Qədr gecəsini daha yaxşı dərk etmək üçün 5 əməl

 
Qədr gecəsini daha yaxşı dərk etmək üçün 5 əməl

Qədr gecəsini daha yaxşı dərk etmək üçün bu beş əməli yerinə yetirsək daha faydalı olar.

1. Məsumlara (ə) təvəssül etmək.

“Ey iman gətirənlər! Allahın ardınca gedin və ona çatmaq vasitəsini axtarın”. Qədr gecəsində Məsumlara (ə) təvəssül etməkdən gözəl bir vasitə ola bilməz. Ona görə də onlara təvəssül etmək yaxşı olar. Xüsusilə də Əli ibni Əbitalibə (ə), çünki bu gecələrdə o Həzrət şəhid olmuşdur. Əba Abdullahın (ə) ziyarətini oxumaqla da Həzrət Haqqın dərgahına daha da yaxınlaşmaq olar.

2. Namaz.

Bu gecədə mələklər yerə enərlər. Gərək rükunun şahidi və xalis ibadətin naziri olsunlar və bu yolla da mələklərin insana nə üçün səcdə etməklərinin rəmzini dərk etmiş olarlar. Belə ki, Qədr gecəsinin vəzifələri arasında bütün ibadətlərin başında duran namazın xüsusi yeri vardır. İlk növbədə qəza olmuş namazları qılmaq yaxşı olardı. Bu gecənin xüsusi namazını qılmağın savabı böyükdür. Bu iki rükətli namazdır ki, “Həmddən” sonra yeddi dəfə “Tövhid” surəsini deyirik. Salamdan sonra da 70 dəfə istiğfar edirik. Qəzası olmayanlar üçün isə yüz rükətli müstəhəb namazın böyük savabı vardır.

3. Quranı başa qoymaq.

Quranı başa qoymaq Alahın səadət gətirən göstərişlərinə təslim olmaq deməkdir və bu, o deməkdir ki, müsəlmanın daima fikri-zikri Qurandadır. Orada olan göstərişlərə əməl etməkdədir.

4. İmam Zaman ağa (ə.f.) ilə əhdi təzələmək və “Fərəc” duasını oxumaq.

Məsum İmamlardan (ə) nəql edilir ki, Ramazan ayının 23-cü gecəsində Peyğəmbərə (s) və onun müqəddəs nəslinə (ə) salavat göndərəndən sonra “Fərəc” duasını oxuyun.

5. Etikaf.

Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının son on günündə etikaf keçirtmək iki həcc və iki ümrə savabına bərabərdir”. Etikaf dedikdə, yəni məsciddə dayanıb, orada sakin olmaqdır. Üç gün və ya daha çox ibadət üçün niyyət edib, orada ibadətlə məşğul olmaqdır.

İmam Sadiq (ə) buyurmuşdur: “Allahın Rəsulu (s) Ramazan ayının son on günü çatanda məsciddə etikaf keçirərdi”. Başqa bir yerdə həmin Həzrət buyurur: “Bədr döyüşü Ramazan ayında baş vermişdi. Allahın Rəsulu (s) etikaf keçirə bilməmişdi. Ona görə də gələn ili 20 gün etikaf keçirtmişdi”.

Hədislərimizdə deyilir ki, Peyğəmbərdən (s) sonra onun həyat yoldaşları da etikaf keçirərdilər. İslamın böyük alimləri də bu sünnətə əməl edirlər.

Qədr gecəsi ibadət, zikr, İlahi nemətləri yada salmaq gecəsidir. Bu gecədə bir-birimizə dua etməyi yaddan çıxartmayaq.


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:29
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:43
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

qonaq

  • 24 avqust 2011 04:20
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
ALLAH SIZLERDEN RAZI OLSUN ALLAH BUTUN IBADET EHLININ IBADETLERINI QEBUL ETSIN INSALLAH ALLAH DARDA YOLDA XESTE KIM VARSA HAMIYA KOMEK OLSUN AMIN XAQANI HUSEYNOV GENCE

Elnen

  • 24 avqust 2011 03:52
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN !

GUNAY_

  • 23 avqust 2011 22:16
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
Allah hamimizin dualarini qebul etsin...

Ay Üzlü

  • 23 avqust 2011 21:33
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

Cilent_M.Q

  • 23 avqust 2011 21:33
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twk

--------------------

Doutzen Kroes

  • 23 avqust 2011 21:22
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Oxudum çox dəyərli yazıdı
ALLAH ibadətlərimizi qəbul etsin

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Delya_91

  • 23 avqust 2011 19:56
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

HaYaliM

  • 23 avqust 2011 19:52
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

KaRola_16

  • 23 avqust 2011 19:50
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
LAZILMLI MELUMATA GORE TEWEKKURLER...

--------------------

Narka E-ZaDe

  • 23 avqust 2011 19:48
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

★Azerbaijan girl★

  • 23 avqust 2011 19:48
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun thankssssssssssss

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 43
Cəmi: 73

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}