Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir

 
Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir

Sonra o iki qızdan biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” 1.

Günümüzün insan əxlaqı baxımından əsaslı problemlərindən biri utanmazlıq və abır-hayasızlıqdı. Müasir çağımızda zabitəsizlik, sərhədsizlik, arsızlıq və üzlülülük kütləvi şəkildə təbliğ olunmaqdadır. Artıq doğrudanda utananın oğlu olmur. Düyamız elə formalaşıb ki, arsızlıq və həyasızlıq etmədən irəliləmək, inkişaf edə bilmək dağı yerindən oynatmaq kimi çətin məsələ olub. Azərbaycan insanı avropalaşma adı altında həyasızlaşmağa, arsızlaşmağa doğru addımlayır və hətta bəzi məqamlarda Avropalını da geridə qoyur. Arszızlıq bütün peşələrin qanadı olub sanki. Qanadsız fitri istedad belə uçura bilmir insanı...

Halbuki həya biz müsəlmanların dinimizin özəyidir. Bir hədisdə İmam Sadiq (ə) həya haqda belə deyir:

Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir

«Həyası olmayanın imanı yoxdur.» 2.

Eyni zamanda abır-həya həyatı nizama salan mislisiz mənəvi amildir. Həyası olmayandan nə desəniz gözləmək olar çünki. Həya insanı bir çox azğınlıqlar, pozğunluqlardan saxlayan qüvvədir. Bir hədisdə Allahın Peyğəmbəri (s) gözəl bir deyimə işarə edərək deyir:

«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb: Həyan olmasa, istədiyin hər işi et.» 3.

Əlbətdə nə qədər həyasızlıq və abırsızlıq baş alıb getsə də şükürlər olsun ki, az da olsa həya-abır məfhumu hələ də bir çox insanlarımızın canında qalmaqdadır. Vay o gündən ki, bu hiss bütünlüklə yox olsun. O zaman vaxtında qızımızı döyməyən biz, dizimi və hətta özümüzü döyməyə məcbur olacağıq.

Həya olmayan yerdə keçmişdəki ülvi hislərdən də - sevgi, dostluq, böyük-kiçiklik və s. - əsər əlamət qalmayacaq. Çünki bu hislərin özəyində məhz həya dayanır. Həya olmayan sevgidən nə ummaq olar sizcə?

Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir

Həya içimizdə tam rahat olmağımız üçün dışımız və ətrafımıza çəkdiyimiz hasardı. Hündür hasar çəkmədən insan tikdiyi evin həyətində rahatca, ürəyi istədiyi kimi rəftar edə bilməz. Hər gələn baxar, gedən baxar, biri gül atar, biri daş. Beləcə şəxsi sandığımız həyətimiz dönüb olar el bostanı. Həyası olmayan insanın Ürəyinə, onun daxili dünyasına varmaq üçün çətinlik çəkməyə ehtiyac yoxdu. Çünki onlar zatən sərgiyə qoyulmuşdur.

Nə isə...gəlin abır-həya edək, özü də buna özümüzdən başlayaq. Çünki İmam Əli (ə): -ın dili ilə desək «Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.» 4.

Gözlərinə baxa-baxa

Ruzisini yeyə-yeyə

Mən Allaha inanıram deyə-deyə

Yaradanın sözlərindən çıxırsansa

Həyasızsan!

Dodağını büzə-büzə

Utanmadan

Arsız-arsız gəzə-gəzə

O burnuvu uzadaraq,

Başqasının həyatına soxursansa

Həyasızsan!

Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

Doutzen Kroes

  • 23 avqust 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 626
  • Bal:
{awards}
Oxudum dəyərli yazıdı
«Həyası olmayanın imanı yoxdur.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

beyaz melek

  • 23 avqust 2011 20:22
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
ALLAH INSANI MEREDIMAZARLARDAN UZAQ EYLESIN.AMIN

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

KaRola_16

  • 23 avqust 2011 19:34
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

this is you

  • 23 avqust 2011 19:29
  • Məqalə: 0
  • Şərh: 128
  • Bal:
{awards}
axrinci sozler lezzet eledi bezi adamlara gore
sert oldu

RAY OF MOON

  • 23 avqust 2011 19:23
  • Məqalə: 0
  • Şərh: 229
  • Bal:
{awards}
chox gozel movzudur heqiqeten chox xoshuma geldi, hem gulmeli hemdeki ibretamiz sozlerdir, yazan elleriniz var olsun, teshekkurler

--------------------
Unutduqlarini xatirla, itirdinse axtar, darixdinsa get tap, incitdinse uzr iste, incidinse bagishla... CUNKI HEYAT CHOX QISA!!!

music_angel

  • 23 avqust 2011 19:09
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun gozel xebere gore

--------------------

_BAD_LIFE_

  • 23 avqust 2011 18:42
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
men bu gozel xebere gore muellefe derin tewekkurumu bildirirem cox duzdu

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə

HaYaliM

  • 23 avqust 2011 18:41
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Gözlərinə baxa-baxa

Ruzisini yeyə-yeyə

Mən Allaha inanıram deyə-deyə

Yaradanın sözlərindən çıxırsansa

Həyasızsan


cox deyerli sozlere gore Allah razi olsun sizden

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

... Deryam ...

  • 23 avqust 2011 17:42
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Men avropalawan insanlari bawa duwe bilmirem,goresen onlar guzgude ozlerine baxirmi...
Mehv olduqlarinin ferqine niye varmirlar,bilmirler harda ne geymek ,nece davranmaq lazimdi...
mence onlar avropalawmirlar eee weytannlawirlar
ALLAH BIZLERI WEYTAN YOLUNA GEDENLERDEN EYLEMESIN AMIN...
TWKLER GOZEL MOVZU UCUN ...

--------------------

_GUNAY_

  • 23 avqust 2011 17:26
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
salameleykum...SEYMUR 551...cooox sagol.ela movzudu,nedense oxudugca ic uzumuzu bu movzunun heqiqiliyinde gordum,gulmey de oz yerinde .sozun duzu gozdemirdim ki, kimse cemiyetmizde geden biyabirci avropalasmagi movzulasdirib danilmaz olarag bize caddira biler.qoy bu yazdiglaruvuza aid olannar da oxuyub INSAN eslinde nece olur,oyrensunner,TESEKKUR

BIR SEY YADIMNAN CIXDI.YUXARIDA YAZDIGIM AXIRINCI CUMLENI TAMAMLAMAG ISDIYREM....INSALLAH KI ARAMIZDA BU MOVZUYA AID OLAN YOXDU ...SADECE KENARDAN ...

★Azerbaijan girl★

  • 23 avqust 2011 17:16
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah rzi olsun tsklerrrrrrrrrrrr

Narka E-ZaDe

  • 23 avqust 2011 17:14
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqli xeberdir...

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 23 avqust 2011 17:09
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 11
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}