Vitaminlər və minerallar haqqında bilmək istədiyiniz hər şey

 
Vitaminlər və minerallar haqqında bilmək istədiyiniz hər şey

Bunları bilmək hər kəsə lazımdır.

A Vitamini

Faydaları:
-Antioksidant xüsusiyyəti vardır, sərbəst radikalların mənfi təsirinə mane olur
-Orqanizmin toxmalarını yeniləyir
-Dərini gözəlləşdirir
-Həzm sistemini gücləndirir
-Bəzi xərçəng növlərindən qoruyur
Az olduqda:
-Gözdə quruluq
- Dəridə quruluq
-Sümük və dişlərdə çürümə əmələ gəlir
Çox olduqda:
-Baş ağrısı
-Qusma
-Dəridə sarılıq baş verir
Nəyin tərkibində var?
Yaşıl yarpaqlı tərəvəzlərdə, kök, ıspanaq, pomidor, qaysı, şaftalı, dəniz məhsulları, qaraciyər, süd və süd məhsulları, yumurtada A vitamini vardır.

D Vitamini

Faydaları:
-Sümük inkişafı və sümüklərin güclənməsinə
-Kalsiyumun əzələ daxilinə daşınmasına təsiri var
Az olduqda:
- Sümüklərdə yumuşalma və müxtəlif sümük xəstəlikləri yaranır
Çox olduqda:
-Qanın tərkibindəki kalsiyum miqdarının artması
-Böyrək xəstəlikləri
-Qəbzlik
-Ürəkbulanma
-Qusma və.s. kimi hallara rast gəlmək olar.
Nəyin tərkibində var?
Dəniz məhsulları, qaraciyər, yumurta, süd və süd məhsullarının tərkibində vardır.

E Vitamini

Faydaları:
- Antioksidant xüsusiyyəti vardır
-Anemiyanın qarşısını alır
-Hüceyrə və toxmaları xarici təsirlərdən qoruyur
-Xərçəngdən qoruyucu təsiri vardır
Az olduqda:
Dəqiq bilinmir
Çox olduqda:
-Baş ağrısı
-Əzələlərdə gücsüzlük
-Yorğunluq baş verir.
Nəyin tərkibində var?
Bitki yağları, dəniz məhsulları, quru meyvələr, yumurta və.s tərkibində var.

B1 Vitamini

Faydaları:
-Hüceyrələrin, sinir və həzm sisteminin işləməsi üçün lazımlıdır
-Qidaların enerjiyə çevrilməsinə kömək edir
Az olduqda:
-Sinir və həzm sistemi problemləri
-İştahsızlıq
-Yorğunluq
-Çəki itgisi
-Mədə bulantısı baş verir
Çox olduqda:
Digər B vitaminlərinin qəbuluna mənfi təsir edir
Nəyin tərkibində var?
Buğda, ciyər, yerfıstığı, quru üzüm, portağal, quru lobyanın tərkibində vardır.

B2 Vitamini

Faydaları:
- Qidaların enerjiyə çevrilməsinə kömək edir
Az olduqda:
-Dəridə quruma və çatlama
-Görmə problemləri
-İşığa qarşı həssaslıq
-İştahsızlıq yaranır.
Çox olduqda:
B1 və B6 vitaminlərinin sorulmasına mane olur
Nəyin tərkibində var?
Ciyər, yağsız süd, qatıq, toyuq, ıspanağın tərkibində vardır.

B3 Vitamini

Faydaları:
- Qidaların enerjiyə çevrilməsinə kömək edir
-İştahı artırır, həzmi asanlaşdırır
-Sinir sisteminin düzgün işləməsinə kömək edir
Az olduqda:
-Qarınağrısı
-Ağızda yaralar
-Həddindən qartıq az olduqda pallegra xəstəliyi baş verir.
Çox olduqda:
-Qaraciyərin funksiyası pozulur
- Qanda şəkərin miqdarı artır
-Ürək döyüntülərində problem yaranır
Nəyin tərkibində var?
Toyuq, balıq, yerfıstığı, pomidorda rast gəlmək olar.

B6 Vitamini

Faydaları:
-Qidaları orqanizmin istifadəsinə hazırlayır.
Az olduqda:
-Depresiya
-Ağızda quruluq
-Dəridə qaşıntı baş verir.
Çox olduqda:
Təsadüfi rast gəlmək olar
Nəyin tərkibində var?
Banan, toyuq və balıq, qozda B6 vitamini vardır.

C Vitamini

Faydaları:
-İmmuniteti artırır
-Yara ve iltihabların sağalmasına təsir edir
-Diş ətlərinin sağlamlığına müsbət təsir edir
-Damarları gücləndirir
Az olduqda:
-Diş ətlərində qanama
-Yorğunluq və iştahsızlıq
-Yaraların gec sağalması baş verir.
Çox olduqda:
-Böyrək daşı əmələ gəlməsi
-İshal yaranır.
Nəyin tərkibində var?
Portağal, yaşıl bibər, çiyələk, qreyfurt, pomidorda C vitamini vardır

Kalsiyum

Faydaları:
-Sümük və dişlərin inkişafı üçün lazımlıdır
-Sinir sisteminin və əzələlərin sağlam işləməsinə kömək edir
Az olduqda:
-Uşaqlarda raxit
-Sümüklərdə yumuşalma
Osteoxandroz yaranır.
Çox olduqda:
-Böyrək daşları
-Yumuşaq toxmalarda yüksək miqdarda kalsiyum
-Əzələ tutulmaları baş verir.
Nəyin tərkibində var?
Süd, qatıq, pendir, badamın tərkibində vardır.

Fosfor

Faydaları:
-Sağlam sümük inkişafı üçün lazımlıdır
-Qidaları enerjiyə çevirir
Az olduqda:
Çox az rast gəlmək olar
Çox olduqda:
Qanda kalsiyumun miqdarını aşağı salır
Nəyin tərkibində var?
Paxlalı bitkilər, yağsız qatıq, toyuq, süd, balıq, yumurtanın sarısında bu vitamin vardır.

Dəmir

Faydaları:
-Hemoqlabinin yaranması üçün lazımlıdır
-Qanda oksigenin dövr etməsinə kömək edir
Az olduqda:
-Yorğunluq
-Gücsüzlük
-Baş ağrısı
-Təngnəfəslik
-Anemiya baş verir.
Çox olduqda:
Qaraciyərə və mədəaltı vəzə zəhərli maddə yığılır
Nəyin tərkibində var?
Ciyər, ət, qaysı qurusu, ıspanaq, quru lobyada bu vitamın vardır.

Yod

Faydaları:
-Trioit vəzlərinin normal funksiyası üçün lazımlıdır
Az olduqda:
Yod çatışmazlığı yaranır.
Çox olduqda:
Trioidin funksiyalarının pozulması baş verir.
Nəyin tərkibində var?
Yodlaşdırılmış duzun tərkibində vardır.


Geri dön

Zehra MeLeK

  • 2 sentyabr 2011 16:37
  • Məqalə: 7
  • Şərh: 634
  • Bal:
twk edirem

In_The_Dark

  • 30 avqust 2011 21:50
  • Məqalə: 0
  • Şərh: 474
  • Bal:
{awards}
Eziyyete ve xebere gore tewekkur

R.M_FaNaTka

  • 24 avqust 2011 18:51
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

Ay Üzlü

  • 24 avqust 2011 00:42
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler

KaRola_16

  • 23 avqust 2011 19:39
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MELUMATA GORE TEWEKKURLER...

--------------------

Delya_91

  • 23 avqust 2011 19:36
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkurler xebere gore

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

music_angel

  • 23 avqust 2011 19:24
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
hamsi maraqlidir cox sagolun bilmediklerimi orgendim

--------------------

HaYaliM

  • 23 avqust 2011 18:59
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
deyerli xebere gore tesekkurler

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

KRiPToS

  • 23 avqust 2011 17:42
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Mende masallah hamisi yerindedir...
Bir sozle,vitamine ehtiyacim yoxdur!!! smile

--------------------

Narka E-ZaDe

  • 23 avqust 2011 17:41
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqlidir..

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Azerbaijan girl★

  • 23 avqust 2011 17:11
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
mende c azdi gele cooxlu limon yeyeim tskler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}