
Deyirlər ki, sarışın qadınlar daha zərif və həlimdirlər.
Ancaq onlar arasında elələlri də var ki, dünyaya sarışın
gəlmələrinə baxmayaraq, heç də qızılı saçları ilə öyünənlərdən olmaq istəmirlər.
Emma Stoun: anadan sarışın doğulsa da saçlarını kürən rəngə boyayıb. Onun dediyinə görə, saçlarının təbii rəngi onun kinoda karyera qurmasına əngəl törətdiyini görəndən sonra bu qərara gəlib: "Saçımı tünd-şabalıdı rəngə boyayan gündən bir həftə sonra özümün ilk rolumu aldım. Başqa rəng hər şeyi dəyişir".

Sofiya Verqara: "Mən əsl blondinəm, filmlərə kastinqə gedəndə çaşıb qalırdılar. Axı mənim formalarım iridir, aksentim də var, amma saçımın rəngi onları çaşdırırdı. Saçlarımı tünd rəngə boyayan kimi dedilər: "Bu qız əsl latın amerikalı gözəldir!""

Oliviya Uayld isə deyir ki, o, sadəcə, özünü blondin tipinə uyğun hesab etmədiyi üçün saçlarını tund rəngə boyayıb: "Mən özümü brünet hesab edirəm. İnsanların mənə münasibəti də başqadır, hamı təəccüb qalırdı ki, necə olur ki, mən sarışınam, amma axmaq deyiləm".

Ancelina Coli saçlarının rəngini öz istəyilə dəyişməyib. "Mənim saçlarımın rəngi tünd-qızılıdır. Amma 4, ya da 5 yaşım olanda anam onları tünc-qəhvəyi rəngə boyadı. Sonra qərara gəldi ki, dəyişməsin. Heç mən də daha sarı olmaq istəmədim".

Emi Adams: "İlk dəfə kürənə çevriləndə hiss elədim ki, məni elə təbiət belə yaradıb. Mənə deyirlər ki, tez özümdən çıxanam. Ona görə də əminliklə deyə bilərəm ki, bu stereotipə uyğun gəlirəm. Mən dəhşətli saprışın idim".

Sintiya Niksonun saçlarının rəngi çox zaman innabı xatırlatsa da, o, tez-tez əvvəlki rənginə qayıdır. "Kürən olmağı xoşlayıram, ancaq bu rəngi saxlamaq çətindir. Onu da deyim ki, kürən olanda məni daha tez tanıyırlar, nəinki sarışın olanda".

Vaynona Rayderi hamı tünd saçlarla tanıyır. Amma əslində o da sarışındır. İlk dəfə o, saçlarını "Lukas" adlı filmə çəkilərkən, özünün ilk kinoobrazı naminə rəngləyib.

Yeva Qrin hələ yeniyetmə yaşlarında boyanıb. "On dörd yaşım vardı, fikirləşdim ki, bu rəng dərimə daha uyğundur. Nə vaxtsa yenidən sarışın olmaq istəmirəm. Bilmirəm, bəlkə hansısa filmdə sarışın obrazı yaratmalı olsam, onda fikirləşərəm".