Biz niyə beləyik?!

 
Biz niyə beləyik?!

Biz insanlar ayağımız yer, dilimiz söz tutandan etibarən zamanı öz xeyrimizə dəyişmək istəyirik. Yaxşı yaşamağımızın, hamıdan fərqlənməyimizin xatirinə.Xüsusilə insanlar özünün və ya kimlərinsə xatirinə nələrsə edir. Bəs bizi yaradan, yaşadan Allahın xatirinə nə edirik?
Onun bizi yaratmağının minnətdarlığını nə cür ödəyirik?! Əgər sual etsəm ki, heç Allaha qarşı çıxırıqmı(əstəğfirillah)?! Çox güman ki, hamımız bir ağızdan deyəcəyik ki, yox. Elə isə gəlin bir anlıq düşünək:
Gözümüz görür, ayağımız yeriyir, dilimiz danışır, əlimiz tutursa bu Allahın bizə nemətidir. Onun bəxş etdiyi bu nemətlərlə namaz qılmaq, oruc, tutmaq, yaxşı əməllər etmək imkanımız daxilində olsa da bunu etməkdən bəhanələr gətirərək boyun qaçırırıq. Halbuki, Allah-Taala bu nemətləri bizdən əsirgəməməklə bizə daxili və batini təmizliyimiz, mənəvi saflığımız, sarsılmaz imanımız, əsl insan olmağımız üçün buyurdu vacibatlarını. Allah-Taala nə buyurdusa bəndəsinin xeyrinə buyurdu.
Əgər bizə yaxşıları görmək üçün verdiyi bu gözlərlə harama baxırıqsa, Allaha qarşı çıxmırıqmı?!

Əgər yaxşılığa doğru irəliləmək üçün verdiyi ayaqlarla, harama doğru səhv yollara üz tuturuqsa, Allaha qarşı çıxmırıqmı?!
Əgər əllərimizi haqqın dərgahına deyildə, kimlərinsə ağuşuna açıb kömək istəyiriksə, Allaha qarşı çıxmırıqmı?
Ömrümüz boyu idarəçiliyinə ehtiyac duyduğumuz beynimizi elmdən daha çox yararsız və mənasız infarmasıyalara yuva ediriksə, Allaha qarşı çıxmırıqmı?
Dilimizi Allaha dualar etmək, xoş və düz sözlər danışmaq yerinə, qeybətə, yalana tuş edərkən, Allaha qarşı çıxmırıqmı?
Hələ sadalayacağım bir çox mənfiliklərimiz var ki, bu biz bəndələrin naşükürlüyünün göstəricisidir. Biz niyə beləyik? Budurmu Allaha minnətdarlığımız? Amma hələ də gec deyil ki, səhvlərimizi düzəldək! Elə isə nə durmuşuq, Allahdan tövbə edib, bağışlanmaq diləyək ki, Allah bizi bağışlasın.
Axı O, bağışlayan və mehribandır.

Allahım bu yazını yazmaqda mənə kömək olduğun üçün, məni yaratdığın üçün, verdiyin nemətlər üçün,günahlarımı bağışlayıb, dualarımı, tövbələrimi qəbul etdiyin üçün, yaşatdığın üçün, sənə ömrümcə minnətdaram. Məni və sənə ürəyində sonsuz sevgi olan kəsləri öz dərgahında səleh bəndələrindən qərar ver inşallah, Amin!!!

Biz niyə beləyik?!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Azeri_Gozeli

  • 13 oktyabr 2010 11:47
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ulya

  • 16 sentyabr 2010 11:34
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
no

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}