Film aləmi

 
Film aləmi

Kino sənəti

Film aləmi

19-cu əsrin sonlarında hərəkət edən əşyaları, insanları, heyvanları, ümumiyyətlə, hərəkəti lentə çəkə bilən xüsusi aparat icad edildi. Bu aparatı “kinematoqraf” (yunanca “kinema” hərəkət, “qrafo” isə yazıram, qeyd edirəm deməkdir) sonralar kino kamerası adlandırmışlar. Elə o vaxtdan da kino sənəti, yəni kinofilm çəkmək sənəti meydana gəlmişdir.
Ekranda görünən filmin hazırlanması üçün müxtəlif peşə sahibləri olan adamların birgə əməyi tələb olunur. Film üzərində iş ssenaridən başlanır. Ssenaridə gələcək filmin məzmunu, tamaşaçıların görəcəkləri hadisələrin yeri və vaxtı bütün incəliklərinədək işlənib hazırlanır, aktyorların deyəcəkləri sözlər əvvəlcədən yazılır. Ssenarinin məzmununa müvafiq olaraq filmin qəhrəmanlarının rollarını oynamaq üçün aktyorlar seçilir, rəssamlar geyim və dekorasiyalar hazırlayır, bəstəkar filmə musiqi bəstələyir.


Film aləmi

Filmin yaradıcı kollektivinə kinorejissor rəhbərlik edir. O, aktyorlarla işləyir, operatorlara, rəssamlara, o cümlədən qrim və geyim rəssamlarına rəhbərlik edir. Filmi lentə kinooperator çəkir. Hər bir səhnənin daha canlı və təsirli çıxmasında onun rolu böyükdür. Filmin müvəffəqiyyəti aktyor ifasından da çox asılıdır.
Müasirimiz olan aktyor bəzən orta əsrlərin həyatı ilə yaşamalı, bəzən də gələcəyin insanı olmalıdır. O, gah qılıncla hücuma keçməli, gah da qar üzərində sürünməlidir. Kino aktyoru qısa müddətdə çox şeyi öyrənməli, dərk etməlidir.

Film əvvəldən axıradək, ekranda görünən ardıcıllıqla deyil, ayrı-ayrı parçalarla çəkilir. Bunlar 400 – 500 parçadan ibarət olur. Pərakəndə halında olan bu parçaların tam halda birləşdirilməsi montaj adlanır. Montaj – film üzərində işin çox mühüm hissəsidir.

İnsanın hiss və düşüncələrinə əyani təsirdən qüvvətli heç nə ola bilməz. Bu əyani təsiri kino sənəti yaradır.
Dünya kinematoqrafiyasında ən yüksək və nüfuzlu mükafat, Oskar mükafatı (Amerika kinoakademiyası mükafatı) hesab olunur. 1929-cu il mayın 16-da təsis edilmiş, hər il Amerika kinoakademiyası tərəfindən Kodak teatrında (2002 ildən) verilir.


100 Best Movie Lines in 200 Seconds



Müasir dövrdə 3-D film (üçölçülü film) geniş yayılmış, illüziyanın dərinliyini nümayiş etdirən kinofilm metodudur. Stereoskop fotolardan fərqli olaraq, xüsusi olaraq hazırlanmış kamerayla, görünüşlər iki fərqli perspektiv ilə çəkilir və yenə xüsusi bir proyeksiya cihaz ilə, yaxud eynəklə fərqli çəkilmiş iki görünüş meydana gətirilir.

Azərbaycanda isə kino sənətinin tarixi 1916-cı ildə İbrahim bəy Musabəyovun eyniadlı əsəri üzrə çəkilmiş “Neft və milyonlar səltənətində” filmi ilə başlayır. “Arşın mal alan”, “Uzaq sahillərdə”, “Nəsimi” filmləri Azərbaycan kino sənətinin ən yaxşı nümunələrindəndir.


Multiplikasiya filmi

Film aləmi

Gələcək multiplikasiya filminin rəsmli (qrafik) personajları məhz multiplikasiyaçı rəssamların əli ilə canlandırılır. Ancaq personajı canlandırmaq işi o qədər də asan deyil. Bunları rəssam çoxlu rəsmlər çəkməklə yaradır. Personajın bir anlığa belə adicə tərpənməsi, yaxud göz qırpması üçün onlarca rəsm hazırlamaq gəlir. Belə olan halda, bəs 10 dəqiqəlik multiplikasiya filmi üçün nə qədər şəkil çəkmək lazımdır? Təqribən 115 min.


Film aləmi

Bunları nəinki kağıza çəkmək, hətta çəkilmiş şəkilləri sellüloid üzərinə köçürmək, rəngləmək və multiplikasiya dəzgahında kadrı kadr ardınca çəkib qurtarmaq lazım gəlir. Bu isə çox böyük zəhmət və diqqət tələb edən işdir. Buna görə də filmin yaranma prosesində bu ağır işdə təkcə bir rəssam deyil, müxtəlif ixtisaslı rəssamlar qrupu iştirak etməli olur. Multiplikasiya filmləri fantaziyanı, təsəvvürü inkişaf etdirir, daxili aləmi zənginləşdirir.
Azərbaycanda ilk multiplikasiya filmi 1936-cı ildə Bakıda çəkilmişdir.


The Top 20 Animated Disney Movies



Geri dön

Ay Üzlü

  • 24 avqust 2011 19:18
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
maraqlidi tewekkurler

R.M_FaNaTka

  • 24 avqust 2011 18:31
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

Narka E-ZaDe

  • 24 avqust 2011 16:24
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
cox maaraqlidir......

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Cilent_M.Q

  • 24 avqust 2011 16:09
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
hmm

--------------------

★Azerbaijan girl★

  • 24 avqust 2011 16:06
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
cooox maraqlidi tskler canim menim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}