Dini kəlimələrin mənası

 
Dini kəlimələrin mənası

Allah

Bütün varlıqları yaradan və ümumilikdə idarə edən İlahi Varlıq. Bütün müsəlmanlara ərəb dilindən gəlib. Sözün özü "İlah"dır. İlah sözü nəzərdə tutduğumuz Allah - Yaradan, Yaşadan, Yardım edən, Ən Uca, Ən Böyük və s. kimi ən ülvi mənaları özündə əks etdirir. Hazırda işlətdiyimiz ALLAH sözünün kökündə məhz "İLAH" sözü dayanıb. Sadəcə, ərəb dilində bu kəlmənin əvvəlinə "AL"("əl") müəyyənlik artikli qoşulub və artıq müəyyən "İLAH" mənası verən, daha dəqiq, daha konkret olan "AL-İLAH" sözü ərsəyə gəlib. Lakin ərəb dilinin qrammatikasının inkişafı tarixində "AL" müəyyənlik artiklindən sonrakı "İ" saitinin öz mahiyyətini itirməsi nəticəsində "AL-İLAH" ifadəsi "ALLAH" kimi oxunmağa və səslənməyə başlayıb.

Dini kəlimələrin mənası

Bismillah

"Allahın adı ilə", yaxud "Başlayıram Allahın adı ilə" deməkdir. Sevimli Peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s) öyrətdiyi kimi, müsəlman hər bir işini "bismillah" sözü ilə başlamalıdır. Yola çıxdıqda, evə daxil olduqda, yeməyə-içməyə başladıqda, kitab oxuduqda, yatağa uzandıqda, hətta cinsi əlaqəyə girdikdə belə əvvəlcə "bismillah" demək - bütün işlərdə Allaha sığınmaq, Onu özünə arxa, yardımçı, dayaq bilməkdir.
Qeyd edək ki, "Tövbə" surəsindən başqa, Quranın bütün surələri "bismillah" ilə başlayır və Quranda "bismillah" 114 dəfə təkrarlanır.

Dini kəlimələrin mənası

Əlhəmdu Lillah

"Bütün təriflər Allaha məxsusdur" deməkdir. "Əlhəmdu lillahi Rəbbil aləmin!" Yəni həmd, təriflər aləmlərin Rəbbi olan Allaha məxsusdur! Yemək yeyib, yaxud su içib bitirdikdə, səfərdən evə döndükdə və ya hər hansı başqa bir işi sona yetirdikdə və ya sizdən əhval-ruhiyyənizi soruşanda müsəlman olan şəxs bu imkanları ona bəxş edən Allahını yad edib "əlhəmdu lillah" deməlidir. "Əlhəmdu lillah" deməklə insan hər bir nemətə, hər bir gözəlliyə görə Yaradan Allahı xatırlayır, ona şükür edib, öz sonsuz minnətdarlığını bildirir. Bu isə onu naşükürlük sindromundan, laqeydlikdən, təkəbbürlükdən qurtarır və ilahi sevgiyə yol açır.
Hə, oxuyub qurtardınızsa, "əlhəmdu lillah" deyin və keçin növbəti terminin izahına.

Dini kəlimələrin mənası

Allaha təvəkkül

Bu söz işləri hər şeyə qadir olan Allaha tapşırmaq, Ona həvalə etmək mənasındadır. İnsan bir işi öz imkanları çərçivəsində yerinə yetirməkdə çətinlik çəkdiyi zaman, «Allaha təvəkkül» deyib, həmin işi Allaha həvalə edir. Allah-Təala Quranda «Talaq» surəsinin 3-cü ayəsində belə buyurur: «Kim Allaha təvəkkül edərsə, (Allah) ona kifayət edər». Quranda iman sahiblərinin sifətləri kimi bir çox keyfiyyətlər açıqlanır. Ayələrin birində səbirlə iman da bu sırada yer alır: «Həmən o kəslər ki səbr etdilər və həmişə öz Rəbblərinə təvəkkül etdilər» («Nəhl» surəsi, 42-ci ayə). Başqa bir ayədə oxuyuruq: «Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər» («Maidə» surəsi, 11-ci ayə). İnsan nə qədər güclü olsa, nə qədər geniş imkanlara, iqtidara malik olsa belə, öz təbiətinə görə yenə də bir çox işlərin qarşısında acizdir. İnsanın vəzifəsi müsbət istiqamətdə öz imkanlarını toparlayıb iş görməkdir. Lakin elə olur ki, gözlənilən nəticə hasil olmur. Bu zaman Allaha imanı olan kəs əsla ruhdan düşməməli, Ona sığınmalı və işin müsbət nəticə verməsini Allaha həvalə etməlidir. Sadəcə, sözlə deyil, səmimi-qəlbdən «Allaha təvəkkül!» deyib, Allahdan yardım diləməlidir. Allah isə Ona həvalə edilən işi insanın xeyiri istiqamətində mütləq yerinə yetirər.

Dini kəlimələrin mənası

Amin

«Mən də bu istəyə qoşuluram», «elə olsun», «duamızı qəbul et» mənalarını ifadə edir. Xüsusilə birisi bir şey dilədikdə, dua etdikdə onu dinləyən həmin deyilənlərlə bölüşdüyü zaman «amin» deyir. Bu söz dinlər tarixinə çox qədim zamanlardan tanışdır. İbrani (ivrit) dilində «amen» sözü yuxarıdakı mənalarda hələ Musa Peyğəmbərin ümməti zamanında işlədilmişdir. «Amen»in mənası kəskinliklə, qəti olaraqdır. Daha sonralar arami dilində və süryani dillərində «amin» kimi, adətən, dua mərasimləri bitdikdə işlədilirdi. Ərəb dilində əmin-amanlıq, imanetmə, əminlik anlamlarını da ifadə edən «amin» digər səmavi dinlərdəki kimi dualardan sonra işlədilir. Əlbəttə, Quranda bu sözə rast gəlinmir. Amma hədislərdə belə bir ənənənin də müsəlmanlar arasında olduğunu görürük. Hədislərdə o da bildirilir ki, insan bir şeyi sidq-ürəkdən dilədikdə mələklər də «amin» deyər. Ona görə də hər kəs dilədiyi şeyə diqqətlə yanaşmalıdır. Adətən, xoş məramlı edilən dualarla yanaşı, bəzən insanlar fərqinə varmadan öz əzizlərinə qarğış edirlər. Bu zaman mələklər də «amin» desə və dua qəbul olunsa, görün, necə böyük faciələr baş verər. Allah bütün xoş dualarımızı qəbul etsin. Amin!

Dini kəlimələrin mənası

Şükür Allaha

İnsanın əldə etdiyi nailiyyətlər, üzləşdiyi xoş hadisələr, eşitdiyi yaxşı xəbərlər, ona verilən ucsuz-bucaqsız, sadalamaqla bitməyən nemətlər qarşısında bütün bu gözəllikləri bəxş edən Allaha minnətdarlıq mənasında işlətdiyi ifadədir.
Allaha şükür - insanın səmimi-qəlbdən bildirdiyi təşəkkürüdür. İnsan digərinə bir yaxşılıq etdikdə, yaxud bir şey verdikdə və s. qarşı tərəf ona öz təşəkkürünü bildirir. Əks halda nankorluq etmiş olar: «(Allah buyurdu): Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!» («İbrahim» surəsi, 7-ci ayə). Həyatımızda əldə etdiyimiz hər bir şey, hətta bizə bağışlanan hədiyyələr də elə Allah tərəfindən olan bir paydır. Buna görə isə həmin yaxşılığa nankor olmamaq, «şükür Allaha» demək lazımdır. Bu, bəndənin bir sədaqət rəmzidir: «Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir…» («Nisa» surəsi, 147-ci ayə).


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:31
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

..:MeleK kiz:..

  • 24 avqust 2011 15:00
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
twk maraqlidi

music_angel

  • 23 avqust 2011 22:33
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun deyerli xebere gore

--------------------

KRiPToS

  • 23 avqust 2011 18:53
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
ALLAH razi olsun!!!

--------------------

my angel__

  • 22 avqust 2011 22:27
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
allah razi olsun....

allah razi olsun....

--------------------
Помни, что ты - мое все ❤

KaRola_16

  • 22 avqust 2011 21:45
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
EZIYYETE GORE TEWEKKURLER...

--------------------

_C.Ronaldo_

  • 22 avqust 2011 21:15
  • Məqalə: 29
  • Şərh: 188
  • Bal:
{awards}
Təşəkkürlər.MARAQLI XƏBƏRƏ görə.

--------------------
....All right....I love you.....LeGeNd.Az....

_GUNAY_

  • 22 avqust 2011 20:45
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
salameleykum..........biz ALLAHIN yaraddigi her seye SUKR elemeliyuy.hem de tek indi yox her vaxd bele movzulardan danismagimiz ozumuze xeyir olar,neyin ki,qiybet elemeymiz

Cilent_M.Q

  • 22 avqust 2011 20:26
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Allah razi olsun

Allah razi olsun

--------------------

★Azerbaijan girl★

  • 22 avqust 2011 19:43
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssssssssssssssssssssssssssss love

Narka E-ZaDe

  • 22 avqust 2011 19:43
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH razi olsun!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

_Gunel_

  • 22 avqust 2011 19:40
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
ALLAH razi olsun.Allahin adi ile bagli her weyin menasini bilmek yaxwidir.Twkler size winked

R.M_FaNaTka

  • 22 avqust 2011 19:01
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
goZeL Ve maRaQli XeBeRe GoRe TeSeKkUrLer CCoOoOoOoOOoXxXx SaGoL

--------------------

HaYaliM

  • 22 avqust 2011 18:59
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!» («İbrahim» surəsi, 7-ci ayə).

cox gozel.Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Doutzen Kroes

  • 22 avqust 2011 18:49
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Allah şükrə qiymət verəndir…» («Nisa» surəsi, 147-ci ayə).

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 54
Cəmi: 72

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}