü günlərinə təsadüf etdiyi göstərilir.

Qədr gecələrinin dəqiq olaraq hansı günə təsadüf etdiyini bildirməməkdə məqsəd müsəlmanların Qədr gecələrinə daha çox önəm vermələri, onun həsrətində olmaları, eləcə də onları ibadətlə mümkün qədər çox məşğul olmağa sövq etmək olub. Quranın bir neçə ayəsində Qədr gecələri barədə buyurulur:

"Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik"
("Qədr" surəsi, ayə 1).

Digər ayələrdə, "Bəqərə" surəsi, ayə 185, "Duxan" surəsi,
ayə 3-də də Qədr gecələrinin əzəmətinə işarə olunur.

Qədr gecələrinin Quran və hədislərdə əzəməti
"(Ya Peyğəmbər!) Sən bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)"
("Qədr" surəsi, ayə 2 və3).

Günlərin biri Peyğəmbər (s.ə.s) səhabələrinə İsrail tayfası barədə söhbət edərkən onlar yəhudilərin uzunömürlülüyünə qibtə edərək dedilər: "İlahi, nə olaydı, bizə də uzun ömür əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə həsr edəydik".

Bu əhvalatdan sonra Allah-Taala Öz peyğəmbərinə (s.ə.s) "Qədr" surəsini nazil etdi: "(Qədr gecəsi min aydan daha xeyirlidir)". Yəni müsəlmanın bütün vücudu ilə Qədr gecəsini dərk edib ibadətlə məşğul olması onların yəhudilərtək min il yaşamalarından üstün və bərəkətlidir.

Bu gün qədr gecəsidir

Qədr gecələrinin əməlləri

1. “Əhya gecəsinin qüslünü edirəm, qürbətənə iləllah” niyyətini
etdikdən sonra qüsl almaq. Bu zaman əvvəlcə baş, sonra sağ,
daha sonra isə sol tərəf yuyulur. Bu qüslün böyük savabı var.

2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq.
Bunun mənası insanın sanki Quranı qarşılamasıdır.

3. Əhya gecələrini məscidlərdə qeyd etmək daha yaxşı olar.
İmkan olmadıqda evlərdə də qeyd etmək olar, amma boş və mənasız söhbətlər
əvəzinə Quran oxuyub, dualar etmək, Qədr
gecələrinin ya da qəza namazlarını qılmaq yaxşı olar.

4. Qədr gecəsinin namazını qılmaq. Qədr gecəsinin namazı
işa və sübh namazları arasında qılınır. Sübh namazı kimi iki rükət qılınır.
Lakin hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi bir dəfə deyil,
yeddi dəfə oxunur. Namazı qılıb qurtardıqdan sonra alını
yerə qoyub 70 dəfə “Əstəğfürullah Rəbi və ətubu iləh” zikri deyilir.

5. Quranı başa qoyub Allaha, Onun peyğəmbərinə
(s.ə.s) və Məsum imamların (ə) adlarına and vermək.

6. İmam Əli (ə) və İmam Hüseynin (ə)
ziyarətnamələrini oxumaq.

7. 100 rükət sübh namazı kimi 50 müstəhəb namaz qılmaq.
Qəza namazları olanlar hər gecə 6 günlük qəza namazlarını qıla bilərlər.

8. Həzrət Muhəmməd (s.ə.s) və onun
məsum Əhli-beytinə (ə) salavat göndərmək.

9. Cövşən-kəbir duasını oxumaq.

10. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət oxumaq (Allahumməl ən
qətələtə Əmirəlmuminin). Yəni İlahi, İmam Əlinin (ə) qatilinə lənət et!

11. 100 dəfə “Əstəğfürullah Rəbi və Ətubu iləhü”
zikrini deyib edilən günahlara görə tövbə etmək.

Deyilənlərin hamısını yerinə yetirmək çətin olsa da, imkan daxilində qeyd olunanlara əməl etmək lazımdır. Unutmayaq ki, Qədr gecələri ilin hər gecəsi tək hər gün təkrarlanmır. Bu gecələri xüsusi olaraq qarşılamaq və qeyd etmək lazımdır. Allah bütün oruc və dualarınızı qəbul etsin. Amin!

Bu gün qədr gecəsidir


Geri dön

KaRola_16

  • 22 avqust 2011 17:08
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
ALLAH HER KESIN ORUCUNU QEBUL ETSIN...

--------------------

Narka E-ZaDe

  • 22 avqust 2011 12:29
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Qedr geceniz mubarek olsun!!!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_C.Ronaldo_

  • 22 avqust 2011 10:54
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
{awards}
Hamınızın Qədr gecəsi mübarək olsun!! Amin!Allah hamıdan razı olsun!!

--------------------
....All right....I love you.....LeGeNd.Az....

Sirli Melek

  • 22 avqust 2011 09:42
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TANRI ÜRƏKLƏRƏ GÖRƏ VERSİN.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 22 avqust 2011 09:04
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

BELLA_SWAN

  • 22 avqust 2011 07:37
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
qədr gecəniz mubarək olsun

--------------------
VAMPİRE GİRL

HaYaliM

  • 22 avqust 2011 01:43
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Qedir geceniz mubarek.Xeyirli Ramazanlar.Allah her birimizin dualarimizi namazimizi qebul etsin.AMİN

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

beyaz melek

  • 22 avqust 2011 01:27
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN.QEDR GECENIZ MUBAREK.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

el classico

  • 22 avqust 2011 00:39
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
11 AYIN SULTANI GOZEL RAMAZAN BAYRAMINIZ MUBAREK

MuslimGirl

  • 22 avqust 2011 00:32
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Qədr gecəniz mübarək olsun. Xeyirli Ramazanlar

Su Perisi

  • 22 avqust 2011 00:32
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Qədr gecəniz mübarək olsun

--------------------

el classico

  • 22 avqust 2011 00:27
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
RAMAZANINIZ MUBAREK

breaking dawn

  • 21 avqust 2011 23:54
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
AMIN INSALLAH!!!!!!!

AMIN INSALLAH!!!!!!!

daha_meni_axdarma

  • 21 avqust 2011 23:22
  • Məqalə: 0
  • Şərh: 307
  • Bal:
{awards}
tewekkurller

Ay Üzlü

  • 21 avqust 2011 23:16
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
her kesin qedr gecesi mubarek olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 45
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}