Durğu işarələri

 
Durğu işarələri

Bilirsinizmi durğu işarələrinin də həyatımızda rolu necə böyükdür?Onlar hisslərimizi nizama salır,düşüncələrimizi aydın ifadə etməyə kömək edir.Onlarsız mənasız bir dünyamız olardı.

Bir gün insan həyatından yorulur və onları dağıdır.laqeyd yanaşır hisslərinə,onlarsız daha yaxşı olacağını düşünür və başlayır itirməyə...
İnsan birinci vergülü itirdi,çətin cümlələrdən qorxmağa başladı...asan frazalar axtardı.Çətin olmayan cümlələrin ardınca çətin olmayan düşüncələr yarandı.

Durğu işarələri

Sonra nida işarəsini itirdi!Başladı həyəcansız yaşamağa.

Sakit,intonasiyasız günləri həyatında çoxaldı.Onu artıq heç nə özündən çıxara bilmirdi.Heç nəyə də ürəkdən sevinməyi bacarmırdı.Hər hadisəyə emosiyasız yanaşırdı.
Sonra sual işarəsi ?yoxa çıxdı həyatından.Sual verməyi unutdu yavaş-yavaş.Heç bir hadisə onda maraq oyatmırdı,harda,necə baş verməyindən asılı olmayaraq heç nə ilə maraqlanmırdı:kosmosdamı,yerdəmi və hətta mənsilində də?

Durğu işarələri

Bir müddətdən sonra həyatındakı iki nöqtələr qeyb oldu,özü də hiss etmədən: O İnsanlara etdiyi hərəkətləri izah eyməyi lazım bilmədi.Heç kimə,hətta özünə də hesabat verməyi unutdu.
Həyatının sonunda baxdı ki,hər şeyi itirib,təkcə dırnaq işarəsi “” qalıb onunla. Özünə aid bir fikri,düşüncəsi də qalmayıb...tükənib.



Beləcə insan durğu işarələri ilə birlikdə fikirləşməyi də unutdu və nöqtəyə yetişdi.

Görürsünüzmü durğu işarələri həyatınızda necə mühüm yer tutur.Onları qoruyun,itirməyin...

. , : - ? " " ! ;

Durğu işarələri

Durğu işarələri ilə münasibətiniz necədir?

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Bəs siz də onlardan hansınısa itirmisinizmi?

Həyatınızda hansı durğu işarəsi çatışmır?


Geri dön

Ulya

  • 16 sentyabr 2010 11:31
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
bu xeberi oxumusdum men.coox xosuma gelmisdi love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 53

 

Top 10 Müəllif

J ♥ S
Xəbərləri: 4
Cəmi: 263
 
ツDirectionerツ
Xəbərləri: 3
Cəmi: 68
 
Deli Wirin
Xəbərləri: 3
Cəmi: 16
 
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
Xəbərləri: 3
Cəmi: 434
 
ŃคƦค
Xəbərləri: 2
Cəmi: 79
 
-FReeDoM AnGeL-
Xəbərləri: 2
Cəmi: 13
 
SEYMUR551
Xəbərləri: 2
Cəmi: 865
 
★Tipa Pipa Ayka★
Xəbərləri: 2
Cəmi: 87
 
♛WøøWøøWøøW♛
Xəbərləri: 2
Cəmi: 112
 
OkUsh dE tAnIyAcAqlA
Xəbərləri: 2
Cəmi: 134