Bu Nə Sirrdir,Ya Əli

 
Bu Nə Sirrdir,Ya Əli

[center]Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!.


Bu nə sirrdir, ya Əli?! Sən də əksər insanlar kimi olmusan. 63 il yaşamısan. Ya Əli, səndən qabaq da yaşayanlar olub, səndən sonra da olub, indi də var. Ya Əli, biz insanlar ömrümüz boyu fəth edə bilmirik bir zirvəni. Sən bütün zirvələri fəth etmisən. Necə etdin? Bu nə sirrdir, ya Əli?!

Daxmada da yaşamısan, sarayda da yaşamısan.

Kasıb da olmusan, imkanlı da olmusan.

Evdən əkinçi kimi də çıxmısan, xəlifə kimi də çıxmısan.

Bu Nə Sirrdir,Ya Əli

Amma hər dəfəsində sən olmusan, ya Əli! Fikirlərin, baxışların, istəklərin, sevincin, kədərin, düşüncələrin dəyişməyib. Özün qalmısan. Bəşəriyyətin özündən çıxardığı qanunlara görə belə olmaq qeyri-mümkündür. Qeyri-mümkünü mümkün etmək qeyri-mümkündür. Sən bəşəriyyətin özündən çıxartdığı qaydaları sındırmısan. Bacarmısan. Bu nə sirrdir, ya Əli?!

Xeybər qalasını qaldıran da sənsən, yetim görəndə ağlayan da sənsən.

Döyüşdə doqquz bayraqdarı öldürən də sənsən, 25 il səbr edən də sənsən.

Ərəb pəhlavanı Əmr ibni Əbdəvəd ilə döyüşən də sənsən, rükuda zəkat verən də sənsən.

Bədrdə üç pəhləvandan biri də sənsən. Peyğəmbərin (s) yerində yatıb canını Allaha təslim edən də sənsən…


Bu Nə Sirrdir,Ya Əli

Səni dərk etmək olmur, seyyidim! Sən xassələrin vəhdətisən. Bu nə sirrdir, ya Əli?!

Həzrət Musa (ə) qırx gün, qırx gecə mağarada oyaq qaldı. Haqqın ona vəd etdiyi vaxt yetişdi. Ona vəhy olunan ilk əmr ayaqqabılarını çıxarması oldu.

İslam peyğəmbəri Həzrət Muhəmməd (s) də qırx gün, qırx gecə oyaq qaldı. Rəbbinin ona vəd etdiyi vaxt yetişdi. Ona edilən ilk əmr Əlini sevmək oldu.

Qırx gün oyaq qalmanın mübarək hədiyyəsi. Əli məhəbbəti. Nə mübarək əmr. Bu nə gözəllik. Bu nə sirrdir, ya Əli?!
Ya Əli sən vilayətsən, risalətsən. Ayədəki əmr sahibi, ayədəki vilayətsən. Ayədəki risalətsən.

Sonuncu Həcc mərasimindən qayıdan Peyğəmbər (s) bütün hacıları Qədir-Xum deyilən yerdə yığdı. Sənin əlini qaldırdı. Dini kamilləşdirdi. Tamamladı risaləti. 23 illik tikdiyi evin damını qoydu. Bəşəriyyətin yaradılış səbəbi Mövla dedi. Dini əmanət etdi. Bax hörmətə. Verilən qiymətə. Dağ dağa əmanət edilə bilərdi, edildi də. Sən bir dağsan! Bu nə sirrdir, ya Əli?!

Bu Nə Sirrdir,Ya Əli

Bütün kainatın sirri Qurandadır. Quranın sirri Fatihə surəsindədir. Fatihənin sirri Bismillahındadır. Bismillahın sirri “Bə” hərfindədir. “Bə”-nin sirri nöqtəsindədir. Ya Əli, sən o nöqtəsən. Sən vacibsən. Sən olmasan “Bə” olmaz. “Bə” olmasa Bismillah. Bismillah olmasa Fatihə. Fatihə olmasa Quran. Quran olmasa Kainat olmaz.

Kainatın mövcud olma səbəblərindənsən. Olamamağın olmamağımız deməkdir. Bu nə əzəmətdir? Bu nə sirrdir, Ya Əli?!
Ya Əli, sən bir günəşsən. Şuaların məhv eləyir qaranlığı. Aydınladır zülmətləri.

Mən də bir zülmətəm. Ya Əli, gəl ki, səhər olsun. Nur ver mənə. Ehtiyacım var nuruna. İzah et sirlərini. Ya Mövlam, ya seyyidim, ya rəhbərim, ya ağam. De sirrini bu fağıra. De hidayət olmağın yollarını bu yazığa.

Mən soruşdum. Mən istədim. Niyə mənə sən demədin? Niyə sirrini aşkar eyləmədin, eyləmədin, eyləmədin…

Bunun da vardır səbəbi. Həm mənim ləyaqətim çatmır buna, həm də Sən təvazönün zirvəsisən...
[/center]


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
vAllah razi olsun

--------------------

Elik Ceferi

  • 27 avqust 2011 01:55
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
ehsen ehsen size..Allah sizden razi olsun bele gozel weyleri insanlara catdirirsiz Allah razi olsun..!

R.M_FaNaTka

  • 24 avqust 2011 18:32
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

bitti artik

  • 24 avqust 2011 17:36
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
{awards}
coox maraqlidi twk

--------------------
Aglinda olsun sevgilim sen meni aldatmadin men sene inanmagi secdim.....
Sen doğulanda hami sevinmişdi,sen ise ağlamışdın.Ele yaşaki,öldüyünde hamı ağlasın sen ise sevinesen..

KaRola_16

  • 24 avqust 2011 16:41
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
COX MARAQLI MOVZUDUR... ELLERINIZE SAGLIQ...

--------------------

Narka E-ZaDe

  • 24 avqust 2011 16:22
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 24 avqust 2011 16:17
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun cox gozel xeberdir

--------------------

KRiPToS

  • 24 avqust 2011 16:01
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
ALLAH razı olsun.

--------------------

Delya_91

  • 24 avqust 2011 16:01
  • Məqalə: 319
  • Şərh: 5295
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

GUL YAGMURU

  • 24 avqust 2011 16:01
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Allah razi olsun...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Elnen

  • 24 avqust 2011 15:58
  • Məqalə: 2
  • Şərh: 82
  • Bal:
{awards}
Təşəkkürlər
İmam ƏLİ (ə.) ALLAHINI tanıyırdı..

★Azerbaijan girl★

  • 24 avqust 2011 15:57
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrr

HaYaliM

  • 24 avqust 2011 15:56
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

Cilent_M.Q

  • 24 avqust 2011 15:54
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

MuslimGirl

  • 24 avqust 2011 15:53
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
ALLAH razı olsun. Çox gözəl mövzu qoymusunuz...Düzdür, insanların vəzifəsi artdıqca dəyişilirlər..Amma Hz.Əli belə deyildi..

milana-88

  • 24 avqust 2011 15:49
  • Məqalə: 6
  • Şərh: 448
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrr

--------------------
♛ Her seyin sonu yaxshi bitir.Eger neyinse sonu pis bitibse,demeli hele Son deyil !!! ♛
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}