Ramazan ayının son 10 günü

 
Ramazan ayının son 10 günü

Ramazan ayının son 10 günü Ramazan ayının əsas və əhəmiyyətli günləri sayılır. Necə ki, Ramazan ayında müsəlmanlar ibadətlərini və xeyir əməllərini başqa aylara nisbətən artırırlar, Ramazan ayının da son 10 günündə müsəlmanlar, Ramazan ayının əvvəlinə nisbətən ibadətlərini daha da gücləndirməlidirlər. Hədislərin birində belə rəvayət olunur ki: ”Rəsulullah (s.a.v) son 10 gündə o qədər çalışardı ki, başqa heç bir vaxt belə çalışmazdı.“ Digər bir hədisdə: “Peyğəmbər (s.a.v) Ramazan ayının son 10 günündə həmişə etikaf edərdi, vəfat edənə qədər belə edib”. Etikaf edərdi yəni ki, bütün günü məciddə qalardı, oradan ayrılmazdı..Bu müddətdə o yalnız ibadət edərdi və qəlbini hər şeydən təmizləyərək ancaq ALLAH üçün çalışardı. Heç nəyin fikrini etməzdi.

Ramazan ayının son 10 günü

Görəsən niyə Peyğəmbər (s.a.v) bütün bunları edərdi?! Niyə O məhz Ramazan ayının son 10 günündə belə edərdi? Çünki o, mübarək və xeyirli olan gecəni, Quran nazil olan və min aydan faydalı olan gecəni Qədr gecəsini istəyirdi.. Onun məqsədi Qədr gecəsinin mükafatından məhrum olmamaq idi. Bəli, məhz Qədr gecəsini ötürməmək üçün Peyğəmbər (s.a.v) belə edərdi. Həmin gecəni ibadət edərək və mükafatını ALLAHdan istəyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar. O gecə ki, həmin gecə edilən ibadət ALLAHu Təala qatında 83 il edilən ibadət kimi yazılır.
Bu mübarək gecəni ötürmək olarmı? Bu gecəni boşuna keçirmək necə də böyük ziyandır. İnsan, 83 il ibadətə bərabər olan 1 gecəlik ibadəti necə əldən verə bilər? Bu gecəni ibadətlə keçirməkdən məhrum olan adam necə heyfslənməsin?!

Ramazan ayının son 10 günü

El Qədr Surəsi (Məkkədə nazil olub, 5 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!
2.(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (ALLAH dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib ALLAHın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)

Ramazan ayının son 10 günü

Ey müsəlmanlar, sadəcə Ramazan ayının son 10 günü özünüzü mükafatı böyük olacaq eziyyətə salmalısınız. Şirin yuxunu tərk edərək oyaq qalacaqsınız ALLAH bizə verdiyi günlərin müəyyən günlərini ona ibadət üçün ayırmaq (həm də böyük mükafat qarşılığında) bu qədərmi çətindir sizə?
ALLAH bizə Qədr gecəsini ibadətlə keçirməyi nəsib etsin. ALLAH bizim günahlarımızı bağışlasın..


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

..:MeleK kiz:..

  • 25 avqust 2011 13:53
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
спасиба

R.M_FaNaTka

  • 22 avqust 2011 19:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
goZeL Ve maRaQli XeBeRe GoRe TeSeKkUrLer CCoOoOoOoOOoXxXx SaGoL

--------------------

KaRola_16

  • 22 avqust 2011 17:51
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Ay Üzlü

  • 22 avqust 2011 15:35
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler Allah razi olsun

HaYaliM

  • 22 avqust 2011 14:24
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 22 avqust 2011 14:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssss Allah azi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 36
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}