Şeytan

 
Şeytan


Şeytanın Yaradılış Hikməti

Bir çox insan şeytanın yaradılış hikmətini anlamaqda çətinlik çəkirlər. "Allah qullarına mərhəmətlidir, niyə şeytanı insanlara müsəllət etmiş? Bu, ilahi hikmət və rəhmətə nə dərəcədə uyğundur?" deyə öz-özünə suallar verər. Bu sualların cavabını bu ayədə tapa bilərik:
"İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir!" (Səba Surəsi, 20-21)
Ayədən anlayırıq ki, şeytanın yaradılış hikməti insanların sınanılmasıdır. Şeytanın müsəllət qılınmasıyla insanların dərəcələri ortaya çıxacaq, inanan- inanmayan müəyyən olacaq.

Adüvvü Mübin

İnsan, dostunu və düşmənini yaxşı tanımalıdır. Dostunun dostluğunu bilməzsə onun köməyindən məhrum qalar. Düşməninin düşmənliyini bilməzsə çox pis aldanar.
İnsanın ən böyük düşməni şeytandır. Uca Allah şeytanla insan arasındakı düşmənliyi belə bildirər: "Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır." (Fatır Surəsi, 6)
Bir çox ayədə şeytanın "adüvvü mübin" yəni açıq-aşkar bir düşmən olduğuna diqqət çəkilir. Məsələn: "Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir, Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?! Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?" (Yasin Surəsi, 60-62)

Şeytan mələklərdəndimi?

Quran ayələrində mələklərin Hz. Adəmə səcdə etməsi əmr edildiyində hamısının səcdə etdiyi, amma İblisin etmədiyi bildirilir. (Məsələn baxın. Bəqərə 34, Ə'RAF 11, İsra 61, Kəhf 50, Taha 116.)
Bu ayələri oxuduğumuzda ilk anda İblisin də mələklərdən olduğunu düşünürük. Çünki "əmr mələklərə verilmişdir, əgər İblis mələklərdən deyilsə bu əmrin ona aid olmaması lazımdır" şəklində düşünə bilərik. Amma Qurani Kərim bir bütün olaraq qiymətləndirildiyində İblisin mələklərdən olmadığı qənaətinə vararıq. Belə ki:
- İblis və mələklərin yaradılış maddələri eyni deyil. İblis atəşdən yaradılmışdır, mələklər isə nurdan.
-Qurani Kərim açıq bir şəkildə onun cinlərdən olduğunu xəbər verməkdədir:
"Xatırla o vaxtı ki, biz mələklərə ‘Adəmə səcdə et!' demişdik. İblis xaricində onlar dərhal səcdə etdilər. O, cinlərdən idi, Rəbbinin əmrindən çıxdı." (Kəhf Surəsi, 50)
- İblisin nəsili vardır, mələklərin isə yox. Allah belə buyurur:
"Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür." (Kəhf Surəsi, 50)
-Mələklər Allaha üsyan etməzlər, İblis isə üsyan etmişdir və etməyə davam etməkdədir. Qurani Kərim belə bildirilir:
"… O mələklər Allahın özlərinə buyurduğuna qarşı gəlməzlər və nə əmr edilsə onu edərlər." (Təhrim Surəsi, 6)
Bütün bunlar İblisin mələklərdən olmadığını açıqca göstərir. Elə aydın olur ki, İblisin Hz. Adəm yaradılmadan əvvəl mələklərlə birliyi vardı. Onlara Adəmə səcdə əmri verildiyində, İblis də səcdə ilə mükəlləf qılındı. Amma qüruruna məğlub oldu, özünü böyük, Hz. Adəmi isə kiçik gördü. Bunun nəticəsi olaraq Allahın hüzurundan (rəhmətindən) qovuldu.
Xalqımız arasında "İblis mələklərdən idi, hətta onların müəllimi idi, onlara dərs verərdi" şəklində izah edilənlər ümumiyyətlə İsrailiyyat (Yəhudi) qaynaqlı məlumatlardır, möhkəm və mötəbər qaynaqlarda bildirilməyib.

Damarlarda Gəzən Şeytan

Peyğəmbər Əfəndimizin (sav) yoldaşı Hz. Safıya belə rəvayət edir:
Hz. Peyğəmbər (sav) belə buyurdu: ‘Şeytan, damarlardakı qan kimi insanda gəzər. Mən, onun ürəklərinizə bir pislik atmasından qorxaram.'" (Əbu Davud, Sünnə, 18)

Şeytanın Yeməsi və İçməsi

Şeytan, bəsmələsiz başlanan yeməyə ortaq olar.
"Bir nəfər evinə döndüyündə, içəri girərkən və yemək yeyərkən bəsmələ çəkib Allahın adını zikr etsə, şeytan köməkçilərinə ‘Sizə burada gecələmək və axşam yeməyi yoxdur.' deyər. Amma o adam, evinə girərkən Allahı zikr edər lakin yeməyini yeyərkən zikr etməzsə, şeytan köməkçilərinə ‘Axşam yeməyinə qovuşdunuz amma burada gecələməniz mümkün deyil' deyər. Adam evə girərkən və yeməyə başlarkən bəsmələ çəkməzsə, şeytan köməkçilərinə ‘Yeməyə də çatdınız, yatmağa da!' deyər." (Müslim, Eşribe, 103)
İmam Qəzali, Əhyada belə bir rəvayətə yer verər:
"Bir gün bir möminin şeytanı ilə bir kafirin şeytanı qarşılaşarlar. Kafirin şeytanı kilolu, kök, təmiz və qəşəng geyimlidir. Möminin şeytanı isə, zəif, murdar, çirkli və çılpaqdır. Kafirin şeytanı, möminin şeytanına ‘Bu nə hal?' deyər.
Möminin şeytanı ‘Nə edim, bir adama düşdüm ki, adam yemək zaman bəsmələni oxuyur, mən aç qalıram. İçdiyi zaman bəsmələni oxuyur, mən susuz qalıram. Geydiyi zaman paltarı bəsmələ ilə geyər, çılpaq qalıram. Təmizləndiyi zaman bəsmələ ilə təmizlənər, mən də murdar qalıram' deyər.
Bunun üzərinə kafirin şeytanı da, ‘Mən elə bir adam ilə yoldaşam ki bunlardan heç birisinə bəsmələ gətirməz. Yeməyində, içməyində və geyməyində mən ona ortaq olaram,' deyir."


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

_RONALDO_

  • 13 mart 2011 12:00
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
tesekkurler cooooooooooooox maraqlidi

--------------------

pinklove

  • 8 yanvar 2011 16:21
  • Məqalə: 0
  • Şərh: 20
  • Bal:
{awards}
cox əla xeberdi.amma bəsmələnin nə oldugunu basa duümedim.kim bilse yazsın zehmet olmasa.təsəkkur recourse

Azeri_Gozeli

  • 13 oktyabr 2010 11:45
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
no Allah razi olsun

--------------------

Ulya

  • 16 sentyabr 2010 11:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol baci.maraqli idi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}