Yetimlərin atası

 
Yetimlərin atası

Kufə xarabalıqları.

İntizarla baxan bir cüt göz.

Çöldən gələn hər taqqiltıya "o gəldi" deyərək, qapıya tərəf qaçan bir uşaq. O, tək deyil, bir balaca bacısı da var. Suğra qardaşından yaşca kiçikdir. O, dizlərini qucaqlayaraq bir küncə qısılıb.

- O, bu qədər gecikməzdi. Bəlkə yadından çıxıb?

- O, bizi unutmaz. Məgər o bizi tapanda, necə sevindiyini görmədinmi? İnşaallah gələr -deyə son sözlərini bir az ahəstə deyən Əkbər, acından qovrulan qarnını tutaraq bacısına baxdı.

Birdən çöldən "Əkbər, Suğra" deyə kimsə səsləndi. Suğra kiçık əllərini yerə təkan verərək qalxmaq istədi, amma taqəti olmadığından səndələyərək üzüqoylu yerə yıxıldı. Əkbər cəld yaxınlaşıb bacısının üzünü təmizlədi və çöldən yenə həmən səs "Əkbər, Suğra" deyə səsləndi. Uşaqlar cəld cölə cıxdılar və bunlar üçün yeyəcək gətirən kişi əlindəki xurma və çörəklə içəri boylanırdı... Kişi həmişəki vaxtında gəlmişdi, amma səbirsizliklə gözlənilənin həsrəti ilə keçən bir saat belə çox uzun görünür. Bu baxımdan uşaqlar hər geçə bu halları yaşayırdılar.

Yetimlərin atası

Yemək gətirən kişi gətirdiklərinı bir-bir özü yedirdir. Bir-iki tikə yeyən Əkbər birdən duruxdu. Bu, o kişi deyildi. Suğra da qardaşının bu əməlini sezdi və qardaşı baxan istiqamətə mat-mat baxaraq soruşdu:

- Ağa, sən kimsən? - Boğazındakı tikəni zorla udaraq, yeməkdən əlini çəkdi.

- Yeyin, yeyin, yəqin acsınız. İndi sizə süd də süzərəm, - deyə kişi tuluqdaki süddən bir az saxsı qaba töküb, birinci Suğraya uzatdı. Suğra bir az da geriyə cəkildi.

- Ağacan, biz balaca deyilik. Bizə de görək, atamız haradadır? Onu görməyincə yemək yeməyəcəyik. Əkbərin gözləri dolmuşdu.

Gələn müsafir uşaqlara yaxınlaşıb sinəsinə sıxdı və göz yaşlarını saxlaya bilmədi. Uşaqlar da qeyri-ixtiyari ağlamağa başladılar.

- Sizi mənə atanız tapşırıb. O, artıq gələ bilməyəcək.

- Axı nə üçün? Biz nə etdik ki, bizdən küsdü? Bizi ona apar.

Tanimadiqlari o kəs üzündən süzülən yaşi gizlətməyə çalışırdı.

- Əkbər, sən artıq böyük oğlansan...

Yetimlərin atası

Əkbər için-için ağlamağa başladı. Kiçik əlləri ilə bacısını qucaqladı.

- Baci, biz bir daha yetim qaldiq. Atamiz ölüb.

Müsafir təəccüblənərək: - Onu haradan cixartdın? Mən axı elə söz demədim, - dedi.

- Atam da dünyadan köçəndə anamın ilk sözləri bu olmuşdu...

Musafir onlari bağrina basib onlara qoşuldu...
Əkbər və Suğra Kufənin yarıqaranlıq küçələrində əllərində süd dolu bardaqlarla bir evə sarı tələsirdilər. Kufə küçələri yetimlərin ah-naləsi ilə dolmuşdu. Səndələyərək, mübarək evə tərəf tələsən yetimləri heç kəs sakitləşdirə bilmirdi.

Çox keçmədi ki, Kufə küçələrini: “Vallahi, ədalətin sütunlari qırıldı” nidası bürüdü. Aləm qaraya büründü. Müsəlmanların əmiri rəzillərin ən rəzilinin əli ilə qətlə yetrildi. Mövlanın zərbə dəyən andakı sözü əslində bütün ömrümüzün hədəfinə çevrilməlidir. Mövla zərbə dəyən anda bu sözləri zikr etdi: “Kəbənin Allahına and olsun ki, qurtuldum”.

İlahi, bizi Mövla Əli (ə) vilayətində sabitqədəm et. Amin!


Geri dön

R.M_FaNaTka

  • 24 avqust 2011 18:37
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
hmm maraqli xebere gore tesekkurler

--------------------

Delya_91

  • 24 avqust 2011 10:26
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
gozel xebere gore sagol

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

my angel__

  • 24 avqust 2011 03:51
  • Məqalə: 291
  • Şərh: 10807
  • Bal:
{awards}
Twk.gozel xebere gore

--------------------
| İnsanlar anlamadıki ulduzlar onlara məxsus deyil. |

GUL YAGMURU

  • 23 avqust 2011 23:33
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
hemiseki kimi verdiyiniz xebere gore tsk...
Allah ureyinize gore versin)

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Ужасная девушка

  • 23 avqust 2011 23:28
  • Məqalə: 19
  • Şərh: 607
  • Bal:
{awards}
Allah razi olsun o kisiden ve her kesinde ata anasina can sagligi versin Allah ne acliqla nede sevdiklerinin bed xeberiyle sinamasin Amin!

Doutzen Kroes

  • 23 avqust 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Oxudum dəyərli yazıdı

Oxudum dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Cilent_M.Q

  • 23 avqust 2011 20:53
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

...Seni seven...

  • 23 avqust 2011 20:46
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Allah razi olsun

_Gunel_

  • 23 avqust 2011 20:18
  • Məqalə: 0
  • Şərh: 385
  • Bal:
{awards}
ALLAH razi olsun gozel melumata gore

HaYaliM

  • 23 avqust 2011 20:16
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
İlahi, bizi Mövla Əli (ə) vilayətində sabitqədəm et. Amin!

Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Narka E-ZaDe

  • 23 avqust 2011 20:12
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 23 avqust 2011 20:09
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun gozel xebere gore

--------------------

KaRola_16

  • 23 avqust 2011 20:08
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 36
Cəmi: 65

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 579
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}