Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

 
Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Məhəmməd Peyğəmbərdən (s). Kəlamlar

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Ölüm haqqında

Sizin heç biriniz: istər yaxşı adam olsun, istərsə də pis heç kəsə ölüm
istəməlisiniz. Çünki əgər xeyirxah adamdırsa, onun uzun ömründən ola
bilsin ki, artıq istifadə olunsun. Və əgər şər adamdırsa, imkan vardır ki,
tövbə etsin və ALLAH onu bağışlasın. Heç vaxt ölümü vaxtından əvvəl
arzulamayın. Çünki fani dünyanı tərk etdikdə ümid və mükafat təmənnası
məhv olur. Bilin ki, bir mömin ömrünün uzunluğu onun yaxşı əməllərin sayını artırır.

Bütün dünyəvi ləzzətləri və xoşluqları məhv edən ölümün olmasını həmişə xatırlayın.

Sizlərdən heç biriniz dünyəvi münasibətlərə tab gətirməyəndə belə özünüzə
ölüm istəməməlisiniz. Əgər kimsə həqiqətən ölüm tələb edirsə,
desin: ey ALLAH, həyat mənə xoş üz göstərənə qədər məni diri
saxla. Lakin ölməyim qalmağımdan yaxşı olduğu zaman mənə ölüm yetir.

Mömin adam heç vaxt ölmür, fani dünyadan əbədiyyətə qovuşur.

Ölüm mömin üçün bir töhfədir.

Ölülərinizi həmişə yaxşılıqla yad edin və onların haqqında pis söz danışmaqdan çəkinin.

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Adəm övladlarının iki şeydən xoşları gəlməz:

biri müsəlman üçün günah etməkdən daha
yaxşı olan ölümdür. O biri isə var-dövlətin olmamasıdır...

Qəbir ― axirət mənzillərinin birincisidir.

Ölüm ― dostu dost ilə birləşdirən körpüdür.

Həddindən artıq gülüş ürəyin qənimidir.

Yuxu ölümün qardaşıdır.

Heyvanların da bəşər kimi ölümdən xəbərləri olsaydı, yağlı ət yeməzdilər.

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Həzrəti-Məhəmməd (s) ölümündən üç gün qabaq buyurdu:

― ALLAHın razılığına, onun mükafat və
bəxşişinə ümidvar olmadan heç biriniz ölməməlisiniz.

Kim istəsə ki, ALLAH Qiyamət günündə onu qəzəb və cəzadan kənar
saxlasın, miskin borclularına təzyiq göstərməməli,
borcun hamısını və ya bir qismini ona bağışlamalıdır.

Miqdarından iki dəfə artıq qazanc gətirən hər borc sələmdir.

Şəhidin borcundan başqa qalan günahları bağışlanacaqdır.

Sələmsiz verilən hər hansı bir borc sədəqədir.

Borcunu ödəmək üçün imkanı olub, lakin bundan
imtina edən şəxs hörmətəlayiq deyil və cəzalanmalıdır.

Borcun ödənilməsini əsassız təxirə salınması zülmün bir formasıdır.

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Əxlaq haqqında

Əxlaqı və davranışı ailə üzvlərinin xoşuna gələn adam həqiqi müsəlmandır.

Bilin ki, o dünyada sizdən mənim üçün ən əzizi və ən yaxını xoşəxlaq
və xoşxasiyyət olanlardır. Ən böyük düşmənim və
məndən ən uzaq olanlar bədəxlaq və bədxasiyyət olanlardır.

Bilin ki, sizlərdən mənim üçün ən əziz olanı
xoş rəftarı ilə qəmginliyini şadlığa çevirəndir.

Mən sizə xoşəxlaqlığı öyrətmək üçün peyğəmbər olmuşam.

Ey ALLAH, mənim cismimi kamil yaratdığın
kimi, davranışımı və əməlimi də yaxşı et.

Hər bir müsəlmana bu iki xasiyyət yaraşmaz: acgözlük və bədəxlaqlıq.

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Münaqişə barədə

Bəşəriyyət düz yolu tapdıqdan sonra dağılıb məhv
olmaz. Yalnız münaqişə və mübahisə yolu ilə dağıla bilər.

Düz yola çıxarılmış hər bir tayfa ancaq münaqişə adət etdikdə yolunu azar.

Məhəmməd Peyğəmbərdən (s.a.v.) Kəlamlar

Boşanma (talaq) haqqında

Səbəbsiz olaraq ərindən boşanmaq istəyən
hər bir qadın Behişt bağının ətrindən məhrum olacaqdır.

Boşanma şəriət qanununa müvafiq olsa da ALLAHın nəzərində xoşagəlməzdir.

..Sübh Yaxınlaşır..


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:29
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
buyurun

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:36
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

Delya_91

  • 24 avqust 2011 10:30
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

BELLA_SWAN

  • 24 avqust 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 408
  • Bal:
{awards}
tşk........

--------------------
VAMPİRE GİRL

aga482

  • 24 avqust 2011 01:15
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
COOOOOOOOOOOOOOOOOOOX DEYERLİ MELUMATDİ TESEKKUR HEMİSE BELE YAXSİ XEBERLERİNİZİ GOZLEYİRİK

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Ay Üzlü

  • 24 avqust 2011 00:29
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
tewekkurler

GUL YAGMURU

  • 23 avqust 2011 23:21
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
coox deyerli xeberdi...
tesekkur...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Cilent_M.Q

  • 23 avqust 2011 22:31
  • Məqalə: 87
  • Şərh: 2580
  • Bal:
{awards}
twk

--------------------

GUNAY_

  • 23 avqust 2011 21:59
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
xebere ve eziyyete gore sagolun

★Azerbaijan girl★

  • 23 avqust 2011 21:48
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah razi olsun tsklerrrrrrrrrrrrrrrr

KaRola_16

  • 23 avqust 2011 21:47
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
COX GOZELDIR...ALLAH RAZI OLSUN...

--------------------

Doutzen Kroes

  • 23 avqust 2011 21:45
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
Oxudum çox dəyərli yazıdı

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

Narka E-ZaDe

  • 23 avqust 2011 21:45
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 23 avqust 2011 21:37
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Allah razi olsun bele deyerli bir yazi üçün

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Willow smith

  • 23 avqust 2011 21:24
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
deyerli ve menali xebere gore twk

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 57
Cəmi: 79

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 40
Cəmi: 302
 
Darling
Xəbərləri: 37
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 580
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Jesicca
Xəbərləri: 14
Cəmi: 55
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}