Siqaretə son qoyaq

 
Siqaretə son qoyaq

İllərdir alimlər siqaret çəkməyin sağlamlığa zərəri haqda xəbərdarlıq edirlər. Buna baxmayaraq, bütün dünyada adamlar siqaret çəkməyə davam edir.

Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam siqaret çəkməyin nəticəsində ölür. Bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə etmək nəticəsində 8 milyona yaxın adam həlak olacaq.

Birləşmiş Ştatlarda 46 milyona yaxın adam siqaret çəkir. Bu il Amerikada siqaret çəkmək nəitcəsində yaranmış xəstəliklərdən təxminən 440 min adamın öləcəyi gözlənilir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının yaranmasına gətirib çıxarır.

Bu barədə çox yazılıb, çox deyilib. Bəs tərkibində 3700 zərərli maddə olan zəhər mənbəyi haqqında bunları bilirsinizmi ?

Ancaq siqaretin zərərləri bunlarla bitmir. Siqaret - insanları bir növ narkotik maddə bənzəri özünə aludə edir. Tərkibində 3700 zərərli maddə var ki bunlardan da ən təhlükəliləri karbon monoksit, hidr ogen jen siyanid və ammonyakdır. Və bu zərərli maddələr siqaretlə birgə alınan hər nəfəsdə insan bədənini daha da çirklədir. Bunun sonunda isə astma, qaraciyər yanğısı, döş qəfəsi ağrıları ilə başlayan daha dərin xəstəliklər...

Amerika Xərçəng cəmiyyətinin bildirdiyinə görə, Birləşmiş Ştatlarda ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret çəkmək səbəb olur. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mə’dəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəicəsində əmələ gəlir.

Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında olurlar. Hər il Amerikada siqaret çəkməyib onun tə’sirinə kənardan mə’ruz qalan 3 minə yaxın adam vəfat edir.

Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə görə, siqaret çəkməyin zərərsiz yolu yoxdur. Daimi siqaret çəkən bir insanın ağız boşluğu xərçəngi tutma riski çox böyükdür. Bundan başqa duman bəzi diş əti xəstəliklərinə də səbəb ola bilər. Diş çürümələrinə və nəfəsin qoxmasına səbəb olur. Bundan əlavə daimi çəkənlərdə xroniki baş ağrıları da olur. Beynə gedən oksigen azalmaldığından beyin damarlarının daralması baş verir. İnsan bədənində siqaretin təsirinə biganə qala bilən heç bir orqan ya da hissə yoxdur.

Bu yazıda qısa bir səyahətlə siqaretin insan bədənindəki zərərlərini diqqətinizə çatdırmağa çalışacağıq..Nəfəs borusundan keçən tüstü ağciyərlərə enir. Tüstü tərkibindəki higrogen siyanid bronxların divarlarına ağır zərər verdiyinə görə xroniki öskürək yaranır. Bronxlar zəyiflədikcə məhz bu hissədə çoxlu sayda xəstəliklər yaranmağa başlayır. Siqaretin ürəyə verdiyi zərərlər isə bir sözlə məhvedicidir. Nikotin qan təzyiqini yüksəldir. Tərkibindəki karbon monooksid qandakı oksigeni yox edir. Bu səbəbdən damarlarda xolesterol toplanır ki bu da infarkt təhlükəsini birə beş artırır. Bununla yanaşı bədəndəki qan dövranı zəyiflədiyindən qanqren təhlükəsi də artmış olur. Yaranan yüksək təzyiq böyrəklərə də ciddi ziyan vurur.Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi tə’sirlərinə mə’ruz qalır. İnsanlar siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər güclü tə’sirə malikdir. Siqaret çəkənlərin çoxu onun tə’sirlərindən xəbərdardır. Lakin siqareti atmaq asan iş deyil. Bə’zi adamlar siqareti tam ata bilmir və gündə bir neçə siqaret çəkirlər. Digərləri tərkibində nikotinin az olduğu, ya da mentol, nanəli siqaret çəkirlər. Ekspertlər deyir ki, nanəli siqaretin zərəri adi siqaretdən də çoxdur. Çünki sərinləşdirici tə’sirə malik olduğu üçün adamlar mentolu ağızlarında və tüstünü içəri çəkdikdə ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən də təhlükəlidir. Siqareti birdəfəlik atmaq çoxlarına mümkün olmayan bir şey kimi görünür. Həkimlər, adətən, adamlara onu söyləyirlər ki, siqaret çəkməməklə ömrünüzü uzada bilərsiniz. Bundan başqa, özünüzü daha yaxşı hiss edəcəksiniz, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir. Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edirlər. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik meterialı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan məhsulları çeynəyə də bilərlər. Siqaret çəkməyi dayandırmaq üçün müxtəfli başqa yollar da var.

Aparılan tədqiqatlarda müəyyən olunmuşdur ki siqaret çəkən kişilərin 40 faizi heç yaşlılıq həddinə çatmadam həyatdan köçür. Müqayisə üçün onu da bildirək ki bu rəqəm siqaret çəkməyənlərdə 18 faizdir. lakin siqareti tərgitdiyiniz andan etibarən bədənə özünü təmir etməyə başlayır. Uzun müddət olsa 10 il ərzində bədən heç siqaret təsirinə məruz qalmamış kimi yenilənir. Ama siqaterin yuxarıda sadalanlarda əlavə bir çox zərərlərinin olduğunu və bunların kifayət qədər ciddi olduğunu nəzərə alsaq 10 il bədən üçün heç də çox deyil. Burada bə’zən eyni zamanda bir neçə vasitədən istifadə edirlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bə’zən stres keçridiklərini söyləyirlər. Bə’zi adamlarda bu, baş ağrıları və mə’dədə ağrılarla müşayət olunur.

Bəs niyə siqareti tərgitmək üçün onun nəsəs ciddi bir fəsadını gözləyirsiniz ?
Bu fəsadların çoxsunun da öldürücü olduğunu nəzərə alsaq siqareti tərgitmək üçün bundan yaxşı səbəb ola bilərmi ?
Hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünü təlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağınızı özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir də gördünüz, bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız. Yəqin ki, bunlara skeptik yanaşanlar var. Amma hər halda, sonda onu demək olar ki, alışqanı növbəti siqaretə yaxınlaşdırdıqda yaxşı fikirləşin, sağlam olmaq istəyirsinizmi?


Geri dön

_RONALDO_

  • 2 aprel 2011 23:45
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
tEsEkKuR EdIrEm MaRAqLiDi=)aMA MEnLik dEil

--------------------

only-girl

  • 12 fevral 2011 12:15
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
təşəkkür

--------------------

Ulya

  • 16 sentyabr 2010 11:46
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol maraqli yaziya gore

Dj_Tural

  • 16 sentyabr 2010 00:03
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
teweeukler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}