Razısan bütün bunlara?

 
Razısan bütün bunlara?

Tam sinənin ortasında bir yerin ağrıyacaq...Evinin səni içinə sığdıra bilməyəcək qədər dar olduğunu fərq edəcəksən...
küçəyə atılacaqsan...
küçələr də dar gələcək...
eynilə bədəninin ürəyinə dar gəldiyi kimi...
nə dənizin mavisi açacaq içini, nə tərtəmiz səma...
özünü daşıya bilməyəcək qədər çox böyüyəcək, bir tərəfdən də itəcək qədər kiçiləcəksən...

Bəziləri sənə bir şeylər izah edəcək dayanmadan..." əhəmiyyətli olan sağlamlıqdır ", " yaşamaq gözəldir " , " boş ver, hər şey unudular." Sən heç birini eşitməyəcəksən... Gözyaşlarından ətrafı görə bilməz hala gələcəksən... Ondan ölməsini istəyəcək qədər nifrət edəcək, az sonra qollarında ölmək istəyəcək qədər çox sevəcəksən...

Həmişə ondan bəhs etmək istəyəcəksən... " ölümə çarə tapıldı" ya da "sabah qiyamət qopacaqmış" desələr başını qaldırıb "nə dedin?" deyə soruşmayacaqsan... tək qalmaq istəyəcəksən... həm də izdihamların arasında itmək...

İkisi də çatmayacaq..keçmişi düşünəcəksən..Haradasa dəqiqə dəqiqə...Amma pisləri atlayaraq...Onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən...getdiyin yerlərə getmək...bu sənə heç yaxşı gəlməyəcək...
Amma bilə-bilə edəcəksən...biri sənə içindəki ağrını söküb ata biləcəyini söyləsə, qaçacaqsan...Əslində xilas olmaq istədiyin halda, o ağrını yaşamaq üçün müqavimət göstərəcəksən...

Həyatının geri qalanını onu düşünərək keçirmək istəyəcəksən...Əksinəni iddia edənlərdən nifrət edəcəksən...Hər kəsi ona bənzədib, kimsəni onun yerinə qoya bilməyəcəksən...Heç bir şey əyləndirməyəcək səni...dərmanlara sığınacaqsan...

bir neçə saat başı bulandıran amma əsla onu unutdurmayan...

Yalnız bir müddət buzlu şüşənin arxasından seyr etdirən...bütün mahnılar sizin üçün yazılmış kimi gələcək...boğazın düyünləniləcək, dinləyə bilməyəcəksən...
Yatmaq çətin, oyanmaq asan olacaq...səhəri iplə çəkəcəksən...
Bəzən də "heç günəş doğulmasa" deyəcəksən...Nə gecələr rahatlaşdıracaq səni nə gündüzlər...
Ölməyi istəyib, ölə bilməyəcəksən...
Bəlkə mismar mismarı sökər deyə can havliyle önünə çıxana sarılmaq istəyəcəksən...nafilə...

Düşüncəsi belə dözülməz gələcək...yuxular görəcəksən, gerçək olmasını istədiyin...hər sıçrayaraq oyandığında onun adını söylədiyini fərq edəcəksən...telefonun çalmasını gözləyəcəksən...axtarmayacağını bilə-bilə...hər çaldığında ürəyin ağızına gələcək...
Ağlamaqlı danışacaqsan axtaranlarla...

Ürəyin burxulacaq...canın yanacaq...bir daha sevməməyə and içəcəksən!...Həyata dair heç bir şey etmək gəlməyəcək içindən...Onun səsini bir dəfə daha eşitmək üçün yanıb alovlanacaqsan...dəfələrlə axtardığı günlərin qiymətini bilmədiyin üçün özündən nifrət edəcəksən...

Yaşadığın şəhəri tərk etmək istəyəcəksən...Onunla heç bir anının olmadığı bir yerlərə gedib yerləşmək...
Amma bir ümid... Onunla bir gün bir yerdə qarşılaşma ümidi...bu ümid səni getməkdən saxlayacaq...
gəl getlər içində yaşayacaqsan...buna yaşamaq deyilirsə...

Razısanmı bütün bunlara..???
Hazırsan sonunda ölüb ölüb dirilməyə..???
O halda Aşiq ola bilərsən...

Razısan bütün bunlara?


Geri dön

_RONALDO_

  • 9 mart 2011 20:58
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
TeSekKuRLEr MaRaQLidI tHaNkS.....

--------------------

sevgi yalandir

  • 6 noyabr 2010 13:05
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLERRRRRRRRRRRRRRRRRRRRRR

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 16 sentyabr 2010 11:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
thanksss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 41
Cəmi: 56

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}