Ən çox yayılmış primitiv telefon yalanları

 
Ən çox yayılmış primitiv telefon yalanları

20 ilə yaxındır həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonla
bağlı başımıza yüzlərlə hadisə gəlir. Telefonda uydurduğumuz bəhanələr,
telefonda yüksək səslə danışmaq, qısa “vızıv”lar... bunların hamısı telefonla bağlı şablonlardır...

Biz də seçib sizə telefonla bağlı 20 şablon halı təqdim edirik...

1. Çox vacib bir şey danışmalıyıq
Yüksək səslə telefonda danışıb həyatını camaata dinlədən bir tip insanlar var. Guya telefondakı ilə çox vacib və həyati məsələni danışır. Bunun üçün bir az alçaq səslə danışmaq lazım deyil, sizcə?

2. Vızıvkoliklər
Telefonla bağlı şablonlardan biri də “vızıv” atmaqdır. Heç telefonun melodiyasının ilk notların belə eşidə bilmirsən. Ani bir qığılcım kimi “vızıv” atmağı yəqin ki hər adam bacarmaz.

3. Hansı melodiya yaxşıdı?
Telefonu yeni alan adamlarda və ya uşaqlarda belə bir adət var: telefona melodiya tapmaq. Ərinməz-ərinməz bütün melodiyaları dinləyən və seçməyə çalışan tiplər ətrafındakıları az qala dəli edirlər.

4. Öz-özünə danışanlar
Bəzən avtobus və ya maşınla keçəndə bəzilərinin öz-özünə danışa-danışa getdiyini görürük. Əslində, bilirik ki, telefonun qulaqlığı ilə danışır, amma yenə də çox gülməli görünür bu səhnə.

5. Telefonumu dəyişmişəm, nömrələr itib
Bəzən sevmədiyiniz bir adamın nömrəsini telefona qeyd etmirik. Vay o gündən ki, həmin adam zəng vura və telefona adını yazmadığını başa düşə. İlk şablon belə olur: telefonumu dəyişmişəm, bütün nömrələr silinib. Nə yaxşı zəng vurdun, indi yazaram adını. Bu cümlə o qədər şablon olub ki, doğru olduğu halda da adamın inanmağı gəlmir.

6. Kimdə “yükləmə” cihazı var?
“Nazik Nokia “zaryatka”sı kimdə var?”, “Samsung “zaryatka”sı kimdə var?” sualını verən adam niyəsə özünün gəzdirmədiyi bir şeyi, başqalarının gəzdirdiyini sanır və “əşiii işdə olmamış olmaz” deyə kolleqalarına güvənir.

7. Bitmək bilməyən sevgili söhbətləri
Xüsusən, ictimai nəqliyyatda rastımıza çıxan bu cür söhbətlər insanın bütün əsəblərinə toxunur. Sakit və naz-qəmzəli gedən söhbətlərdən “səni çox sevirəm, yox yox mən daha çox sevirəm, inciyərəm vALLAH mən çox sevirəm, aaaa yooox dedim də mən sevirəm” kimi bir dialoqdan hər iki sevgilinin həyat tərzi məlum olur.

8. Beş dəqiqəyə ordayam
Görüşəcəyiniz adam “beş dəqiqəyə çatıram, filan yerdəyəm, tfuuu işıqfora düşdüm, bu qədər də tıxac olar? Yarım saatdı tıxacdayam” deyirsə, gələn dəfə görüş vaxtını ona ən az yarım saat tez deyin.

9. Telefon deyil, iPhone
Yeni sayılan şablonlardan biridir. iPhone sahibləri telefonları zəng çalanda “təvazökarlıq” edib, “aaa iPhone-uma zəng gəlir” deyə bilərlər.

10. İşıq sürətli mesajlar
Xüsusən gənclərin mesaj yazarkən barmaqlarını görmək olmur. Gənclər 10 dəqiqə 20 mesaj atdığı halda, yaşlı nəslin nümayəndələri bir mesaja 10 dəqiqə sərf edir.

11. Telefonla öz şəklini çəkənlər
Çox vaxt sosial şəbəkələrdə telefonu ilə öz şəkillərini çəkən insanları çox görmüşük. Bu fotolar bir neçə formada olur: dodağını qabağa verib şəkil çəkdirən qızlar, güzgüdə özünü çəkən qızlar, guya xəbəri yoxmuş kimi özü-özünü telefonla çəkən insanlar, maşın sürən yerdə özünü çəkən oğlanlar…

12. “Mənə bir dənə zəng vur da”
Hər kəsin başına mütləq gəlib. Telefonunuzu tapmaq üçün başqalarından: “Bir dənə mənə zəng vur” deyə xahiş edirik. Telefonunun melodiyasını eşidən kimi ürəyimizə bir rahatlıq çökür.

13. “Sən bağla, mən zəng vurum”
Çox vaxt oğlanlar qızlara “özlərini göstərmək” üçün ya zəng vuranda telefonu üzümüzə bağlayıb,özləri zəng vurur, ya da danışdığın yerdə “sən bağla, mən yığım” deyə adamın sözünü ağzında qoyurlar.

14. Telefon “səssiz”dəydi
Çox vaxt bir insana zəng vurmaqdan dəli oluruq, cavab vermir ki vermir! Üzərindən yarım saat, bir saat keçəndən sonra rahat bir səs tonunda o adamın geri zəng vurub: “Zəng vurmuşdun. Telefon “səssiz”də olub, eşitməmişəm” deyəndə elə bil adamın başına qaynar su tökülür.

15. İsmarış dili
Gənclərin bir-birinə yazdığı ismarışları Azərbaycan dili mütəxəssisləri görsə, yəqin işdən istefa verərlər. “Ncsn?, Gəlcm, uşaqlr neynr?” kimi qısaldılmış ismarışlara artıq hamımız öyrəşməkdəyik.

16. “İndiki uşaqlar elə bil telefonla doğulub”
Bəzən qonaq getdiyimiz evlərdə uşaqların telefonla oynadığını görürük. Ev yiyəsi də uşağının bu xüsusiyyətini fəxrlə: “İndiki uşaqlar elə bil əllərində telefon doğulub” deyərək gülür.

17. “Twitter” məşğuliyyəti
İnternet ki bütün gün əlimizin altındadı, niyə də “tvit”ləməyək? Bir dostunla oturub yemək yeyirsən, bir neçə saat sonra qısa bir tvit-başlıqla yeməkdən bir foto görürsən “Twitter”də. Heç adam bilmir, bu foto nə vaxt çəkildi, nə vaxt qoyuldu?!

18. Telefondan konsertə qulaq asmaq
Sevdiyin bir müğənninin konsertinə getmisən, bunu da paylaşmaq istəyirsən kiminləsə. Zıng vurub hansısa dostuna konserti dinlədirsən. Of! Ən pisi də odur ki, telefonun o biri başındakı adam səsi düz-əmməli eşitmir və sırf sənin xətrinə dəyməmək üçün dözüb qulaq asır. Bax, nə məcburdu? Konsertə gəlmisən, otur rahat qulaq as, dincəl də.

19. Telefondan başı çıxmayanlar
Avtobusda oturduğunuz yerdə yanınızdakı yaşlı bir insanın sizə: “Bala, gözüm görmür, gör burda nə yazılıb? Bala, gör mənə kim zəng vurmuşdu?” tipli suallara cavab vermək hərdən çox sıxıcı olur.


Geri dön

music_angel

  • 25 avqust 2011 18:34
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
xebere gore tesekkur edirem

--------------------

l_a_d_y_b_u_g

  • 23 avqust 2011 18:27
  • Məqalə: 14
  • Şərh: 208
  • Bal:
{awards}
hamisi maraqli idi tewekurler. wink

_LUNA_

  • 22 avqust 2011 22:33
  • Məqalə: 1
  • Şərh: 221
  • Bal:
{awards}
maraqli idi tesekkurler

R.M_FaNaTka

  • 22 avqust 2011 19:11
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
goZeL Ve maRaQli XeBeRe GoRe TeSeKkUrLer CCoOoOoOoOOoXxXx SaGoL

--------------------

Narka E-ZaDe

  • 22 avqust 2011 18:51
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
fellow twk wink

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

S_E_N_S_I_Z

  • 22 avqust 2011 18:23
  • Məqalə: 0
  • Şərh: 87
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKURLER winked wink

KaRola_16

  • 22 avqust 2011 17:57
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI IDI TEWEKKURLER...

--------------------

Gamze

  • 22 avqust 2011 17:46
  • Məqalə: 356
  • Şərh: 191
  • Bal:
{awards}
telefona hec maragim yoxdu.

--------------------

★Azerbaijan girl★

  • 22 avqust 2011 17:33
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
suppa thankssssssssssssssssss

Ay Üzlü

  • 22 avqust 2011 17:29
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

urek_yarasi

  • 22 avqust 2011 17:07
  • Məqalə: 12
  • Şərh: 622
  • Bal:
{awards}
maraqlidi twk
love

--------------------
. Senin ucun uzaqdan sevmeyi, baxmadan gormeyi, toxunmadan hissetmeyi, esitmeden dinlemeyi, goz yaslarimla gulmeyi ve qovusmaq ucun sebr etmeyi oyrendim ancaq sensizliyi esla!!!

Sirli Melek

  • 22 avqust 2011 17:02
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Telefon “səssiz”dəydi
Çox vaxt bir insana zəng vurmaqdan dəli oluruq, cavab vermir ki vermir! Üzərindən yarım saat, bir saat keçəndən sonra rahat bir səs tonunda o adamın geri zəng vurub: “Zəng vurmuşdun. Telefon “səssiz”də olub, eşitməmişəm” deyəndə elə bil adamın başına qaynar su tökülür.
wink

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

HaYaliM

  • 22 avqust 2011 16:46
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Bitmək bilməyən sevgili söhbətləri
Xüsusən, ictimai nəqliyyatda rastımıza çıxan bu cür söhbətlər insanın bütün əsəblərinə toxunur. Sakit və naz-qəmzəli gedən söhbətlərdən “səni çox sevirəm, yox yox mən daha çox sevirəm, inciyərəm vALLAH mən çox sevirəm, aaaa yooox dedim də mən sevirəm” kimi bir dialoqdan hər iki sevgilinin həyat tərzi məlum olur.


wink wink wink

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 66
Cəmi: 96

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}