Azərbaycanlılar internetdə ən çox nəyi axtarır?

 
Azərbaycanlılar internetdə ən çox nəyi axtarır?

Bu gün dünyada minlərlə internet istifadəçisi var. Hər bir internet istifadəçisi də müxtəlif zövqlərə və maraqlara malikdir. Müxtəlif zövqlər və maraqlar internet aləminin də müxtəlif edir.

Azərbaycanda bu və ya digər mənada internet dünyasında özünə yer edib. Araşdırmalar göstərir ki, Azərbaycan paytaxtı Bakı şəhərində personal kompüteri olan və internetdən istifadə edən əhalinin sayı xeyli artıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Bakı əhalisinin 81% internet istifadəçisidir.

Ötən il bu rəqəm 41% idi. Tədqiqat onu göstərir ki, bu cür artım ölkədə internet tariflərinin azalması ilə bağlıdır. Hesabatda qeyd olunur ki, əhalinin ölkə 61,7% isə evlərində personal kompüterləri var. Paytaxtın internet-istifadəçilərinin əksər hissəsi - 13,9% “Adanet” provayderinin xidmətlərindən istifadə edir. “Adanet”dən sonra Bakıda istifadə olunan provayderlər siyahısında “Azeronline” (13,8%), “Connect” (8,2%) və digər şirkətlər gəlir.

Bəs görəsən sadə azərbaycanlı internetdən necə istifadə edir? Və ən çox hansı sözləri axtarır?

"Sayt" axtaran azərbaycanlı!

Son iki il ərzində "Google" internet-trafikinin ən iri generatoru olub. Belə ki, dünya üzrə trafik həcminin 6% məhz bu axtarış servisinin payına düşür. Bu göstəricilər "Arbor Networks" (Arbor Netvöks) şirkəti tərəfindən aparılan "Internet Observatory Report" (internet müşahidə hesabatı) adlı araşdırmanın nəticələrində qeyd olunur. Araşdırma nəticəsində məlum olub ki, dünya üzrə internet-trafikin 1/3 hissəsi 30 ən iri saytın payına düşür. Bunların içərisində "Google", "Facebook", "Microsoft" və "YouTube" resursları da var.

"Alexa" saytının statistikasına görə, azərbaycanlıların ən çox daxil olduğu sayt WwW.Google.Az-dır. Sonrakı yerləri isə WwW.FaceBook.Com, WwW.Google.Com, WwW.Mail.Ru, WwW.YouTube.Com, WwW.OdnoKlassniki.Ru saytlarıdır.

“Google” yox “Gogle”

İyul ayının nəticəsinə görə azərbaycanlılar internetdə ən çox axtardığı söz - "gogle"-dir. Bu söz "Google" domeninin səhv yazılmış versiyasıdır. Mütəxəssislər deyir ki, buna səbəb internet brauzerlərinin xüsusiyyətlərinin nəticəsidir. Brauzerlərdə elə funksiyalar var ki, saytın adı səhv yazılanda həmin saytı "Google" və ya digər axtarış sistemində açır və doğru versiyanı istifadəçi üçün tapır. Çox güman ki, "Gogle" sözünün keçən ay çox axtarılmasına səbəb budur.

Azərbaycanda daha sonra axtarılan sözlər siyahısına isə "мужская мода", "divx film izle", "Gmail profiles", "IQ testleri", "Azərbaycan" və "Samsung" sözləridir.

Bundan başqa "Nissan altima 2010", "IPhone", "mashin" və s. sözləridə ən çox axtarılan sözlər siyahısındadır.

Google sportda ən çox axtarılan saytlar isə WwW.WikiPedia.Com, WwW.SoccerWay.Com, WwW.Football.Co.Uk, WwW.UEFA.Com saytlardır. Bu saytlarda futbolçuların həyatları barədə və bukmeykerlərin oyunlara hansı göstəriciləri öyrənmək üçün daxil olunur.

Hansı yaşda, kim, nə axtarır?

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda internet istifadəşilərinin əksəriyyəti yeni nəsil gənclər və daha aşağı yaşlı insanlardır. Apardığımız qısa statistika göstərir ki, Azərbaycanda aşağı yaşlıların, yəni təxminən məktəb şagirdlərinin ən çox axtardığı sözlər qeyri-əxlaqi sözlərdir.

Seriallar, mahnı və müğənniləri də axtaranlar az deyil. "Kurtlar vadisi mp3", "Yaprak dökümü mp3", "Kaybolan yıllar mp3", "Sevgi mp3", "Aygün mp3", "Roya mp3” sözləri də ən çox axtarılanlar arasındadır.

Xaricilər Azərbaycan haqqında nə axtarır?

Azərbaycanlıların nə axtardığını təxmini müəyyən edəndən sonra istərdik sizə xarici vətəndaşların Azərbaycan haqqında nə axtarması barədə kiçik araşdırmamızı da çatdıraq. Məşhur axtarış sistemlərində apardığımız araşdırma nəticəsində məlum odu ki, xaricilər ən çox “Azerbaijan embassy” (Azərbaycan səfirliyi), "azerbaijan airlines" (Azərbaycan hava yolları), “Azerbaijan eurovision 2010”, “Azerbaijan Safura drip drop”, “Azerbaijan news” (Azərbaycan xəbərləri),“Azerbaijan drip drop”, “Azerbaijan Eurovision” sözlərini axtarırlar.


Geri dön

Musique Sage

  • 31 may 2011 18:33
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
tws

_RONALDO_

  • 2 aprel 2011 23:44
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox maraqli melumatdi. tewekkurler

--------------------

AskZede

  • 16 dekabr 2010 19:29
  • Məqalə: 10
  • Şərh: 679
  • Bal:
{awards}
Hmm Eladir Cox Sagolun winked

--------------------

Ulya

  • 17 sentyabr 2010 16:01
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

Kisa_Kiss

  • 16 sentyabr 2010 16:45
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
hmm спасибо

--------------------

Mr_Unlimited

  • 16 sentyabr 2010 16:45
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
cox maraqli melumatdi. tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 28
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}