Sənin üçün bir qışdır qəlbim...

 
Sənin üçün bir qışdır qəlbim...

Qış fəslini təsəvvür edin...Qarlı,küləkli, şaxtalı bir hava...Yollar dumanlı, hava buludlu...Küləyə qarşı atılan sərt addımlar..Soyuqdan paltosunu bərk-bərk sıxan donmuş əllər...Bütün bu soyuqluğun ən özlənilən xoş anı.İsti, qaynar çay, doğma məkan, doğma ev, sevimli ocaq...

əyimi ağrıdacaq?Amma çox sağ ol,ağrını duymağa imkan vermədinki...Bir cümləndəki hər sərt sözün ürəyimə qış fəslini gətirdi,hisslərim dondu, ürəyim buz bağladı...Heç bir ağrı duya bilmədimki o soyuqda...Sadəcə hiss etdim ki,sənə aid hisslərim dondu, buz bağladı...Bir gün sənə aid hisslərimin buzu əriyib suya dönüb itib batacaqdır.Ürəyimdə sənə aid heç bir iz qalmayacaq. Son iki cümləni gələcək zamanda yazdım.Bilirsənmi niyə?Çünki sənin üçün bir qışdır qəlbim...Hissiyyatsız, duyğusuz,ağrısız, mənasız, susqun, buzla örtülmüş bir ürəyim...


Bəzən “ürəksizsən” sözünə inanıram...Çünki nifrəti belə duya bilmirəm...Adını eşitdikdə bir mənasız boşluq hiss edirəm...Bəs nifrət? Niyə duymuram onu? Görürsənmi, ürəksizəm, nifrəti belə duya bilmirəm...

Bəlkədə xatirələrimdə yaşayacaqsan, bəlkə də təbəssümlə xatırlanacaqsan. Bilmirəm ki....Axı bütün hisslərim dondu.Sənə qarşı nə nifrət duyuram, nə sevgi, nə hörmət, nə sevinc , nə kədər...Heç nə...
Yazımın əvvəlində qeyd etdiyim kimi, sərt qışın ən özlənilən anı o isti ev, doğma ocağındır.
Ürəyimdəki o ocaq mənim daxili dünyamdır. O soyuqdan qaçıb gizlənən, ümidim, xəyalım, arzum, ərköyün şıltaqlığım...Necəki isti pəncərəndən küləkli ,şaxtalı havaya baxıb evdən küçəyə çıxmaq istəməzsən...

Sizi incidənləri hər an qəlbinizdə yaşadıb əzab çəkməyinizə imkan verməyin.Bir şaxtalı qış tək anında dondurun ürəyinizi...Nə nifrət duyub ürəyinizi zəhərləməyin, nə əzab çəkib ürəyinizi sındırmayın...

Sənin üçün bir qışdır qəlbim...



Geri dön

Ulya

  • 16 sentyabr 2010 11:29
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
love feel

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 81

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 36
Cəmi: 140
 
The Shield
Xəbərləri: 31
Cəmi: 293
 
Darling
Xəbərləri: 31
Cəmi: 916
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
lamiye_2001
Xəbərləri: 12
Cəmi: 72
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 300
 
Jesicca
Xəbərləri: 11
Cəmi: 51
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}