Dua etməyin 10 qaydası

 
Dua etməyin 10 qaydası

Uca Allah, insanı kamalı axtaran fitrətlə yaratmışdır. Beləcə, mütləq kamalın axtarışında olmasını istəmişdir. Kamala çatması üçün də ona ağıl nurunu bəxş etmiş, peyğəmbərləri və Əhli-beyt imamlarını isə onun yol göstəricisi və nümunəsi etmişdir. Kamala çatmaqda səhv buraxılmaması üçün nümunə olaraq təqdim etdiyi o uca şəxsləri ismətlə təchiz etmişdir. Ta ki, onların sözləri və etdikləri, heç bir səhv şübhəsinə yer olmadan etibarlı kamal yolunu işıqlandırsın.

Dua etməyin 10 qaydası

Kamala çatmağın yeganə yolu isə, ibadətləri yerinə yetirmək və uca Allaha itaət etməkdir. İnsana verilən ağılın müstəqil olaraq ibadətlərin mahiyyətini idrak etməsi və necə ediləcəyini bilməsi mümkün olmadığından, insan, hidayət öndərlərinə müraciət etmə və əskiksiz olaraq onların söz və əməllərini tətbiq etməyi zəruri bilmişdir.Buna görə, ən yaxşı ibadətlərdən biri olan və uca Allah ilə əlaqə yaratmağın ən gözəl yolu duada da günahsız öndərlərin, Rəsulullah (s) və Əhli-beyt İmamlarının üsul və hərəkətinə diqqət olunmalıdır. Bu üsulların bəzisini nəzərinizə çatdırırıq:


Dua etməyin 10 qaydası

1- Duadan əvvəl Allahı tərifləmək:

İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: "Sizlərdən biri hər hansı bir istəkdə olsa (diləyinin reallaşması üçün Allaha dua etdikdə), əvvəl Allahı tərifləməlidir. Çünki Sultandan bir şey istəyən kimsə, əlindən gəldiyi qədər əvvəl ən gözəl sözləri dilə gətirir (sonra istəyini dilə gətirir). "

Əhlibeyt İmamları Allahın hüzuruna yönəlib dua etdikdə, duaya Allahı mədh etməklə başlayardılar. Necə ki, İmam Əli (ə) hər Cümə axşamı axşam və şaban ayının on beşinci gecəsində oxunması tövsiyə olunan məşhur Kumeyl Duasına, uca Allahın geniş rəhmətini və sonsuz gücünü dilə gətirərək başlamışdır. Eyni şəkildə İmam Məhəmməd Baqir (ə) da Simat Duasının başlanğıcında Allahı belə tərifləyərək belə dua etmişdir: "Allahım! Səni Əzəminlə çağırıram. O ad ki, göylərin qapısının açılması üçün oxunar..." İmam Zeynəlabidin (ə) da Səhifəyi Səccadiyənin beşinci duasına belə başlamışdır: "Ey əzəmətinin çaşılacaq möcüzələri tükənmək bilməyən uca Allah!..."

2- Duaya salavatla başlamaq:

Duaya başlamazdan əvvəl Peyğəmbərə (s) və Əhli-beytinə salavat söyləmək əhəmiyyətlidir. Çünki salavat elə bir duadır ki, hər vaxt uca Allahın dərgahında qəbul olunmuşdur. Salavatla birlikdə edilən dua da qətiliklə qəbul olunacaqdır. Çünki Allah Təala, duanın bir qisimini qəbul edib bir qisimini qəbul etməkdən pak və ucadır. İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: "Hər kim əziz və cəlil olan Allahdan ehtiyacını diləmək istəsə, Məhəmməd və Əhli-beytinə salavat göndərməklə başlasın, sonra Allahdan ehtiyacını diləsin, sonunda da Məhəmməd və Əhli-beytinə salavat göndərsin. Çünki əziz və cəlil olan Allah, duanın başını və sonunu qəbul edib ortasını rədd etməkdən daha ucadır. Çünki Məhəmməd və Əhlinə göndərilən salavat, örtülü qalmaz."

3- Allahın nemətlərini dilə gətirmək:

Əhli-beyt İmamları dua etdikdə, istəklərinə uyğun olaraq Allahın nemətlərini sayır, daha sonra istəklərini dilə gətirərdilər. Necə ki, İmam Əli (ə) Kumeyl Duasında uca Allahın mənəvi nemətlərini xatırlatmaqda; "Allahım! Nə qədər pisliklərimi gizlətdin! Nə qədər səhvlərdən məni qorudun! Nə qədər layiq olmadığım gözəl tərifləri mənim üçün xalq arasında yaydın!..." buyurmaqdadır. İmam Zeynəlabidin (ə) də Ramazan ayı gecələrində oxunması tövsiyə edilən Əbu Həmzə Sümali duasında belə buyurmuşdur: "Allahım! Bilirəm ki, ümidli olanların istəklərini qarşılamağa hazırsan, narahat olanların vəziyyətini güdməkdə, gözləməkdəsən..."

4 - Ağlayaraq və yalvararaq dua etmək:

Necə ki, bir ayədə belə buyrulur: "Rəbbinizə yalvararaq və gizlicə dua edin. " İmam Cəfər Sadiq (ə) belə buyurur: "Uca Allah, Musaya belə vəhy verib: Mənim hüzurumda dayandığın zaman, möhtac və zəlil kimi dayan. "

İnsan, həqiqi mənada kasıbdır. Çünki sahib olduğu hər şey Allahındır. Canı, malı, zahiri və bütün nemətlər Allahdandır. Buna görə, insan dua edərkən həqiqətən dilənməkdədir. Necə ki, Allah Elçisi (s) Allaha yalvarar və dua edərkən, yemək istəyən bir səfil və miskin kimi əllərini yuxarı qaldırardı.

5- Cəm şəkildə dua etmək:

İslam dinində camaata və birliyə çox böyük əhəmiyyət verilmişdir. Hətta namaz kimi fərdi ibadətlərin belə camaatla qılınmasının daha fəzilətli olduğuna vurğulanmış, savabının qat-qat çox olduğu deyilmişdir. Dua da camaatla edildikdə, qəbul olunmağa daha yaxın olur. Necə ki İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur: "Dörd adam bir araya gəlir və hər hansı bir şey haqqında Allaha dua etsələr, mütləq razılıq edildiyi halda ayrılarlar. " Bu səbəblə İmam Məhəmməd Baqir (ə) hər hansı bir çətinliklə qarşı-qarşıya qaldıqda, evdəki qadın və uşaqları toplayıb, dua edərdi, onlar da amin deyərdilər.

6- Başqalarına dua etmək:

İslam elə bir dindir ki, insanlığın fərdi və ictimai bütün istiqamətlərini diqqətə alıb. Başqalarına köməkçi olmağı hər şəxsin, hətta hər müsəlmanın əhəmiyyətli vəzifələrindən biri saymışdır. Necə ki Allah Elçisi (s) belə buyurmuşdur: "Hər kim səhərlər də müsəlmanların başına gələn çətinlikləri əhəmiyyət verməsə, müsəlman deyil. "
Bu istiqamətdə Rəsulullah (s) buyurmuşdur ki: "Sizdən biri dua edəndə, hamı üçün dua etsin. Çünki bu dua, razılığa daha yaxındır. Hər kim özünə dua etməmişdən əvvəl qardaşlarından qırx nəfər üçün dua etsə, o dua, həm onlar, həm də özü haqqında müstəcəb olar." İmam Rıza (ə) dua edərkən belə buyurardı: "Allahım! Dünyanın hər yerindəki möminləri bağışla. "

İmam Həsən (ə) də anası Hz.Fatimənin (s.ə) ibadətiylə əlaqədar belə buyurar: "Bir gecə anam səhərə qədər dua və ibadətlə məşğul idi. Müsəlmanlara və qonşulara dua edir, amma özü üçün əsla dua etmirdi. Səhər olunca anama elə etməsinin səbəbini soruşdum. Buyurdu ki: Əvvəl qonşu, sonra ev əhli."

7- Gecə vaxtlı dua etmək:

Gecənin qaranlığı ən gözəl fürsətdir dua etmək üçün, uca Allah ilə münacat üçün, ibadət üçün. Xüsusilə bütün gözlərin rahat bir yuxuya getdiyi gecənin yarısı... Necə ki İmam Zeynəlabidin (ə) gecə yarısında, bütün insanların yatdığı saatlarda dua edərdi. İmam Məhəmməd Baqir (ə) də gecə namazından sonra dua edərdi.

8- Namazlardan sonra dua etmək:

Namaz, ruhun meracı və qulun Allah ilə əlaqəsidir və əlaqə halında istəyi dilə gətirmək üçün ən gözəl fürsətdir. Bu baxımdan İmam Cəfər Sadiq (ə) namazdan sonra əlini duaya qaldırardı. İmam Zeynəlabidin (ə) də günorta namazından sonra dua edərdi. İmam Cəfər Sadiq (ə) belə buyurur: "Üç vaxtda dualar Allahın nəzərindən kənarda qalmaz: Fərz namazın ardından, yağış yağdığı zaman və yer üzündə Allahın möcüzəsi ortaya çıxdığı zaman. "

9- Müqəddəs vaxtlarda dua etmək:

Əhli-beyt İmamları, duanın qəbul olmasına səbəb olan müqəddəs zaman və saatlara çox əhəmiyyət verərdilər və istəklərini o saatlarda Allahın hüzururuna təqdim edərdilər. Necə ki Əhli-beyt İmamlarından nəql edilən duaların bir çoxu müəyyən bir vaxta xasdır. Məsələn İmam Zeyənlabidin (ə) mübarək Ramazan ayının gecələrində hər gecə namazından sonra Əbu Həmzə Sümali duasını oxuyardı. İmam Musa Kazım Məbəs Bayramında (Peyğəmbərimizin peyğəmbərliyə seçildiyi gün) dua oxuyardı. İmam Əli (ə) Şaban ayının on beşinci gecəsində səcdə halında Kumeyl duasını oxuyardı.

10- İsrar etmək:

Dua etmənin bir başqa ədəbi də, davamlı ilahi mövqeyə yönəlmək və istənilən şeyi almaq üçün israr etməkdir. Hədislərdə bu barədə tövsiyə edilmiş, "Əziz və cəlil olan Allahdan ehtiyacını diləyən və razılıq olsun və ya olmasın duada israr edən qula Allah rəhmət etsin." buyurulmuşdur. Bir hədisdə də İmam Məhəmməd Baqirdən (ə) belə nəql edirlər: "Allaha and olsun ki mömin qul əziz və cəlil olan Allahdan ehtiyacını diləməkdə israr etsə, mütləq ehtiyacı aradan qaldırılar."

Dua etməyin 10 qaydası


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:48
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

my angel__

  • 24 avqust 2011 14:41
  • Məqalə: 291
  • Şərh: 11172
  • Bal:
{awards}
cox sagolun maraqli idi

--------------------
Помни, что ты - мое все ❤

Ay Üzlü

  • 24 avqust 2011 00:39
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

KaRola_16

  • 23 avqust 2011 19:35
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

music_angel

  • 23 avqust 2011 19:12
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun..dogurdan her bir adama lazim olan bir xeberdir..

--------------------

liderka

  • 23 avqust 2011 19:04
  • Məqalə: 1
  • Şərh: 598
  • Bal:
{awards}
Sitat: HaYaliM
Hec olmasa emeye hormet olaraq ve xeberi oxuyarken adina bir az diqqet yetirseniz yaxsi olar..Dini movzularda thanks sps bu kimi lazimsiz ifadeler isletmesek daha yaxsidir..ozümüze ve emeye hormet namine

canim eseblewmeyine deymez..bu adet bezi userlerin qaninda var..bal yigmaq xatirine hec baxmrlar ki,hansi xebere hansi reyi yazirlar...men de evveller hetta indide ,her an ele userlere deyirem ki...bu sadece mentiqsizlikdir..

--------------------
HaYaLiM....

HaYaliM

  • 23 avqust 2011 18:48
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun ..tesekkurler bele bir deyerli yaziya gore..

Serh yazan her kesden bir ricam olacag.

Hec olmasa emeye hormet olaraq ve xeberi oxuyarken adina bir az diqqet yetirseniz yaxsi olar..Dini movzularda thanks sps bu kimi lazimsiz ifadeler isletmesek daha yaxsidir..ozümüze ve emeye hormet namine

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

lonely crazy girl

  • 23 avqust 2011 17:56
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
{awards}
thank you very much. ... wink

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

sweaty

  • 23 avqust 2011 17:41
  • Məqalə: 0
  • Şərh: 135
  • Bal:
{awards}
tesekkurleeerrrr

Narka E-ZaDe

  • 23 avqust 2011 17:22
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Delya_91

  • 23 avqust 2011 17:09
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
cox sagolun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

★Azerbaijan girl★

  • 23 avqust 2011 17:07
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
thanksssssssssssssssssssssssss love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 19
Cəmi: 35

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}