Qalx və (insanları) xəbərdar et! (Dördüncü mesaj)

 
Qalx və (insanları) xəbərdar et! (Dördüncü mesaj)

Bu ilahi mesajın da digərləri kimi ilk muxatabı Rəsulullahdır. Allah aləmlərə rəhmət olaraq göndərdiyi Rəsuluna vəyhlə əmrlərini bildirmiş, Rəsulullah da bu ilahi əmrlərə tabe olaraq onu yaşam tərzinə çevirmişdir. Rəsulullah hər ayəni yaşayaraq, həyatına tətbiq edərək bizə çox gözəl bir örnək olmuşdu (Əhzab, 21). İslamı doğru-dürüst yaşamaq istəyən onu tanımalı, qoyub getdiyi sünnətə uymalıdır.

Lakin unutmayaq ki, nazil olan ayələrin ilk muxatabı o olsa da, ondan sonra gələn ümməti də (yəni bizlər) ayələrə onun qədər həssas yanaşmalı və ilahi əmrlərə tabe olmalıdır. Əslində bu, bir borc məsələsidir. “Kim Allaha gözəl bir borc verərsə Allah da onu qat-qat artıraraq geri verər.” Özünə “mən müsəlmanlardanam deyən” hər kəs insanlıqda yoldaşı, dində qardaşı olanlara “yaxşılığı əmr edib, pislikdən çəkindirməlidir.” Bu vacib missiya müsəlmanlara ilk nazil olan ayələrlə bildirilir. Belə ki, dördüncü mesajla müsəlmanlar ağır və son dərəcə önəmli bir əmri yaşamağa dəvət edilir: başqalarını xəbərdar etmək, öyrəndiklərini paylaşmaq, insanları dünyada pislikdən, axirətdə atəşdən qorumaq, firsət var ikən doğru yola yönəltmək... Bu missiyanın özü də vəhy kimi ağır və çətin bir yükdür. Bu yükü daşımaq şərəfli olduğu qədər də məsuliyyətlidir.

Qalx və (insanları) xəbərdar et! (Dördüncü mesaj)

Sən ey özünə qapanan! (Örtüsünə bürünən!)
Rahatlıq zamanı keçdi. Oyanmaq, həqiqətləri açıqlamaq, sıxıntılara dözmək, zəhmət çəkmək, xalqa doğruları göstərmək, yanlışları düzəltmək zamanı gəldi. Elə buna görə də
Qalx və (insanları) xəbərdar et!
Xəbərdar etmək üçün ilk əvvəl qalxmaq, oyanmaq lazımdır. Həqiqətin səsini çatdırmaq üçün ayağa qalxmaq, passiv yaxşıdan, aktiv yaxşıya dönmək ilk şərtdir. Bu günə qədər oxuduqlarını, öyrəndiklərini, bildiklərini paylaş. Bildiyin həqiqətləri başqalarına da çatdır. Yaxınlarını, dostlarını, tanıdığın və tanımadığın bütün insanları xəbərdar et. Onları gözləyən aqibəti, hesab veriləcək axirət gününün varlığını xatırlat. Heç kimin heç kimə fayda toxundura bilməyəcəyi bir gün gəlməmişdən öncə onları Allaha və Onun insanlıq üçün tamamladığı dininə dəvət et. Qalx və insanlığa getməkdə olduğu yolun sonunu xatırlat!
Kimlərinsə Allahı buraxıb özləri kimilərini, öz cinslərindən olanları və ya daha aşağı varlıqları ucaldığını gördüyün yerdə onları durdur və
yalnız Rəbbinin adını ucalt! Təkbir gətir. “Allahu Əkbər” – “Yeganə böyük” Odur de və bunu başqalarına da anlat. Allahdan başqa ibadətə layiq heç kimin olmadığını dönə-dönə xatırlat, gördüyün bütün bütləri qır.

Qalx və (insanları) xəbərdar et! (Dördüncü mesaj)

Bununla yanaşı yaşam tərzinin hər yönü ilə təmizliyinə diqqət et! Bu əmri ya olduğu kimi anlayaraq, əmrə bir başa tabe ol və
Əlbisəni təmiz tut! ya da məcazi baxımdan anlayaraq bədəninə geydiyin əlbisəni təmiz tutmaqla yanaşı, onu örtən bədənini, bədəninin örtdüyü qəlbini də təmiz tut. Bütün pisliklərdən uzaq dur! Bu bir həyat tərzidir. Günümüzün ən yayğın ifadəsi ilə bir imic... "Müsəlman imici." Allaha təslim olanlar qəlblərini, bədənlərini və əlbisələrini təmiz tutmaqla mükəlləfdirlər. Çünki müsəlman həm də dəvətçidir. Dəvətçi isə hər halı ilə təmiz olmağa məcburdur. Bu ilahi əmrləri başqalarına çatdırmaq bir müsəlmanın ən ümdə vəzifəsidir. Bu insanlığa yönləndirilmiş yaxşılıqdır. Bütün yaxşılıqlar kimi də qarşılıq güdülmədən olunmalıdır. Bu bir qazanca dönüşdürülməməlidir. Zatən Allah əvəzsiz qoymayacq. Böyük üçün edilən hər bir işin mükafatı da böyük olacaq. Mükafatı bu dünyada verilməsə də axirətdə mütləq veriləcək. Bu yolda olan çətinliklərə, əziyyətlərə, yorğunluqlara və müsibətlərə qarşı isə
Rəbbinin xətrinə səbr et! Səbrin haqda dirənmək olduğunu unutmadan, haqdan ayrılmadan, sözündən dönmədən səbr et! Allaha verdiyin əhdinə sadiq qalaraq, Onun əmrlərinə uyaraq səbr et!

Qalx və (insanları) xəbərdar et! (Dördüncü mesaj)

Və (bu xəbəri çatdır): (Sur) borusuna üfləndiyi zaman; Bəli, məhz o gün çox çətin bir gün olacaq, kafirlərin heç biri üçün asan olmayacaq... (Müddəsir; 1-8)

İlk başdan ilahi təlimata uyaraq 7 əmri yaşa. Bu Rəbbin "tədris proqramının" dördüncü mesajının bölümləridir. Xilas yalnız bundadır. Alınan əmrləri paylaşmaq sənin, mənim, onun, bizim "mən müsəlmanlardanam deyən” hər kəsin əsas vəzifəsidir. Bunu unutmayaq.
Əmrləri həyatımıza tətbiq etdikcə SMS poçtumuza, e-mail adresimizə mesajlar gəlməyə davam edəcək... Yəni mesajlar bizə nazil olacaq.

Ardı var...

"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"


Geri dön

music_angel

  • 5 sentyabr 2011 17:28
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 24 avqust 2011 18:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

bitti artik

  • 24 avqust 2011 17:27
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
{awards}
ALLAHU EKBER.. tesekkurler

--------------------
Aglinda olsun sevgilim sen meni aldatmadin men sene inanmagi secdim.....
Sen doğulanda hami sevinmişdi,sen ise ağlamışdın.Ele yaşaki,öldüyünde hamı ağlasın sen ise sevinesen..

KaRola_16

  • 24 avqust 2011 16:38
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

Narka E-ZaDe

  • 24 avqust 2011 16:31
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

music_angel

  • 24 avqust 2011 16:27
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun ..gozel xeberdir

--------------------

HaYaliM

  • 24 avqust 2011 16:17
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
"Siz ey iman edənlər! Özünüzü və ailənizi odunu daşlar və insanlar olan atəşdən qoruyun!"

Allah razi olsun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

★Azerbaijan girl★

  • 24 avqust 2011 16:13
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler eziyyete gore

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 30

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}