Özümü çox sevən insanam

 
Özümü çox sevən insanam

Aparıcı sözünün bir çox mənaları var. Lakin onun ən böyük mənası öndə olmaqdır. Kütlənin önündə getmək, onu arxanca aparmaq nə qədər qürurverici olsa da, bir o qədər çətindir. Çünki doğru yolu aparıcı müəyyən edir və maneələr hər zaman öndə gedənin qarşısına çıxır. Yol isə çox uzundur. Həyatdan birbaş qəlblərə və hafizələrə doğru uzanır...

Bugünkü həmsöhbətim bir çox televiziya verilişlərinin aparıcısı Hüsniyyə Məhərrəmovadır.

- Əvvəlcə özünüzü təqdim edərdiniz.

- Mən Hüsniyyə Məhərrəmova. Sentyabrın ayının otuzunda 30 yaşım tamam olacaq. Maraqlı insanam, özümü çox sevən insanam, istəyirəm ki, hamı da məni sevsin ( gülür).

- Təqdimata ehtiyacınız varmı?

- Əlbəttə var, kimin təqdimata ehtiyacı yoxdur ki? Hamının təqdimata ehtiyacı var. Elə bir adamlar ola bilər ki, onun təqdimata ehtiyacı olmasın, o da Üzeyir Hacıbəyov kimi, Qara Qarayev kimi dahi adamlardır. Aparıcıların, ulduz müğənnilərin təqdimata ehtiyacı var. Aparıcıları 5 nəfər tanıya bilər, 3 nəfər tanıya bilməz. Mən də onların içində.

- Aparıcı var ki, heç bir il deyil aparıcılıq edir. Özünü bir nömrəli hesab edir. Buna münasibətiniz necədir?

- Əgər o özünü bir nömrəli aparıcı hesab edirsə, yaxşı şeydir, qoy olsun. Bunun nəyi pisdir ki? Özü üçün öz dünyasında bir nömrəlidirsə, lap yaxşı. Hərə öz sahəsində elə çalışmalıdır ki, 1-ci olsun. Hər bir kəs istəyinə, məqsədinə çatmaq istəyir. Bu yolda çoxlu çalışmalısan. Gərək təkid edəsən. O zaman da istəyinə doğru irəlilədiyinin şahidi olacaqsan.

- Aparıcılarımızda sevdiyiniz və ya sevmədiyiniz hansı xüsusiyyətlər var?

- Oy, nə çətin sualdır bu. Sevdiyim xüsusiyyət və ya sevmədiyim xüsusiyyət. Vallah, mən nə deyim, gərək oturum fikirləşim. Sevmədiyim xüsusiyyət deyərdim ki, özünü reklam etməkdir. Məndə elə xüsusiyyət yoxdur. Bəziləri verilişlərinə məşhur müğənniləri dəvət edirlərsə, elə zənn edirlər ki, məşhurdurlar. Ancaq bu, heç də belə deyil. Elə bilirlər ki, veriliş də nömrə birdir, özləri də. Daha çox işlər görmək lazımdır.

- Bəs yaxşı, özünüzdə sevmədiyiniz xüsusiyyət hansıdır?

- Sevmədiyim xüsusiyyət odur ki, artıq 6 ildir televiziyada çalışıram. Buna baxmayaraq, istər böyük tədbir olsun, istər kiçik tədbir olsun, çəkiliş zamanı dəhşət həyəcanlanıram, "valerianka" içib verilişə çıxıram. Bax bunu xoşlamıram. O da bəlkə yaxşıdır ki, işimə məsuliyyətlə yanaşıram.

- Hansı məşhur aparıcılarımızla səhnəmizi paylaşmaq istəyərdiniz?

İlham Qasımovla, başqa aparıcılarla veriliş aparmışam. İctimai televiziyanın ən yaxşı aparıcıları ilə veriliş aparmışam. Səhnəni bölüşmədiyim aparıcılardan İctimai televiziyadan yaxşı tanıdığınız Fuad Axundovdur.

- Tanınmış ziyalı, jurnalist Etibar Babayev müsahibələrin birində gənc aparıcılardan sizi bəyəndiyini demişdi. Bu barədə nə deyə bilərdiniz?

- Doğrudan elə demişdi? Oy, nə yaxşı. Mən buna çox sevinirəm. Mən elə fikirləşirəm ki, məni az adam bəyənir. Əsasən də yaşlı nəsildən mənə çox tənqidi yanaşırlar. Əgər Etibar müəllim məni bəyənibsə, ona böyük-böyük minnətdarlığımı bildirirəm. Ona demək istəyirəm ki, məni çox sevindirmiş oldu.

- Bildiyimə görə, ailəlisiniz. Sevib ailə həyatı qurmusunuz ?

- Niyə elə baxdınız? 3 ildir ailə həyatı qurmuşam. Samir Cəfərov Azərbaycanın nömrə bir rok ifaçısıdır. Məndən məşhur adamdır e, öz aralarında.

- Həyat yoldaşınız desə ki, televiziya, yoxsa mən. Hansını seçərdiniz?

- Əlbəttə ki, Samir Cəfərovu, məni sevən insanı seçərdim. Mən bilirəm ki, o, mənə o sözü deməyəcək. Ona görə mən onu sevib ona ərə getmişəm.

- Çəkiliş zamanı başınıza hər hansı maraqlı hadisə gəlibmi?

- Lap deyərdim ki, dəhşətli dərəcədə hadisə yoxdur. Ancaq balaca hadisələr olub. Nə olub gülməli hadisələr? Hə, yadıma düşdü, "Qaraj" verilişində uşaqlarla çəkiliş zamanı təkər üstünə yıxılmışdım. Bir dəfə də "Qaraj" verilişinin başlığını çəkəndə rejissor deyəndə ki, bir addım irəli, bunu heç kəs bilmirdi, rejissor da bilmirdi. Arxada tülkü tələsi vardı. Bir addım irəli demişdilər ki, bir də gördülər Hüsniyyə kadr arxasında yoxdur, düşüb tülkü tələsinə. Ancaq hər şey yaxşı qurtardı .

- Belə hiss edirəm ki, cəsarətli və çılğın xanımsınız. Nədir sizi cəsarətli və çılğın olmağa vadar edən?

- Çılğın deyə bilmərəm, amma cəsarətli olmağa cəsarətliyəm. Mən elə bir ailədə doğulmuşam ki, valideynlərim məni belə tərbiyə ediblər. Həyatda cəsarətli olmaq lazımdır. Həyat qorxaq insanları sevmir. Qorxaq olsaydım, televiziyada işləməzdim. Uzaq başı oturub evdə yemək bişirərdim. Amma mən qorxaq insan deyiləm. Çılğınlığımı bilmirəm, yəqin dostlarımla çoxlu günəş şüaları qəbul edirəm. Dostlarımla həyatda sevindirici anlarım çox olur, ona görə də sevincli hisslərim yığılır-yığılır, sonra çılğın oluram.

- Hansı televiziya jurnalistlərini özünüzə rəqib görürsünüz?

- Rəqabətə gəldikdə, mən sırf televiziyada çalışsam da, jurnalistikanı qurtarmamışam, peşəkar jurnalist deyiləm. Əvvəl İncəsənət Universitetini, sonra Musiqi Akademiyasını bitirmişəm. Daha çox incəsənət adamıyam, musiqiçiyəm. Aparıcılıq da incəsənətin bir növüdür. Bütün aparıcılar mənim üçün rəqibdir.

- Saleh Bağırov , Leyla Quliyeva, Könül Arifqızı, onları özünüzə rəqib bilmirsiniz?

- Niyə bilmirəm? Bayaq dedim, bütün aparıcıları özümə rəqib bilirəm. Onlar rəqib olmaqla bərabər mənim dostlarımdır. Çünki ilk gündən biz bir yerdə çalışırıq.


Geri dön

winxclub_bloom

  • 27 avqust 2011 02:31
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
tesekkurlerr

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:44
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

Sirli Melek

  • 24 avqust 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
ÇOX İSTEDADLI APARICIDIR. ONA UĞURLAR !

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

BELLA_SWAN

  • 24 avqust 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 434
  • Bal:
{awards}
tşk.mırt qızdı

--------------------
VAMPİRE GİRL

Ужасная девушка

  • 23 avqust 2011 22:48
  • Məqalə: 19
  • Şərh: 619
  • Bal:
{awards}
qizdan xosum gelmir sekilde ne yaxsi dusub

Ay Üzlü

  • 23 avqust 2011 21:30
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ttewekkurler

..:SweeT anGEL:..

  • 23 avqust 2011 20:22
  • Məqalə: 3
  • Şərh: 32
  • Bal:
{awards}
COX GOZEL TSKLER CANIM MENIM love

--------------------
________@@@______@@@______
______@@____@__@@____@____
______@@_____@@@_____@____
_______@@_____________@____
_________@@__________@_____
___________@@______@_______
_____________@@__@_______

Delya_91

  • 23 avqust 2011 19:52
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkurler

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

KaRola_16

  • 23 avqust 2011 19:52
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
HEC XOWUM GELMIR BUNNAN...

--------------------

★Azerbaijan girl★

  • 23 avqust 2011 19:50
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
buyurun canlarim menim love

HaYaliM

  • 23 avqust 2011 19:49
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
maraqli musahibe alinib..cavablarindan semimi birisine oxsayir.

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

music_angel

  • 23 avqust 2011 19:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
maraqlidi cox sagol canim

--------------------

Narka E-ZaDe

  • 23 avqust 2011 19:43
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
maraqli xeberdir twk baciw

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}