гадать онлайн

Ürəyin funksiyası, araşdırma metodları, patalogiyası

 
Ürəyin funksiyası, araşdırma metodları, patalogiyası

Müasir tibbi biliyin əsasında insanın min illər boyu toplanmış çoxsaylı xəstəlikləri haqqındakı təcrübələri durur. Xəstəliyin öyrənilmə gedişatı, inkişafı və müəyyən olunması hər dövrün öz fəlsəfi səviyyəsilə, təbiət haqqında konkret biliklərilə sıx bağlıdır.

Qədim Misirdə və Hindistanda artıq bədənin hərarətinə diqqət edir, qulaqla dinləmədən və əllə yoxlamadan istifadə edirdilər. Çində isə nəbz, döyüntü haqqında elm inkişaf etmişdi. Tibbin inkişafı haqqında daha çox bilgiləri isə Qədim Yunanıstanda Kind və Kos məktəbləri (Hippokrat) əldə etmişdi.

Təbabətin və diaqnostikanın inkişafında, zənginləşməsində Qalenin “Sorpus medisorum”dakı xüsusilə də İbn Sinanın (Avissena) “Tibb mədəniyyəti qanunları”ndakı əməkləri böyük olmuşdur və bu, Ərəb şərq ölkələrində olduğu kimi, Avropa ölkələrində də XVI əsrə qədər dərin iz qoymuşdur.

Bütün xəstəliklər içərisində daha çox yayılmaqda olan ürək-damar sistemi xəstəliyidir. Ürək xəstəliyindən əziyyət çəkən şəxslərin ən çox şikayətləri təngnəfəslikdən, ürək döyüntülərindən, aritmiyadan (ürək vitamininin pozulmasından), ürək nahiyəsi ağrılarından, şişlərdən, öskürəkdən, bəzən isə qan tüpürmədən, zəiflikdən, tez yorulmaqdan və əmək fəaliyyətinin aşağı enməsindən olur.

Ürək nahiyəsi və periferik damarların müayinəsi ürək perkussiyası (bədəni taqqıldatma və ya döyəcləmə üsulu), palpasiyası (əl ilə yoxlamaq), amskultasiyası (qulaq asmaqla müayinə) və pulsasiyasından (nəbz, döyüntü) ibarətdir. Palpasiya qaydasında üst təbəqə vurğuları beşinci qabırğa arasında orta ürək xəttindən 1-1,5 sm daxildə olur. Perkussiya metodu ilə ürəyin həcmini, vəziyyətini və konfiqurasiyasını (xarici görünüşünü) müəyyən edirlər.

Sağlam insanın ürək sıxılması eyni zaman fasiləsilə ardıcıl olaraq davam edir, yəni döyüntü (nəbz) ritmikdir (pulsus reqularis). Ürək ahənginin pozulması zamanı isə nəbz dalğası eyni olmayan zaman fasiləsilə davam edir, yəni döyüntü ritmik olmur (pulsus irreqularis). Döyüntünün təkrarlanması normal halda dəqiqədə 60-80 zərbəyə bərabərdir. Ürək sıxılmasının sürətlənməsi (taxikardiya) ürəyin sıxılma döyüntüsü sayını (pulsus freques) artırır, ürək ahənginin ləngiməsi (bradikardiya) nəticəsində döyüntü seyrəlir (pulsus rarus).

Ürəyin instrumental araşdılması metodları exokardioqrafiya, vektorkardioqrafiya, balistokardioqrafiya, fonokardioqrafiya, həmçini ürəyə zond tətbiqetmə (xəstəliyi araşdırmaq üçün orqanizmin daxilinə cihaz-boru qoymaq) və rentgen tətbiqindən ibarətdir.

Aritmiya (ürəyin ritmik döyüntüsü), paroksizmal (xəstəliyin vaxtaşırı təkrarlanması), taxikardiya(dəqiqədə 180-240 zərbə), blokada (impulsun çəkilmə pozuntusu), titrəyən aritmiya (dəqiqədə 600-800 zərbə), ürəklə bağlı çatışmamazlıq-hansı ki, ürək-damar sisteminin orqan və toxumlara lazım olan qan miqdarını çatdırmaq qabiliyyətsizliyi ilə şərtlənir-bunlar hamısı əsas klinik sindromlardır (səciyyəvi əlamətlərdir).

Ürək-damar sistemi xəstəliyin təkrar patalogiyası revmatizm sayılır.
Bu, oynaqları prosesə cəzb edən ümumi infeksion-allerqik (yoluxucu) xəstəlikdir.


Olduqca tez-tez ürək parokuna (qüsuruna) rast gəlinir. Ürəyin quruluşundakı bu davamlı patoloji dəyişkənlik onun funksiyasını pozur. Parok anadangəlmə də olar və sonradan əldə edilmiş də ola bilər. Sonradan əldə edilmiş parokun yaranmasındakı əsas rol revmatik-endokarditə məxsusdur. Anadangəlmə ürək paroku isə ciyər gövdəsinə və aortaya arterial gövdənin hüceyrələrinin düzgün paylanmaması və bətndaxili (ana bətni) mərhələdə ürəyin normal inkişafının pozulması nəticəsində meydana çıxır. Nəticədə onların (ciyər gövdəsi və arterial gövdənin) arasında oval şəkilli deşiklər qalır, halbuki normal halda onlar bağlanırlar.

Parokdan başqa digər çox yayılmış ürək xəstəlikləri də mövcuddur. Ateroskleroz-arteriyanın sistemli şəkildə pozulması xroniki xəstəliyidir. Tac damarlar arteriyasının aterosklerozu (stenokardiya, miokardiya infarktı, kardioskleroz) da mövcuddur.

Stenokardiya (angina pestoriz)-onun əsas kliniki
simptomları döş qəfəsi arxasındakı ağrı, sıxılma, əzginlikdir.

Pristupların (tutmaların) qarşısını almaq üçün sistematik, sedativ dərmanlardan istifadə olunur (valerian, pustınik və s). Miokarda infarktı (infarktus miosardii)-ürək əzələsində nekrotik (hüceyrələrin ölməsi) mənbənin yaranması ilə xarakterizə olunan xəstəlikdir. Bəzən kardiogen şoka səbəb olan ağrı sindromları solğunluqla, soyuqluqla, yapışqan tərlə, arterial təzyiqin aşağı enməsi ilə klinik şəkildə aşkarlanır.

İnfarkt olmuş xəstə elə xəstəliyin ilk saatlarındaca xəstəxanaya yerləşdirilir. Xəstəliyin müddəti zədənin genişlənməsindən, ürəyin digər arteriyalarının vəziyyətindən və ürək-damar çatışmamazlığınının dərəcəsindən asılıdır. Miokarda infarktı yarasının sağalması 1 aydan 3 aya qədər çəkir. Proses kardioskleroz mənbənin artması ilə başa çatır.

Kardioskleroz (sardioskleroisis)-ürək əzələ xəstəliyidir ki, ürək əzələsində hüceyrə birləşməsi artımından şərtlənir. Miokarda infarktı postinfarkt kardiosklerozunun güclənməsinə gətirib çıxarır. İş fəaliyyətinin aşağı enməsi və təngnəfəslik ürək çatışmamazlığı əlamətlərilə özünü göstərir. Ateeroskleroz və stenokardiya ürəyin aritmiyasına terapiya (daxili xəstəliklərin müalicəsi) təyin olunur.

Ürəkdəki pozulmalar təkcə yuzarıda sadalanan patalogiyadan ibarət deyil, ürək və döş qəfəsinin travması-ürəyin zədələnməsi, travmatik infarkt və posttravmatik liokardiostrofiya, həmçinin cərrahiyə əməliyyatı tələb edən ürək yaralarından da ibarətdir. Əgər yara ürək proyeksiyası sahəsində yerləşərsə-bu təcrid edilmiş ayrıca ürək yarasıdır və yaranının tikilmə cərahiyyə əməliyyatı ilə nəticələnir.

İnsan sağlam yaşamaq üçün təbiətlə özü arasında harmoniya (uyğunluq) yaratmalıdır, çünki sağlamlıq və xəstəlik orqanizmin həyat fəaliyyətini əhatə edən mühitdə iki qarşılıqlı rabitəsi olan fiziki və sosioloji formadır. İnsanın sağlamlığı onun bədən bütövlüyü ilə, yəni bədəndə zədələrin olmaması, onun ətraf mühitlə uyğunluğu və özünü yaxşı hiss etməsi ilə ölçülür.

İnsanın həyatında, əhvalında və əmin-amanlığında ən əsas şey onun Allaha inamıdır, yəni Allaha bütün varlığı ilə bağlanan, Onu hər şeydən və hər kəsdən uca sayan insan, əgər özündə sağlam, kamil və qüsursuz inam yarada bilsə, bütün çətinliklərin, hətta ürəklə bağlı ağır xəstəliklərin də öhdəsindən vüqarla gələ bilər.


Geri dön

In_The_Dark

  • 30 avqust 2011 21:50
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
Eziyyete ve xebere gore tewekkur

music_angel

  • 25 avqust 2011 17:34
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

KRiPToS

  • 23 avqust 2011 18:27
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
MARAQLIDIR.... (ADI) wink

--------------------

PELIN_ATABAY

  • 23 avqust 2011 07:18
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
tewekkurler okuyamadim bu kadar yazini okumaga sabirim yok benim

--------------------

my angel__

  • 22 avqust 2011 22:14
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
thansssssss

--------------------
Помни, что ты - мое все ❤

KaRola_16

  • 22 avqust 2011 22:13
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MARAQLİDİR

--------------------

HaYaliM

  • 22 avqust 2011 22:02
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
İnsanın həyatında, əhvalında və əmin-amanlığında ən əsas şey onun Allaha inamıdır, yəni Allaha bütün varlığı ilə bağlanan, Onu hər şeydən və hər kəsdən uca sayan insan, əgər özündə sağlam, kamil və qüsursuz inam yarada bilsə, bütün çətinliklərin, hətta ürəklə bağlı ağır xəstəliklərin də öhdəsindən vüqarla gələ bilər.

bu veziyyet mene o qeder tanisdiki..eleleri olurki heyatdan umidlerini uzurler..amma gerek unutamayaqki ömrü bize veren Allahdi..

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 22 avqust 2011 22:01
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thankssssssssssssssssssssssssssssssssssssssssssssssssss

this is you

  • 22 avqust 2011 21:49
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
deyesen axira kimi oxumaga sebrim catmadi winked

Cilent_M.Q

  • 22 avqust 2011 21:36
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

twk

twk

twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 62

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}