Böhtan

 
Böhtan

Yaşadığımız 21-ci əsr dönəmində, nədənsə elm-texnika inkişaf etdikcə, insanlar bir o qədər mənəvi tənəzzülə uğrayır, milli-mənəvi dəyərlərini itirir - bir sözlə paradoksal bir durum yaranır ki, artıq insaniyyət, şəxsiyyət deyilən məfhuma tamamilə zidd olan ən rəzil əməllər adiləşir.
Qloballaşmaya inteqrasiya olunan ölkədə qanun, haqq, ədalət, hüquq anlamları yalnız termin xüsusiyyətini daşıyır. Belə bir halda, müxtəlif mənəvi xəstəliklər inkişaf edir, texniki proqress, mənəvi reqresslə əvəzlənir.

Bu nöqteyi-nəzərdən, müasir dövrümüzdə belə adi hal alan xəstəliklərdən biri də -böhtandır və bu böhtanın qurbanları çox vaxt günahsız insanlar, o cümlədən inanclılardır. Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, günümüzdə yaşanan vəba viruslu böhtanlar insanların inancı ilə ziddiyyət təşkil edir və onlara müxtəlif əzab-əziyyət verir.

Böhtan

Böhtan, iftira - olmayan bir şeyi olmuş kimi təqdim etmək deməkdir.
Böhtanın kökü yalan üzərində qurulduğundan, rəzil xislətlərdən, fəsadlardan
sayıldığından dinimizdə də böyük günahlardan hesab olunur və bu yöndə insanlara çağırışlar edilir.

Müqəddəs kitabımız Qurani-Kərimdə də insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd olunur: "Mömin kişiləri, möminə qadınları günah etmədikləri halda incidənlər, həqiqətən, böhtan və açıq-aydın bir günah qazanmışlar (çünki onları incitmək onlara günah isnad etməkdir və bu özü böhtandır)". (“Əhzab” surəsi, 58)
"(Etiqad, danışıq və əməldə) bilmədiyin bir şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır(insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”.
(“İsra” surəsi, 36)

Böhtan

“Şübhəsiz, o böyük böhtanı gətirənlər sizin özünüzdən olan mütəşəkkil və yekdil dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur). Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən kəs üçün isə böyük bir əzab vardır”.
(“Nur” surəsi,11)

Böhtan atanın Qiyamət günü cəzalandırılacağı haqqında kifayət qədər Əhli-beyt (ə) hədislərində də nəql olunub. İslam peyğəmbərinin (s) vəsiyyətlərindən biri - düzgünlük və yalandan çəkinmək idi. Rəsulallah (s) buyurur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar”.

Həzrət Əlidən nəql olunan hədisdə böhtan atma həyasızlıq və abırsızlıq kimi dəyərləndirilir: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur".
İmam Baqir (ə) böhtanin mənşəyi olan yalan haqqında buyurmuşdur: “Allah Təala şər üçün bir sıra kilidlər qərar vermişdir. Bu kilidlərin açarları isə şərabdır. Yalan isə şərabdan daha pisdir”.

Böhtan

Peyğəmbərimiz (s) hədislərin birində yalanın sələmdən də alçaq xislət olduğunu vurğulamışdır.
Hədisləri nəzərdən keçirdikdə, agah oluruq ki, yalan, böhtan, iftira sahiblərinin əzablı aqibətləri qaçılmazdır.

Böhtan sahibləri nələrə əl atsalar da, əqidə, izzət daşıyıcıları öz həqiqi yollarından dönməzdirlər. Çünki qəlblərində Allah məhəbbəti var, İslam məktəbindən qaynaqlanırlar, Əhli-beyt (ə) yolçularıdırlar. Böhtançılar dünya və Ilahi qanunlara dırnaqarası baxsalar da, haqqı tapdalanan, təzyiqlərə məruz qalan, müxtəlif böhtanlarla üzləşən günahsız əqidə sahibləri üçün hər bir halda, ən müsibətli anlarda belə İlahi qanunlar höccətdir və onlar belə bəlalar müqabilində əzm, səbir göstərərək sinə gərirlər.Əbu Bəsir Həzrət Sadiqdən (ə) belə eşitdiyini nəql edir: “Hürr insan bütün hallarda hürdür. Başına müsibət gələrsə səbir edər, müsibətlər sel kimi üstünə axışsa belə, yenə də səbir edər. Müsibətlər onu məğlub edə bilməz. Əgər məğlub olub əsir düşərsə, çətinliklər onun üçün asanlaşar. Necə ki, çox əmin olan Yusifin (ə) əsir götürülməsi və kölə edilməsi, onun azadlığına heç bir xələl gətirmədi. Nə quyunun qaranlığı, nə də başına gələn digər müsibətlər ona heç bir ziyan vura bilmədi. Buna görə də Allah ona lütf etdi və məlik qıldı. Sonra da onu peyğəmbər qərar verdi və onun sayəsində bir ümmətə rəhm etdi. Bax, səbir bu şəkildə ardından xeyir gətirər. Bu halda, səbir edin, səbirli olun ki, əcrə yetişəsiniz.
(“Üsuli –Kafi”, c.2, səh.89).


Geri dön

_TUNAR_MAMEDOV_

  • 30 avqust 2011 21:40
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
ALLAH RAZI OLSUN

--------------------

winxclub_bloom

  • 26 avqust 2011 01:24
  • Məqalə: 155
  • Şərh: 6710
  • Bal:
{awards}
bohtan pis seydi

--------------------

Ay Üzlü

  • 25 avqust 2011 15:01
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah herkesi bohdandan qorusun

_WITH YOU_

  • 25 avqust 2011 07:52
  • Məqalə: 1
  • Şərh: 505
  • Bal:
{awards}
ALLAH hər kəsi böhtandan qorusun.AMİN

★Azerbaijan girl★

  • 25 avqust 2011 00:16
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
marqliydi tsklerrrrrrrrrrrrrrrrrrrrrrrr

Doutzen Kroes

  • 24 avqust 2011 23:14
  • Məqalə: 0
  • Şərh: 625
  • Bal:
{awards}
səbir edin, səbirli olun ki, əcrə yetişəsiniz.

--------------------
İnsanın özü-özüylə dostluq etməsi mühümdür.
Özüylə dostlaşmayan başqası ilə də dostlaşa bilməz

_LUNA_

  • 24 avqust 2011 22:00
  • Məqalə: 1
  • Şərh: 221
  • Bal:
{awards}
AMIN HER HER KEZI QORUSUN BOHTANDAN SERDEN INSALLAH

devyjones

  • 24 avqust 2011 21:40
  • Məqalə: 58
  • Şərh: 806
  • Bal:
{awards}
Tesekurler Bohtan En boyuk Gunahlardandir!Allah Herkesi Bohtandan Qorusun

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

music_angel

  • 24 avqust 2011 21:21
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Narka E-ZaDe

  • 24 avqust 2011 20:39
  • Məqalə: 404
  • Şərh: 4312
  • Bal:
{awards}
maraqlidir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

Melek Kiz

  • 24 avqust 2011 20:38
  • Məqalə: 150
  • Şərh: 8671
  • Bal:
{awards}
twk maraqlidi

KaRola_16

  • 24 avqust 2011 20:31
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
{awards}
MARAQLI XEBERDIR... ALLAH HER KESI BOHTANNAN QORUSUN...

--------------------

HaYaliM

  • 24 avqust 2011 20:27
  • Məqalə: 144
  • Şərh: 4313
  • Bal:
{awards}
Böhtanın kökü yalan üzərində qurulduğundan, rəzil xislətlərdən, fəsadlardan
sayıldığından dinimizdə də böyük günahlardan hesab olunur və bu yöndə insanlara çağırışlar edilir.


Allah razi olsun deyerli cumleler ucun

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 63
Cəmi: 93

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 58
Cəmi: 645
 
MiSS HaPPy)
Xəbərləri: 49
Cəmi: 80
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 46
Cəmi: 62
 
Arzu_zadeh
Xəbərləri: 43
Cəmi: 179
 
♔Hе важно∞
Xəbərləri: 36
Cəmi: 151
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 11
Cəmi: 686
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 33
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}