Bizim imtahan-Somali

 
Bizim imtahan-Somali

Bu gün dünya bir imtahanla üz-üzədir: Somali.
Somali yalnız Afrikada yaşayanların deyil, həm də bütün dünyanın imtahanıdır.
Birimiz varlıqla sınanırıq, birimiz yoxluqla.
Somalidə bu gün aclıq yaşanır, dünyaya aclığın nə olduğunu anlatmaq üçün.
Somalidə bu gün susuzluq yaşanır, suya israf edənlərə xəbərdarlıq üçün.
Somalidə bu gün hər bir saatda 3 uşaq acından ölür...
İnsanlığa ölüm dərsi vermək üçün, insanlığa insan olmağın çətinliyini anlatmaq üçün.
Bu uşaqların ölümündə dünyanın nə qədər günahı var, bunu axirət məhkəməsi
təyin edəcək. O möhtəşəm gündə bəraət almaq üçün əl-ələ verək və yardım edək!
İsraf etdiyimiz yeməyə, israf etdiyimiz suya, israf etdiyimiz dünya nemətlərinə
əvəz olmasa da yenə bir cəhd edək, yeməyimizi, suyumuzu, varımızı, yoxumuzu paylaşaq...
Somalidəkilər bütün dünya insanlarının, "mən insanam" deyənlərin insanlıqda qardaşıdır.
Somali bütün dünya müsəlmanlarının, "mən müsəlmanam" deyənlərin dində qardaşıdır.
Qardaşlarımız bir imtahanla üz-üzədir: onlara bir bəla üz verib, aclığın dəhşətverici faciəsini yaşayırlar.
Biz min imtahanla üz-üzəyik: onların o halda olduğunu bilib nə etdik, necə etdik, niyə etmədik...?!

Bizim imtahan-Somali

Somalidə ölən hər uşaq bizdən israf etdiklərimizin hesabını soruşacaq.
Somalidə uşağı acından ölən ana bizdən yediklərimizin hesabını soruşacaq.
Ramazandır. Günün bəlli saatlarını ac qalırıq. Amma sonunda yemək tapıb
yeyə biləcəyimizdən arxayınıq. Arxayın olmasaq, bəlkə də oruc tutmazdıq.
Bir neçə saat davam edən bu aclığa çoxumuz dözmürük, "xəstəyəm,
halım yoxdur" deyərək bir çox bəhanələr gətirib oruc tutmuruq.
Tutanlardan da bəziləri bütün günü axşam yeyəcəklərini xəyal edir.
Qarnı doysa da gözü doymur. Daha nə yeyə bilərəm deyə süfrədən ayrıla bilmir.
Yalnız az bir qisim oruc tutan var ki, axşam iftarını Somalidəki qardaşları üçün
infaq edir, iftarını ordakılarla paylaşır. Bilir ki, birinin israf etdiyi, başqasının
haqqıdır. Ona görə israf etməkdən qorxur. Çünki “Allahın israf edənləri
sevmədiyini bilir”. İsraf yeyilmədən atılan yeməklərlə yanaşı, həm də artıq
yeyilən tikədir. Artıq tikəyə israf kimi baxmağı bəlkə bizə
öyrətməmişdilər. Amma Somali bunu bizə öyrətdi.

Bizim imtahan-Somali

Somali bir imtahandır. Amma Afrikadakılardan daha çox bizlərin imtahanıdır.
Allah bir verərək sınayır, bir alaraq. Onları alaraq sınayıb, bizlərə verərək.
Bizə verib ki, paylaşaraq savab qazanaq. Çünki əminik ki, haramın cəzası
var, halalın hesabı. Halal qazancdan belə sorğu-sual olunacağıq...
Niyə, nə üçün, hara və nə qədər...?!

Allah Rəzzaqdır. Hər kəsin haqqı olan ruzini göndərir.
Birinə çox verərək paylaşması və savab qazanması üçün qapı açır,
birinə az verərək səbrini yoxlayır. Verilən hər nemətin hesabı soruşulacaqsa,
o hesabı bu dünyada bağlamaq daha xeyirli deyilmi?

Bizim imtahan-Somali

Həm də ki, biz zatən bizim olmayanları veririk.
Allahın bizə imtahan üçün verdiklərini paylaşırıq. “Mənim” dediklərimizdən
nə qədərinin sahibiyik ki? Verilənlər sınanmaq üçün verilməyibmi?
Əlim ayağım, gözüm qulağım, övladım və malım da mənim deyilsə,
bəs mənim olan nədir? Bizimlə qəbrə qədər gedən, axirətdə bizə əbədi
yoldaşlıq edən yalnız və yalnız əməllərimizdir. Bu dünyadan bir kəfənlə
gedirik, onun da cibi yox... Mal da, övlad da qəbir evinə qədər yoldaşdır.
Əl də, ayaq da, göz də, qulaq da axirətdə şahidimizdir.
Bəzən hətta əleyhimizə şəhadət də verəcəklər. O zaman əməllərimizi
şahid tutaq. Əməllərimiz lehimizə şahid olsun, şahidlərimiz çoxalsın.

Qurani Kərim üç şey üçün فِي سَبِيلِ اللَّهِ - “Allah yolunda” deyir.

1. Cihad,
2. Hicrət,
3. İnfaq.


Bizim imtahan-Somali

"Allah yolunda nə edim?" deyirsənsə seçim sənindir.
Çihadın şərti var, o şərtlər tamam olmasa cihad edə bilməzsən.
Hicrətin də şərti var, kefin istədi deyə hicrət yolunu seçə bilməzsən.
İnfaq etməyin isə şərti yoxdur. “Sevdiklərinizdən infaq edin” deyir,
ayələr bizə. O zaman sevdiklərimizi Sevdiyimizin yolunda infaq edək.
Somali Sevdiyimizin bizə ünvanlanmış imtahanıdır.
İmtahanı qazanmağın yolu isə “فِي سَبِيلِ اللَّهِ”hin üçüncüsüdür.

Bir də unutmayaq ki:
Anadan doğulunca çulun
Varmıydı paran, pulun
Mövla yaratdığı qulun
Verər rızqın, qoymaz naçar


Geri dön

KRiPToS

  • 31 avqust 2011 19:29
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
TEWEKKURLER!!!

--------------------

winxclub_bloom

  • 26 avqust 2011 00:23
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
heyatin gerini bilmek lazimdir

--------------------

music_angel

  • 25 avqust 2011 18:29
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
xebere gore tesekkur edirem

--------------------

MuslimGirl

  • 25 avqust 2011 15:38
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Əgər bütün ölkələr birləşib yardım etsə, belə problem yaranmaz. Onlar üçün çox ürəyim ağrayır. ALLAHın köməyi olsun!

KaRola_16

  • 25 avqust 2011 15:05
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH HAMISINA KOMEY OLSUN BAXANDA ADAMIN UREYI AGRIYIREE LAP...

--------------------

Miracle..

  • 25 avqust 2011 14:40
  • Məqalə: 0
  • Şərh: 205
  • Bal:
{awards}
Onlara baxanda insanligimnam utaniram....cox aciyiram o xalqaaa ALLAH REHM ETSIN...

--------------------
_Contra spem spero_

Deliler

  • 25 avqust 2011 13:12
  • Məqalə: 0
  • Şərh: 57
  • Bal:
{awards}
ALLAH YARDIMCILARI OLSUN.

music_angel

  • 25 avqust 2011 13:00
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah komey olsun onlara

--------------------

Lindo

  • 25 avqust 2011 12:48
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah köməkləri olsun Türkiyənin bu işdə xidməti çox böyükdür Onlara müsəlman kömək etməlidi

..:MeleK kiz:..

  • 25 avqust 2011 12:18
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
twk maraqli xeberdi

Narka E-ZaDe

  • 25 avqust 2011 11:31
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
ALLAH KOMEYLERI OLSUN!!

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

HaYaliM

  • 25 avqust 2011 11:20
  • Məqalə: 144
  • Şərh: 4372
  • Bal:
{awards}
Allah ozu komek olsun bu xalqa..

--------------------

Elə yaşa ki atanın qözlərində utanc,ananın gözlərində yaş görməyəsən.

miss_sokaladka

  • 25 avqust 2011 11:16
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tasakurlar

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

Sirli Melek

  • 25 avqust 2011 09:22
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TANRI ONLARIN KÖMƏYİ OLSUN

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

★Azerbaijan girl★

  • 25 avqust 2011 00:06
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah komekleri olsun tsklerrrrrrrrrrrrrrrr

Cilent_M.Q

  • 24 avqust 2011 23:59
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
twk

--------------------

devyjones

  • 24 avqust 2011 23:59
  • Məqalə: 58
  • Şərh: 823
  • Bal:
{awards}
Tesekkurler Cox Gozel allah Her bir Emelimizin hesabini Sorusacaq
“Anadan doğulunca çulun
Varmıydı paran, pulun
Mövla yaratdığı qulun
Verər rızqın, qoymaz naçar”

--------------------
Dost istəsən ALLAH
Söhbət istəsən QURAN
Düşmən istəsən NƏFS
Varlanmaq istəsən QƏNAƏT

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}