Azərbaycanda diabet məktəbləri yaradılacaq

 
Azərbaycanda diabet məktəbləri yaradılacaq

Beynəlxalq Diabet Federasiyasının tövsiyəsi ilə Azərbaycanda diabet məktəbləri yaradılacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Diabet Federasiyası bütün ölkələrin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir.

Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna “Respublikanın şəhər və rayonlarında diabet məktəblərinin təşkili” layihəsi ilə müraciət edib. Bu layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiqlənib.

Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə əsasında yaradılmış 7 diabet məktəbi Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təmini nəzərdə tutulur.

Maarifləndirmə məqsədilə 105 həkim üçün 70 təlim, 210 tibb bacısı üçün 140 təlim, 1155 diabetli xəstə üçün 770 təlim, 1050 risk qrupuna aid olan insanlar üçün 700 təlim keçiriləcək.

Şəkərli diabet xroniki xəstəlik olmaqla yanaşı, böyük xərclər tələb edən, ağır fəsadlarla müşayiət olunan xəstəlikdir. Azərbaycanda 2010-cu ilin rəsmi statistikasına əsasən, qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 137 400 nəfərdir və bu rəqəm artır.


Geri dön

KRiPToS

  • 23 avqust 2011 18:59
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
MARAQLIDIR!!!

--------------------

Sirli Melek

  • 23 avqust 2011 10:48
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MAARİFLƏNDİRMƏ FİKRİ ƏLADIR. ALLAH KÖMƏKLƏRİ OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 22 avqust 2011 21:43
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
TEWEKKURLER...

--------------------

_Gunel_

  • 22 avqust 2011 21:03
  • Məqalə: 0
  • Şərh: 387
  • Bal:
{awards}
Twkler winked

★Azerbaijan girl★

  • 22 avqust 2011 20:12
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssssssssssssss yaxsi olar

Narka E-ZaDe

  • 22 avqust 2011 19:48
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqli xeberdir...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

R.M_FaNaTka

  • 22 avqust 2011 19:04
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
goZeL Ve maRaQli XeBeRe GoRe TeSeKkUrLer CCoOoOoOoOOoXxXx SaGoL

--------------------

Ay Üzlü

  • 22 avqust 2011 18:37
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}