Yoxsa elə güman edirdin ki ?

 
Yoxsa elə güman edirdin ki ?

Qurandan incilər" silsiləsindən 2-ci yazı

Yaddaşsızlığımızdanmıdır, yoxsa şeytanın hiyləsindənmi, biz bəzən oxuyub təsirləndiyimiz və hətta üzərində saatlarca düşündüyümüz ayələr var ki, yenə onları unuduruq. Çox təəssüf, min dəfələrlə təəssüf olsun ki, biz o ayələri daim xatirimizdə saxlaya bilmir, hər gün həmin ayələri yenidən xatırlayaraq günümüzə planlaşdırılmış formada, yalnız Allahın rızasına üz tutaraq başlaya bilmirik.

Bu gün qısa olaraq Qurani-Kərimdən çox dəyərli olan bir-iki ayəni sizlərin nəzərinizə çatdırmaq istəyərdik. Bu ayələr bəzilərimiz üçün hətta “yerinə düşdü” kimi olacaq, yenidən düşünməyə, təfəkkür etməyə, təsəlli tapmağa və Allaha sığınıb Ona təvəkkül etməyə çox böyük yardımı toxunacaq. Rahatlıq, sakitlik, dinclik və əmin-amanlıq içində yaşayanlar üçün isə xatırlatma olsun, qoy dərin-dərin fikirlərə qərq olsunlar, hər şeyin qədir-qiymətini bilərək, baş verə biləcəklərə hazır dayansınlar.

Yoxsa elə güman edirdin ki ?

Qoy anlayanlar, düşünənlər və anlamaq istəyənlər üçün ibrət olsun.
Allah -Təala Ənkəbut surəsinin lap başlanğıcında bizləri oyatmaq, diqqətimizi cəmləşdirmək və təbii ki, Öz bildiyi bir çox hikmətlər üçün belə buyurmuşdur:

"Əlif. Ləm. Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" əl-Ənkəbut, 2.

Bu ayə hətta insanı silkələyərək, məsuliyyət hissini artırır. Biz də iman gətirdik, Allahın buyurduğu fərzləri azdan-çoxdan yerinə yetirdik, yaxud etməyə çalışdıq, özümüzü cəmiyyətdə mömin kimi tanıtdıra bildik. Amma çoxlarımız həyatını rahat yaşayır, ailəsi, ev-eşiyi, məmnun qaldığı iş yeri, gözəl dostları, yaxşı maddi imkanı və heç bir zaman bunların bəlkə də bir bəla olduğunu düşünmür. Həyatın, dünyanın, müasirliyin axarı ilə axıb gedərək, hər şeylə ayaqlaşır, uzlaşır və təbii ki, dini rituallarını da yerinə yetiririk. Görəsən, biz sadəcə namaz qılıb, oruc tutub, sədəqə verməklə, dinc başına yaşamağımız müsbət haldırmı?! Yəni mömin olduğumuzdan Allah bizi qoruyurmu?! Yoxsa imanımızın dəyəri o qədər də ağır olmadığında Allah bizi heç imtahan da etmir?! Baxın, yuxarıdakı ayədə Allah-Təala tam aydın şəkildə bildirir ki, “iman gətirdik” deməklə hər şey bitmir. İman gətirənən imanı səviyyəsinə və dərəcəsinə görə mütləq imtahan edilməlidir, sınaqdan keçirilməlidir. Ondan belə asanlıqla əl çəkilməz. İmanı göstərmək, nə qədər sabit olduğunu Allaha ayan etmək gərəkdir.

Yoxsa elə güman edirdin ki ?

Allah-Təala həmin ayədən sonra bildirir ki, bizdən öncə olduğunun eynisilə hamını sınaqdan keçirdiyi kimi bizləri də sınaqdan mütləq keçirməlidir. Bu, bir ilahi sünnətdir – Allah-Təalanın yer üzündə qoyduğu bir qaydadır.

“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız?”

“Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?” əl-İmran, 142


Geri dön

Ay Üzlü

  • 24 avqust 2011 19:07
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
tewekkurler

R.M_FaNaTka

  • 24 avqust 2011 18:26
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm maraqli xebere gore tesekkurler

--------------------

KRiPToS

  • 24 avqust 2011 17:32
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

KaRola_16

  • 24 avqust 2011 17:27
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

--------------------

bitti artik

  • 24 avqust 2011 17:05
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Aglinda olsun sevgilim sen meni aldatmadin men sene inanmagi secdim.....
Sen doğulanda hami sevinmişdi,sen ise ağlamışdın.Ele yaşaki,öldüyünde hamı ağlasın sen ise sevinesen..

Narka E-ZaDe

  • 24 avqust 2011 17:01
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 24 avqust 2011 16:58
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah razi olsun bele deyerli yazi ucun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

music_angel

  • 24 avqust 2011 16:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun.

--------------------

★Azerbaijan girl★

  • 24 avqust 2011 16:52
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrr

Cilent_M.Q

  • 24 avqust 2011 16:44
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 47

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}